237
Fərd cəmiyyətdə kapital rolunu oynayır. Kapital rolu fərdə
cəmiyyətdə axarlar və axınlar yaratmağı təmin edir. Xalq öz
fərdi kapitalını cəmiyyətdə yaradır və onu hakimiyyət axarına
yönləndirir. Burada fərd öz kapitalını artırır və xidmətlərini
göstərir. Hakimiyyət cəmiyyətə, xalqa və dövlətə xidmət
etdiyinə görə hakimiyyətdə təmsil olunmaqla fərdin kapitalını
artırmaq imkanları meydana gəlir. Hakimiyyətdə xalqa xidmət
üçün geniş meydanlar açılır. Bu meydandan istifadə edərək
fərd özünü dəyərli və dəyərsiz, konstruktiv və ya da destruktiv
ünsür kimi təsdiq edir.
Cəmiyyətin dövləti-dövlətin cəmiyyəti
Cəmiyyəti xalq-insanlar, sakinlər, vətəndaşlar dövlətə
xidmət üçün təşkil edirlər. Eyni zamanda, nəzərə alsaq ki,
dövlətin xidmət obyekti xalqdır, onda belə qənaətə gəlmək olar
ki, cəmiyyəti xalq özünə xidmətlər üçün yaradır. Özünün əlaqə
və ünsiyyət məkanı, özünü təsdiq konstruksiyası kimi görür.
Cəmiyyət şəxsiyyəti sərhədləyir, o mənada ki, onun
hərəkətlərini tamamlayır.
Dövlət öz moralına görə cəmiyyətinə bənzəyir. Onun
xarakterini özündə daşıyır. Xalqın cəmiyyəti qüsurlu olduqda
dövləti də zəif və qüsurlu olur. Xalq dinamik inkişafda olursa,
dövləti də möhkəmlənir, təkmilləşir.
Cəmiyyət həm də bütövlükdür. Bu bütövlük elə dövlətin
özüdür. Buna görə də dövlət cəmiyyətə xidmətlər struk-
turundan və cəmiyyətin özündən ibarət olan bütövlükdür,
vahidlikdir.
Dövləti rəhbər idarə edir. Bu rəhbər cəmiyyətdə yetişir.
Rəhbər şəxs ictimai və siyasi fiquraya çevrilir. Cəmiyyətin
dəyərlərindən qəbul edir. Cəmiyyətin əxlaq daşıyıcısı olur.
Dövlət rəhbəri olan şəxs cəmiyyətin yaşam qaydalarını özü ilə
rəhbərliyə daşıyır. Yaşam tərzi ilə cəmiyyətin qanunlarına tabe
olur. Cəmiyyət dövlət rəhbərini əhatə edir. Şəxsin duyumu
238
xalqın duyumunun tərkibini təşkil edir. Dövlət hakimiyyətinin
nümayəndələri də cəmiyyətdən seçilirlər. Onlar da cəmiyyətin
adətlərini özləri ilə daşıyırlar. Hakimiyyətə gətirirlər. Buna
görə də hakimiyyətlə bütövləşirlər. Hakimiyyətdə cəmiyyətin
ruhunun daşıyıcısı rolunu oynayırlar. Buna görə də dövləti
təşkil edən hakimiyyət, cəmiyyət, ümumilikdə xalq öz
dövlətinə bənzəyir.
Cəmiyyət güclü olanda dövlət də güclü olur. Cəmiyyətdə
boşluqlar yarandıqda daxili və kənar ünsürlər bu boşluqdan
istifadə edirlər. Bu halda tarazlıq pozulur, cəmiyyət zəifləyir.
Elementlər arasında üzvü bağlılıq kəsilir. Dövlət zəif olur.
Hakimiyyətdə diktatorluq formalaşır.
Xalq kasıb olduqda, hakim təbəqə isə varlı qrupdan ibarət
olduqda, onda hakim təbəqənin cəmiyyətdə totalitarlığı,
avtoritarlığı yaranır. Cəmiyyət üzərində olan basqılar
elementlərin tarazlığın təşkil edə bilmir. Varlı hakim təbəqə
kövrək və sıxılmış siyasi sistemlə (qorxaraq, ehtiyat edərək),
radikal mühafizəkarlıqla cəmiyyəti, xalqı idarə edir.
Məmur etikası haqqında
Dövlət ümumən əxlaq mənbəyidir. Əxlaq bütövüdür. Belə
olmasa, insan hüquqları təmin oluna bilməz. Çünki, hüquq
özündə əxlaq daşıyıcısıdır. Mənəviyyatdan da hüquq norma və
qaydaları müəyyən olunur.
Məmur, dövlət qulluqçusu, ümumiyyətlə, xalqın dövlət
hakimiyyətində təmsil olunan (seçki yolu və təyinatla vəzifəni
tutan) nümayəndələri əxlaq, tərbiyə simvolları olmalıdır.
Məmurun təmsil olunduğu hakimiyyət strukturları öz
mənsubiyyəti ilə xalqa məxsusdur. Hakimiyyət dövlət
içərisində və dövlət sərhədlərindən kənarda xalqın maraqlarını
qorumalıdır.
-cəmiyyətdə məmur etikası olmalıdır, məmur özbaşınalığı
yox;
239
-cəmiyyətdə məmur mənəviyyatı olmalıdır, məmur
əxlaqsızlığı yox;
-cəmiyyətdə məmur sevgisi olmalıdır, məmur nifrəti yox;
-cəmiyyətdə
məmur
humanizmi olmalıdır, məmur
qəddarlığı, zülmü yox;
-cəmiyyətdə
məmur
şəxsiyyəti olmalıdır, məmur
hörmətsizliyi yox;
-cəmiyyətdə məmur nəvazişi olmalıdır, məmur etinasızlığı
yox;
-cəmiyyətdə məmur diqqəti olmalıdır, məmur qayğısızlığı
yox
Məmurlar dövlət hakimiyyətinin və dövlət başçısının
xalqla təmaslarında vasitəçilərdir. Onların vəzifəsi hüquq
norma və qaydalarını icra etməkdən ibarətdir. Dövlətin
müəyyən etdiyi siyasətin icrasını təmin etməlidirlər. Məmur
özbaşınalığı olduqda xalqın dövlət hakimiyyətinə və dövlət
rəhbərinə qarşı nifrəti yaranmış olur. Belə hallara yol
verməmək üçün dövlət hakimiyyəti məmur üzərində nəzarət
mexanizmini yaratmalıdır. Məmur üzərində cəmiyyətin də
nəzarəti olmalıdır.
Məmur özbaşınalığını itirmək üçün cəmiyyətin nüfuzlu və
güclü ziyalı təbəqəsini onlar üzərində qınaq nəzarətini həyata
keçirən qrupa çevirmək lazımdır. Bu yolla məmur
özbaşınalığını cilovlamaq olar.
Əgər məmur təbəqəsi öz maddi imkanları ilə qeyri-məmur
təbəqəsi və ümumilikdə xalq üzərində güclü təsirə malikdirsə,
onda demokratiya ola bilməz. Bu baxımdan da sağlam
dövlətdən və sağlam cəmiyyətdən danışmaq olmaz.
Demokratiya kapitalın tarazlığını və onun yaratdığı sosial
tarazlığı sevən hakimiyyət formasıdır. Məmur təbəqəsi ilə
qeyri-məmur təbəqəsi arasında maddi amillərə görə kəskin
uçurum varsa, onda cəmiyyətdə kəskin məmur yaltaqlığı var.
Belə halda xalqın iradəsi, əzmi yoxdur.
Dostları ilə paylaş: |