228
kənd, qəsəbə və ölkə sivilizasiyalarının adlandığı məkanlardır.
Cəmiyyətlərdə münasibətlər və əlaqələr qruplaşır, təbəqələşir.
Cəmiyyətdə uşaqlar, böyüklər, yaşlılar, qocalar kimi təbəqələr,
qadınlar və kişilər kimi təbəqələr, əlillər, veteranlar, şəhidlər,
qəhrəmanlar kimi təbəqələr, qruplar, eləcə də ixtisas və peşə
təbəqələri formalaşır. Təbəqələrə aid olurlar: siyasətçilər (elita
və əks –elita), məmurlar, polislər, hakimlər, hərbçilər, alimlər,
müəllimlər, həkimlər, mühəndislər, mütəxəssislər, sürücülər,
incəsənət adamları, din xadimlər və s. Bununla yanaşı, fəhlə və
kəndlilər kimi şəhər (sənaye: istehsalat və xidmət işçiləri) və
kənd (kənd təsərrüfatında işləyənlər-əkinçilər, biçinçilər,
yığımçılar, sağıcılar, çobanlar, fermalarda mal-qaraya baxanlar
və s.) peşələrində çalışanlar da cəmiyyətin təbəqələri hesab
olunurlar. Ümumiyyətlə, əmək sahələri insanların bir tərəfdən
şəxsiyyət kimi yetişməsini təmin edir, digər tərəfdən isə onların
maddi-mənəvi stattuslarını təsdiqləyir.
Cəmiyyətlər öz tərkib elementlərinə, yerinə yetirdikləri
vəzifə və funksiyalara görə sadə və mürəkkəb ola bilirlər. Sadə
formalı cəmiyyətlərdə (məsələn, bir neçə tayfanın yaşadığı
kəndlərdə) insanların funksiyaları da monoton və sadə olur.
Onlar daha az tərkibli funksiya yerinə yetirirlər. Təsərrüfatla
məşğul olurlar, məhsularını satırlar, mal-qara saxlayırlar,
təhsillə məşğul olurlar, sənətkarlıqla məşğul olurlar, müəllimlik
edirlər, həkimlik vəzifəsini yerinə yetirirlər, bayram tədbirləri
keçirirlər, matəmlər və yas mərasimləri təşkil edirlər, uşaqlarını
tərbiyə edirlər və s. Sadə cəmiyyətlərdə strukturlar da sadə
olur. Kəndli cəmiyyətlərində təbəqləşmə də kiçik olur. Eləcə də
az sahələri əhatə edir. Adətən kənd təsərrüfatı ilə hər bir şəxs
(qabiliyyəti olan hər kəs) məşğul olur. Müəllimin, həkimin,
traktorçunun, kombaynçının, mexanizatorun, aqronomun,
mühasibin, iqtisadçının da digərləri kimi təsərrüfatı mövcud
olur və onlar da mal-qara saxlamaqla məşğul olurlar. Torpaq
əkin-biçini fəaliyyəti həyata keçirirlər.
229
Mürəkkəb cəmiyyətlərdə, məsələn, şəhər həyatında, iri
meqapolislərdə strukturlaşma, sistemləşmə mürəkkəbdir və
burada artıq konkret və fərdi işlər üstünlük təşkil edir. Sənaye
və xidmət, infrastruktur sahələri, ticarət və ictimai-iaşə
obyektləri kimi vasitələr həyatın mürəkkəbləşməsini təmin
edirlər. Şəhər həyatında cəmiyyətin mürəkkəbliyi həm də
çoxmillətliliklə xarakterizə oluna bilir. Meqapolislərdə
müxtəlif dinə etiqad edən çoxlu sayda insanlar, çoxlu peşə
sahibləri, çoxlu sayda mütəxəssislər, elm, təhsil, səhiyyə,
mədəniyyət işçiləri bir məkanda toplaşırlar. Cəmiyyət də yeni
davranış modellərini hazırlamaq zərurəti ilə üzləşir. İnzibati
strukturlar da mürəkkəbliyi təşkil edən elementlər sırasına aid
olur. Mürəkkəb cəmiyyətlərdə insanların davranış, əməl və
ünsiyyət formaları da mozaik xarakterli olur. Bir dövlətdə
yaşayan çoxlu sayda xalqlar da mürəkkəb cəmiyyətlərin
əsaslarını yaratmış olurlar.
