222
Demokratik cəmiyyətlər üçün xarakterik sosial-siyasi
idarəçilik formaları və idarəçilik rejimləri bunlardan ibarət
olur:
-Demokratiya (xalq hakimiyyəti)-nümayəndəli (vasitəli),
nümayəndəsiz (vasitəsiz), liberal demokratiya. Quruluşları:
respublika, konstitusiyalı monarxiya;
-Nookratiya-ağılın,
zəkanın
hakimiyyəti-filosofların
idarəçiliyi;
-İzokratiya-bütün vətəndaşlara bərabər hüquqlar verən
hakimiyyət;
-Aristokratiya-tanınmışların hakimiyyəti;
-Meritokratiya-ləyaqətlilərin hakimiyyəti;
-Texnokratiya-texniki
vasitələrin
idarəçilikdə
geniş
istifadə olunması;
-Konstitusiyalı
monarxiya-burada bir nəfərin irsi
hakimiyyəti (dövlət rəhbərliyi) olsa da, hökumət xalqdan
formalaşır. Bu baxımdan da xalqın iradəsinə söykənən, xalqın
demokratiyasını nəzərdə tutan hakimiyyət meydana gəlir;
-Parlament monarxiyası-burada monarxın hakimiyyəti
məhdud olur, icra hakimiyyətinin səlahiyyətləri geniş olur və
icra hakimiyyəti parlament qarşısında məsuliyyət daşıyır.
Konstitusiyalı monarxiyanın bir formasıdır;
-Seçkili monarxiya-monarxın parlament, monarx ailəsi,
məxsusi orqan və ya da vətəndaşlar tərəfindən birbaşa
seçilməsi;
-Dualistik (ikili) monarxiya-monarxın səlahiyyətlərini
parlament məhdudlaşdırır. Qanunverici səlahiyyəti az olur.
Lakin monarxın icraedici səlahiyyətləri mövcud olur. Bu
baxımdan da faktiki hakimiyyəti əlində saxlayır. Konstitusiyalı
monarxiyanın bir növüdür;
Qeyri-demokratik cəmiyyətlər üçün isə idarəçiliyin
aşağıda sadalanan formaları meydana gəlir. Bu kimi formalar
əsasən “aşağı cəmiyyətlər”, mühafizəkar, dini radikal, adət-
ənənələrə söykənən cəmiyyətlər üçün xarakterik olur. Məhdud
223
hüquqlu cəmiyyətlərdə idarə edən “həris idarəçi” rolunu
oynayır. Bir şəxsin diktəsi, iradəsi əsas qanun və qayda
vasitəsinə çevrilir. Belə cəmiyyətlərdə resurslar sərt formada
paylanılır və bir qrup tərəfindən idarə olunur. Bu baxımdan da
kövrək siyasi sistemlər, qeyri-sabit və gərgin sosial
formasiyalar meydana gəlir.
Demokratiyanın formal əsasları qeyri-yumşaq cəmiyyət-
lərdə özünü büruzə verir. Təbii ki, formal əsaslarda da
hakimiyyətin mənbəyi rolunda xalq çıxış edir. Lakin
formallıqda xalq üzərində müəyyən hakim bir qrupun diktəsi
formalaşır.
Qeyri-demokratik, sərt rejimli cəmiyyətlərə və bərk
normalı institutları olan idarəçilik formalarına bunları aid
etmək olar:
-Avtokratiya-bir şəxsin məhdud olmayan hakimiyyəti,
sərhədlərsiz hakimiyyət;
-Tiraniya-bir şəxsin, bir qrupun diktaturası;
-Bürokratiya-səlahiyyətlər
mərkəzi
idarəetmə
hakimiyyətinin əlində olur. Buna “Aparat idarəçiliyi” də demək
olar;
-Herontokratiya-yaşlıların
hakimiyyəti.
İdarəçilikdə
yaşlıların bir-birini əvəzləməsi;
-Demarxiya-nümayəndəsiz
demokratiya.
Demoqoqiya
hakimiyyəti. Təsadüfi şəxslərin hakimiyyətdə təmsil olunması.
-Təqlidçi
demokratiya
(buna
kvazidemokratiya,
psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ
demokratiya, süni demokratiya, marionet demokratiya da
deyilir)-bu formada əslində hakimiyyət bir qrupun, hakim
partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki,
guya xalq hakimiyyətini özü formalaşdırır;
-Despotizm-mütləq hakimiyyət;
-Diarxiya-eyni zamanda iki şəxsin hakimiyyəti. Vətəndaş
müharibəsinə, hakimiyyətsizliyə, anarxiyaya, parçalanmağa yol
açır. Siyasi sistemin mərkəzi səalhiyyətləri iflasa uğrayır;
224
-Diktatura-bütün hakimiyyət şəxsin, partiyanın, sinifin,
hərbi qrupun əlində tam şəkildə cəmləşir;
-İdeokratiya-material yox, ideya hakimiyyəti hökm sürür.
Ehkamlar önəmli rol oynayır;
-Kleptokratiya –Oğruların hakimiyyəti. Öz vəzifə
səalhiyyətlərindən istifadə edərək, xalqın, dövlətin sərvətlərini
mənimsəyən qrupun hakimiyyəti;
-Korporatokratiya-Nəhəng korporasiyaların hakimiyyəti;
-Kritarxiya-hakimlərin idarəçiliyi;
-Matriarxat-hakimiyyətdə
qadınların üstünlüyü. Bu
formada siyasi sistemin kövrəkliyi yaşanır, siyasi böhranlar
meydana gəlir;
-Militokratiya-hərbi xunta, hərbi diktatura.
-Oliqarxiya-monopoliya
hakimiyyəti.
Varlı qrupun
hakimiyyəti;
-Plutokratiya-varlı şəxslərin hakimiyyəti;
-Oxlokratiya-boz kütlənin hakimiyyəti.
-Teokratiya-dini hakimiyyət;
-Timokratiya-imtiyazlı azlığın hakimiyyəti.
-Etnokratiya-bir etnosun hakimiyyəti. Monoetnik cə-
miyyətlərdə olur.
-Stratokratiya-hərbi rütbəlilərin hakimiyyəti
Qeyd: Hakimiyyət formalarını ifadə edən terminlər əsasən
yunan mənşəli sözlərdir və elmi ədəbiyyatlarda mövcuddur.
Qeyd:
Əslində
bütün
hakimiyyət
quruluşlarında
demokratiya (xalq hakimiyyəti) mövcuddur. Hakimiyyət hər
bir halda (ərazisi başqa dövlət tərəfindən işğala məruz qalmış
xalqların hakimiyyəti istisna olmaqla,-belə hallarda işğal
altında olan xalqı işğalçı hakimiyyət idarə edir) xalqdan öz
mənbəyini götürür. Lakin idarəetmə rejimləri və idarəçi
qruplar, siyasi elita bu demokratiyanı formal və məzmunlu
olmaqla iki hissəyə ayırır.
Yazılma tarixi-24 iyul 2017-ci il
Dostları ilə paylaş: |