225
Cəmiyyət və insan, cəmiyyət və şəxsiyyət, cəmiyyət və
dövlət silsiləsindən
Cəmiyyət nədir. İnsanın cəmiyyətdə rolu
Cəmiyyət bir forma və struktur olaraq, təbiət və insan,
insan və insan vəhdətinin (əlaqələr və münasibətlər fonunda)
məkanıdır. İnsanların şəxsiyyətlər kimi varlıqları təbiətin
cəmiyyət qurumunda reallaşır. (Qeyd: təbii ki, cəmiyyət təbiətə
məxsusdur. Çünki, təbiətdən gələn siqnallar vasitəsilə
insanların ona olan münasibətləri reallaşır. Bu münasibətlərdən
də forma və məzmunlar əldə edilir). Təbiət fizioloji
məkandırsa, cəmiyyət mənəvi-maddi konstruksiyadır. İnsan-
ların şəxsiyyətlərinin tərkibini təşkil edən elementlər (mənəvi
aləmin elementləri-əxlaq da daxil olmaqla) cəmiyyətlərdə
realizə olunur, aşkarlanır. Bu elementlər cəmiyyətin üzvləri
(insanlar) üçün norma, qayda və təlimləri yaradır. İnsanın
təbiətlə təmasları onun davranış mütodlarını üzərə çıxarır.
İnsanın cəmiyyətdə davranışı irs yaradır və özündən sonra
gələn nəsil üçün istinad təlimatları, qaydaları, normaları rolunu
oynayır. Davranışlar irsi adətə keçir. Burada cəmiyyət sanki
mənəvi irsi mənbə kimi çıxış edir. İnsanın şəxsiyyət kimi rolu
cəmiyyətdə sübuta yetirilir, realizə olunur. İnsanın mənəvi
məxluq kimi dəyəri cəmiyyətdə təsdiqlənir, sübuta yetirilir.
Çünki, cəmiyyətin üzvləri bir-birilərinə qiymət verə bilirlər.
İnsan ictimai fərd rolunu oynayır. Cəmiyyətdə insan insandan
nümunə götürür. Davranış modelləri irsi olaraq, ardıcıl
qaydada bir-birini əvəzləyir. Cəmiyyət insanın bir növ
müəllimi, tərbiyəçisi qismində çıxış edir. Cəmiyyətdə dəyərlər
formalaşır və təsdiq olunur.
Cəmiyyət insanın təbiətlə və öz aralarında olan
təmaslarının təzahürdür. Təbiət və bəşəriyyət, dini inanclar
tələb edir ki, insanlar birgə yaşasınlar. Əl və zehni
məhsullarından birgə istifadə etsinlər. Maraq və məqsədlərini
226
birgə müəyyən etsinlər. İstək və niyyətlərini qruplaşdırsınlar,
seçimlərə bölsünlər. Fərdi maraqlarını ümumi maraqları ilə
sintez etsinlər. Fərdi və ümumi mənafeni birləşdirsinlər.
İnsanlar əmək kollektivi, sosial bütövlük şəraitində yaşasınlar.
Kollektivçilik birgə enerji potensialının yaranması deməkdir.
Burada əmək, zehin və sosial vərdişlər, davranışlar cəmləşir.
Bu potensial mənbədən hər kəs daha çox faydalana bilir.
Ümumi müstəvidə hərənin öz payı (verilən və çatan paylar)
meydana gəlir. Təbiət və bəşəriyyət onu tələb edir ki, insanlar
əl əməyi məhsullarının mübadiləsi, eləcə də zehni əməyin
mübadiləsi şəraitində yaşamaq zərurəti ilə üzləşsinlər.
İnsanların ayaqda qalmaları üçün dəyərləri ötürmə prinsipləri
şərtə çevrilir.
Ünsiyyət, əlaqə və təbiətə olan münasibət məlumatlardan
ibarət olur. İnformasiya şəbəkəsi məhz zehni və əl əməyinin
məhsullarının paylanmasında mühüm rol oynayır. İnformasiya
şəbəkəsi və məlumatların dünya üzrə ötürülməsi, səpələnməsi
insanların həyat şəraitinin mənalı formalaşmasını təmin edir.