İnsanların cəmiyyətlərdə olan xidmətləri cəmiyyətin sadə
və mürəkkəb məzmununa uyğun qurulur. İnsanlar tələbatların
ödənilməsinə xidmət edirlər, eləcə də tələbatları yaradırlar. Hər
bir insan özünün bir və ya da bir neçə peşəsi üzrə cəmiyyətə
dəyər verməyə çalışır. Cəmiyyətdə insanlar öz iddialarına və
mənafe, maraq dairələrinə görə bölünürlər. Bir çox fərdlər
(şəxslər) cəmiyyətdə dərin izlər yaratmaq, bu baxımdan da
geniş yaradıcılıqla məşğul olmaq xəttinə üstünlük verirlər. Bu
yöndə ardıcıl şəkildə çalışmaq həqiqətən məktəb yaradır, iz
buraxır, irs formalaşdırır. Şəxsiyyət aldığı bol enerji sayəsində
iz buraxır. Bəziləri də sadə fəaliyyət prinsiplərinə üstünlük
verirlər və aza qane olurlar. Buna görə də iddialar və əməllər
təsnif olunur. Cəmiyyət isə özünün universal qayda-qanunları
ilə müxtəlif iddialara sahib olan insanları bir arada birləşdirir.
Eyni zamanda cəmiyyətdə fərdi və məxsusi qaydalar da
yaranır. Bu qaydalar insanların fərdi keyfiyyətləri, fərdi üstün
xidmətləri və fərdi qabiliyyət və bacarıqları ilə bağlı olur.
Məsələn, cəmiyyətdə yazıçılara, aktyorlara, müəllimlərə,
230
alimlərə, həkimlərə və digərlərinə hörmət qaydaları olur. Yəni,
onlara üstün hörmət olunur. Fərdi qaydada cəmiyyətə təsir
edən şəxslər, məsələn, liderlər, dövlət xadimləri və əsərləri ilə
daha çox təsir göstərən yazıçılar cəmiyyətdə üstün status əldə
edə bilirlər.
Cəmiyyət anlayışına dair bu kimi ümumiləşmiş fikirlər
bildirmək olar:
-Cəmiyyət insanların həyat tərzini, adət-ənənələrini
ümumiləşdirən, bu baxımdan həm də ümumi qaydalar yaradan
bir kompleksiyadır, struktur vəzifəsini yerinə yetirən
kompleksdir, əlaqələr kompozisiyasıdır.
-Cəmiyyətdə dövləti idarə etmək üçün hüquq norma və
qaydalar yaratmaq məqsədilə ideya və təkliflər, rəylər meydana
gəlir.
-Cəmiyyət mədəniyyəti yaradan mənbə rolunu oynayır və
eləcə də bütün təbəqələrinin ruhunu birləşdirir.
-Cəmiyyət fərdin bilik və bacarığını, istedad və
qabiliyyətini müəyyən edən mütləq, gerçək və mücərrəd
ünsiyyət məkanıdır.
-Cəmiyyət xalqla dövlət arasında bağlayıcılıq yaradan
sosial-mədəni mənbədir.
-Cəmiyyət fərdin və şəxsin əxlaqi-mənəvi dəyərlərini
daşıyan bir məkandır.
-Cəmiyyət insanlarda şəxsiyyəti yaradan, şəxsiyyəti
təsdiqləyən sadə və mürəkkəb kompozisiyadır, mürəkkəb və
sadə strukturdur.
-Cəmiyyət insanlığı təsdiq edən, insanlığa dəyər verən,
insanlığı yönləndirən, bəşəri, humanitar məzmunlu bir
kompozisiyadır.
-Cəmiyyət insan düşüncələrini birləşdirən, onları vahid
axarlara yönləndirən və düşüncələrin təsnifatını yaradan bir
mənəvi məkandır.
Dostları ilə paylaş: |