231
Cəmiyyətin səlahiyyətləri, vəzifə və funksiyaları
Cəmiyyət xalqın mədəniyyət məkanıdır. Onun quruculuq,
yaradıcılıq modelidir. Model olaraq çoxtərkiblidir. Cəmiyyət
fərdlər cəmindən ibarət olan bir qurum olduğundan mütləq
şəkildə funksiya daşıyır. Çünki, qurum -daxilində hərəkətlərin
mövcud olduğu fenomen kimi büruzə verir. İstənilən qurumun
funksiyaları, vəzifələri, səlahiyyətləri meydana gəlir. Bu
səlahiyyət və vəzifələr qurumun hüququndan formalaşır.
Yaradılan istənilən ünsürün də hüquqları olur. Cəmiyyət özü
təbii sosial struktur olduğundan hüquqlar baxımından təbii
məzmunludur. Cəmiyyətin hüququnun reallaşması vəzifələrin
icrası ilə baş verir. Vəzifələrin icrası hüququ təsdiq edir.
Cəmiyyətin funksiyası bir qurum kimi özünü saxlamağa
xidmət edir. Cəmiyyəti təşkil edən elementlər arasında əlaqələr
yaranır. Əlaqələr sayəsində elementlər şəbəkəsi formalaşır.
Cəmiyyətin enerjisi formalaşır, potensialı artır. Cəmiyyət özü
ictimai bir təsisat olaraq dinamik məzmuna malik olur.
Cəmiyyət sanki, daxili istehsal proseslərini yerinə yetirir, eləcə
də dövlət və fərd üçün mənbə rolunu oynayır. Cəmiyyət
fərdlərdən, onların peşə xüsusiyyətlərindən mənbə kimi
yaranır, həmçinin fərdlər üçün mənbə rolunu oynayır.
Cəmiyyətin funksiyası iki istiqamətdə həyata keçirilir:
birincisi, cəmiyyətin öz daxilini tənzim edir, əlaqə və
münasibətləri formalaşdırır; ikincisi, dövlətin hakimiyyəti üçün
mənbə rolunu oynayır, hakimiyyətin siyasəti üçün obyekt olur,
eləcə də müəyyən ideya və təkliflərlə çıxış edir. Hakimiyyətin
subyekti qismində çıxış edir. Cəmiyyətin daxili funksiyası
insanların sosial statuslarının formalaşmasında oynadığı rolla
müəyyən olunur. İnsanların cəmiyyətdə tutduqları pozisiyalar
onların şəxsiyyətlər kimi yetişmələrinə səbəb olur. İnsanlar
cəmiyyətlərdə olan istiqamətlərdən, məziyyətlərdən, faydalı
elementlərdən təsirlənirlər və həyatlarını şərtləndirirlər.
Cəmiyyət insanları əhatə edir və öz qayğısı ilə əhatələndirir.
232
Cəmiyyət öz forma və məzmunu ilə insanlara xidmət edən
sosial-ictimai
struktur
rolunu
ifadə
edir. İnsanların
yaradıcılıqları, əmək vərdişləri, iş üsulları, peşə və sənətləri
cəmiyyətlərdə formalaşır. İnsanlar müxtəlif peşə vərdişləri ilə
vahid kompleksiyalar yaradırlar. Cəmiyyətin vəsaitləri və onlar
arasında əlaqələr çoxçalarlı elementlərin və şəbəkələrin
formalaşmasını zəruri edir. Cəmiyyətin funksiyası öz mü-
rəkkəb elementlərindən insanları ətraflı təmin etmək və sosial
rifahı təmin etməkdən ibarət olur. Cəmiyyət insanların
müdafiəsi üçün lazımi vəsaitləri özündə daşıyır. İnsanlar bu
vəsaitlərdən istifadə etməklə özlərinin maraq və mənafelərini
həm formalara salırlar, həm də qoruyurlar. Cəmiyyət öz
vərdişləri, özündə olan davranışları ilə öz ruhunu, xarakterini
yaradır. Xarakter davranış normalarının əksindən olan
duyumlardan ibarət olur. Sistemli münasibətlər və əlaqələr,
əmək qabiliyyətindən yüksək səviyyədə istifadə etmək,
vərdişləri aşılamaq yüksək səviyyəli cəmiyyətlərin, sağlam
cəmiyyətlərin təməlində dayanır. Sağlam cəmiyyətlər elə
cəmiyyətlərə demək olur ki, onun vəsaitlərindən yararlı
qaydada istifadə olunur. Cəmiyyətin vəsaitləri ağılla, məntiqlə
istifadə olunur. Cəmiyyətin resursları onun fərdlərinin
hüquqlarına xidmət etdikdə, cəmiyyət öz yüksək səviyyəsini
formalaşdırmış olur. Cəmiyyətin hər bir üzvü onun
quruculuğunda iştirak edir və iştirak hüquqları əldə etmiş olur.
Cəmiyyətin yüksək səviyyəsi ədalətli davranışlardan da
formalaşır. Hər bir fərd cəmiyyətdə özünə yer edir. Fərd öz
mövqeyindən, vəzifəsindən kifayətlənirsə, razı qalırsa, deməli,
cəmiyyətin strukturu sağlam vəziyyətdə olur. Cəmiyyət öz
üzvlərinə yaxşı xidmət göstərir.
Daxildə funksiyası
-öz-özünü formalaşdırır və təmsil edir, nizamlayır,
tərkibini yaradır;
-öz daxilində maraq sahələrini yaradır;
233
-fərdlər
və
qruplar arasında sosial münasibətləri
tənzimləyir;
-sosial standartları və modelləri yaradır;
-standartlar
çərçivəsində minimumları, ortaları və
maksimumları yaradır;
-sosial davranışı və sosial əxlaqı formalaşdırır;
-əmək münasibətlərini və əlaqələri tənzim edir;
-sosial təbəqələri formalaşdırır;
-ehtiyac və tələbatlarını müəyyən edir;
-fərdi və kollektiv maraqların miqdarını müəyyən edir;
-sosial mühiti formalaşdırır və müstəvini yaradır;
-ailə-məişət münasibətlərini tənzim edir
-adət-ənənələri tənzim edir;
-bayram və matəm günlərini tənzim edir-müəyyənləşdirir;
-yaşayış tərzini müəyyən edir;
-inkişaf tendensiyalarını və meyarlarını müəyyən edir;
-maddi və mənəvi kriteriyaları müəyyən edir;
-fərdin və şəxsiyyətin yetişməsini təmin edir;
-fərdin və şəxsin mövqeyini və statusunu müəyyən edir;
-fərdin qabiliyyət və istedadını müəyyən edir;
-əxlaq norma və qaydalarını yaradır, davranış metodlarını
və formulalarını müəyyən edir;
-ailə norma və qaydalarını müəyyən edir;
-yaşayış modellərini, üslubları, tipləri və formulalarını
yaradır;
-həyat standartlarını təşkil edir, standartlar arasında
keçidləri müəyyən edir, tərkib elementlərinin artıb-azalmasını
təmin edir;
-həyatın
mövcud və gələcək zamanları arasında
bağlayıcılıq yaradır və s.
Ümumiyyətlə, cəmiyyətin funksiyaları çox tərkibdən
ibarətdir. Cəmiyyət öz funksiyalarını dövlətlə birgə də yerinə
yetirir. Belə ki, dövlətin cəmiyyət üzərində idarəçilik, bu
baxımdan tənzimləyicilik, nəzarət, təminat və müşahidə, eləcə
də müdafiə və mühafizə funksiyası mövcud olur. Dövlət
Dostları ilə paylaş: |