İnsanları aktiv şəkildə sosiallaşdırır, cəmiyyətlərdə ifadə edir,
mənalandırır. Sosiallaşma ümumi mənafeləşmədir, ictimai,
siyasi, mədəni və iqtisadi bütövləşmədir. Sosiallaşma sayəsində
insanlar ünsiyyət məkanlarını qruplaşdırırlar, təsnif edirlər,
sahələrə ayırırlar və rəngarəngləşdirirlər. Sosialllaşma insan
həyatını bir tərəfdən mürəkkəbləşdirir, çətinləşdirir, digər
tərəfdən isə asanlaşdırır və sadələşdirir. Bu baxımdan da
cəmiyyətlər münasibətləri tarazlaşdıran məkanlardır. İnsanlar
kollektiv təsərrüfatlar, yaşayış məskənləri (burada kəndlərdə,
qəsəbələrdə, şəhərlərdə və ölkələrdə birləşmiş, zonalaşmış,
regionlaşmış yaşayış məskənlərinin yaranmasından söhbət
gedir) hesabına həyatda ayaq tuta, qərarlaşa bilirlər. Fərdin
şəxsiyyətə çevrilməsi kollektivçilikdə, birgə maariflənmədə,
birgə əmək şəraitində və birgə sosial şərtlərdə mümkün olur.
İnsan öz keyfiyyətlərini ümumi məkanda , yəni sosial
müstəvidə daha çox təqdim edə bilir. İnsanların keyfiyyətləri,
227
məziyyətləri və fəzilətləri, dəyərli tərəfləri məhz kollektiv
yaşayış formasında-sivil sosial məskənlərdə reallaşır.
Keyfiyyətlərin, dəyərlərin mübadiləsi sayəsində şaxələnmiş
rasional istehsalat (fabrikatlaşmış məhsullar) meydana gəlir.
İstər yaşayış məskənlərində, istərsə də istehsal və xidmət
sahələrində, istirahət mərkəzlərində, elm və təhsil, səhiyyə
ocaqlarında ünsiyyət və əlaqələrin mövcudluğu insanların
kimliyini aydınlaşdırır. Bu aydınlaşma sayəsində enerji
mübadiləsi baş verir və insanlar xoşbəxtliyə nail olurlar,
nailiyyətlər, qazanclar əldə edirlər. İnsanların qazandıqları o
halda dəyərə çevrilir ki, qazanc məhsulları reallaşma məkanları
əldə edir. Deməli, insanların sosiallaşması onların dəyərli
məxluq kimi önəmli rol oynamalarını zərurətə çevirmiş olur.
Bu gün insanlar arasında əlaqə və münasibətlər forma və
məkan baxımından kiçik ailə qurumundan tutmuş, kənd,
qəsəbə, rayon, şəhər, ölkələr kimi münasibət məkanları
modellərinə
qədər
uzanmaqdadır,
dairələnməkdədir,
əhatələnməkdədir. İnsanlar arasında münasibətləri infrastruktur
vasitələri, eləcə də informasiya vasitələri təmin etməkdədir.
İnsanlar arasında qiyabi və əyani vasitələr insan
sivilizasiyalarını, məkanlarını bir-birinə bağlayır. İnsanlar
əyani və qiyabi olaraq bir-biriləri ilə ünsiyyət qururlar,
əlaqələrə girirlər, ortaq maraqlarını bölüşürlər, hədəflərini
müəyyən edirlər, mövcud və gələcək vəziyyətlərini müzakirə
edirlər. Ortaq bir mövqe və maraq obyekti axtarırlar. Bu yolla
insanlar sosiallaşırlar. Cəmiyyətlər təşkil edirlər və cəmiyyətlər
arasında tellər yaradırlar. İnsanlar cəmiyyətlərdə dünyaya
gəlirlər və buna görə də həyatın başlanğıcından cəmiyyətlərin
vərdiş olunmuş norma və qaydalarına tabe olurlar. Şəbəkələr
adət-ənənələrin, vərdişlərin yayılmasını təmin edir. Geyim
adətləri və modelləri, əxlaq davranışları, ünsiyyət formaları
məkanlardan-məkanlara (məkanlar-yaşayış məskənləri) transfer
olunur. Bu baxımdan da insanların əlaqə və ünsiyyət
yaratdıqları məkanlar cəmiyyət adlanır. Cəmiyyət şəhər və
Dostları ilə paylaş: |