213
olunur, vərdişlər mənimsənilir. Rəngarənglik sayəsində enerji
bolluğu sistemi meydana gəlir. Çatışmazlıq bütöv və təkmil
siyasi sistemin formalaşması üçün müvafiq resursların qıtlığını
yaradır. Mədəni resurs çatmayanda ölkənin daxili və xarici
siyasəti də məhdudlaşmış olur.
-Ölkədə kadr və mütəxəssis çatışmazlığına gətirib
çıxarır. Etnik tərkibi zəngin olan ölkələrdə istedadlar taraz
şəkilində paylanılır. Bu da özlüyündə zəngin kadr potensialının
yaranmasını zəruri edir. İstehsalat üçün lazımi mütəxəssislərin
yetişməsi prosesləri baş verir. Monoetnik dövlətlərdə isə belə
problemlər yaşanır. Ölkənin iqtisadi sistemi üçün lazımi
resurslar çatışmır. Monoetnik tərkib elmi daşıyıcıların
ölkələrdən-ölkələrə keçməsinin qarşısını alır.
-Əmək
qüvvəsinin
çatışmazlığına
səbəb
olur.
Milliyyətçilik və etnik təmizləmə, mədəni deportasiya siyasəti
istehsal resurslarına zərbələr vurur. İstehsalat üçün əmək
qüvvəsinin çatışmazlığını yaradır. İstehsal münasibətləri üçün
əmək ehtiyyatlarının formalaşmasına mane olur. Bu da iqtisadi
sistemdə dolğunluğun qarşısını alır.
Yazılma tarixi-18 may 2017-ci il
Azərbaycanda çirkli pulların bağışlanılması haqqında
Açıq iqtisadiyyatın əsasları
Hamımıza məlumdur ki, ölkəmiz müstəqillik qazandıqdan
bu yana, təsərrüfat strukturlarında aparılan dəyişikliklər
sayəsində, eləcə də şəxsi sahibkarlıq yolu ilə böyük məbləğdə
pul qazananların, əmlak sahibi olanların sayı da çoxalmışdır.
Azərbaycan neft-qaz ölkəsidir. İyirmi altı ildir ki, bazar
iqtisadiyyatı yolu ilə addımlayır. Ancaq təəssüf ki, rəsmi olaraq
milyarder və milyonçuları yoxdur. Lakin məlumdur ki, böyük
məmurlar, nazirlər, dövlət konsern, şirkət, komitə, səhmdar
cəmiyyət rəhbərləri, mərkəzi idarəetmə aparatının bir çox
üzvləri külli miqdarda qazanclar əldə ediblər. Böyük şirkətlərə
214
qeyri-leqal rəhbərlik həyata keçirirlər. Onlar böyük kapitala
sahibdirlər. Ölkədə “Kölgə iqtisadiyyatı”na rəhbərlik də
edirlər. Həmçinin dövlət vəsaitini külli miqdarda mənim-
sədiklərinə görə də böyük kapitala (ölkədə və ölkə xaricində)
sahibdirlər. Böyük məmurların bir çoxu bank sektorlarına
nəzarət edirlər.
Ancaq ölkədə belə şəxslərə qarşı fobiya var. Onlar da
kapitallarını xalqdan gizlətməyə çalışırlar. Gizli (rəsmən adları
olmayan) milyarderlərlə, milyonçularla xalq arasında inam və
etimad mühiti formalaşmayıb.
Cəmiyyətə də məlumdur ki, dövlət məmurları bizneslə
məşğul olmaq və xalqın, dövlətin əmlakını talan etmək yolu ilə
hədsiz dərəcədə varlanıblar. Ölkədə və xarici ölkələrdə mülk,
əmlak sahibi olublar. Bununla da cinayət yolu ilə çirkli pullar
əldə ediblər.
Bu gün ölkdədə bu çirkli pulların bağışlanılması və
qanuniləşməsi siyasəti tətbiq olunmalıdır. Varlı məmurları
təqib etmək əvəzinə onların milyonçu, milyarder statusunu
formalaşdırmaq lazımdır. Bu gün həmin şəxslər öz vəsaitləri
üzərində qısınıb, qorxu içində qalıblar. Onların vəsaitləri
leqallaşmalı, onlar rəsmən milyarder, milyonçu elan olunmalı
və kapitalları toxunulmaz elan olunmalıdır. Həmin şəxslərin
vəsaitlərindən
transmilli korporasiyalar yaradılmalı və
iqtisadiyyatın sahələrinə sərmayə yatırımları genişlənməlidir.
Təəssüf ki, varlı şəxslər dolayı yollarla kapitallarını
ölkədən qaçırırlar. Ümumiyyətlə, çirkli pullar Azərbaycanda
axsaq, şikəst iqtisadiyyat yaradıb. Faktiki olaraq monopoliya
yaradıb, ancaq rəsmən qəbul olunmur.
Çirkli pulların bağışlanmasının
Faydaları:
-iqtisadiyyatda milli elementlərin güclənməsi;
-açıq və şəffaf iqtisadiyyatın formalaşdırılması;
-iqtisadi mafiyanın, monopoliyanın qarşısının alınması;
-humanist və liberal iqtisadiyyatın formalaşdırılması;
215
-resursların sərbəst üzənliyinin təmin olunması;
-biznes mühitinin dünyada məşhurlaşması və inamın
artması;
-ölkə iqtisadiyyatına xarici sərmayədarlar tərəfindən
inamın artması;
-yeni iqtisadi əlaqələrin artması;
-gizli iqtisadiyyatın açıq formaya keçməsi;
-bazarda istehsal məhsullarının və pul kütləsinin artımı;
-vergilərin artması, vergi subyektlərinin çoxalması;
-bank sektorunun güclənməsi;
-xalqın sağlam biznes nühitinə inamının artması;
-işəgötürən və işçi arasında sağlam münasibətlərin
formalaşması və s.
Yazılma tarixi-15 iyul 2017-ci il
Mənəvi, maddi aləm və müdriklik haqqında
İnsan maddiyat və mənəviyyat elementidir. Maddiyata ona
görə bağlıdır ki, təbiətdən asıldır, onun resurslarının içindədir.
Fiziki, bioloji təminatı sırf təbiətdən asıldır. Özü də fiziki
baxımdan maddi, material elementdir. Bioloji aləmlə əhatə
olunub və bioloji müstəvinin (burada troposferdə, hidrosferdə
və litosferdə olan aləmin, flora və fauna mühitinin vəhdətindən
meydana gələn müstəvi nəzərdə tutulur) tərkibidir, tərkibindən
qidalanır. İnsanın əqli (şüur da daxıl olmaqla) fiziki mənada
onun təbiətlə seçim əsasında münasibətlərini və təmaslarını
yaradır. Bu təmaslar sayəsində insanlar tarazlı əlaqələr,
münasib və üzvü, harmonik əlaqələr qurmağa çalışırlar.
Disharmoniya baş verdikdə isə tarazlıq pozulur və nəticə
etibarilə makro nizam insanın cəzalanmasını təmin edir.
Maddiyatın üstü var. Bu, insanların əxlaqıdır. Hansı ki,
insanlar bu dəyərlərdən istifadə edərək öz aralarında, təbiəti də
obyekt götürməklə, taraz əlaqələr qurmağa çalışırlar.
Dostları ilə paylaş: |