Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

204
 
 
dəstək  olmuşdur.  Cəmiyyətdə  cazibədarlığını  artırmışdır. 
Bənazir Bhutto milli geyimlərdə publikanı özünə cəlb etmişdir. 
Onun nurlu siması da siyasi fəaliyyətində ətrafı cəlb edən amil 
rolunu oynamışdır.  
İki  dəfə-1966-1977;  1980-1984-cü  illərdə  Hindistanın  baş 
naziri olmuş xanım İndira Qandi də öz ciddiliyi ilə seçilmişdi. 
Siyasi  terminologiyada  belə  demək  mümkünsə,  Qandizm 
(klassik qadın obrazı) cərəyanını yaratmışdır. Asiyanın müasir 
tarixində Qandizm (hökumətin qadın tərəfindən idarə olunması 
və  xanım  rəhbərdə  ciddiliyin  hökm  sürdüyü  etik  və  estetik 
siyasi xətt) öz başlanğıcını müasir dünyada ilk qadın baş nazir 
olan Sirimavo Bandaranaikedən (Şri-Lankada 3 dəfə baş nazir 
olub: 1960-1965; 1970-1977; 1994-2000) götürür.  
Müasir  tarixdə  siyasətçi  qadınlar  öz  xarakterlərinə  görə 
(fəaliyyətləri  onların  xarakterlərini  meydana  gətirib,  həmçinin 
xarakterlərini  fəaliyyətlərində  əsas  kriteriyalara  çeviriblər)  irs 
yaradıblar.  İrslərinə  şəxsi  həyatlarında  olan  çalarları  da 
qatıblar.  1952-ci  ildən  hal-hazıra  qədər  Böyük  Britaniya  taxt-
tacına sahib olan kraliça II Yelizaveta öznün ciddi körkəmi ilə 
dünya ingilis mühafizəkarlığını qoruyub saxlayır.  
Avropanın  “Dəmir  ledisi”  kimi  tanınan  və  1979-1990-cı 
illərdə  Böyük  Britaniyada  hökumət  rəhbəri  olan  Marqarat 
Tettçer (Avropada ilk qadın baş nazir) isə özünün sadə və ciddi 
görkəmi ilə publikanın diqqətini çəkib. 
Ümumiyyətlə,  Avropada  “Tettçerizm”  və  Asiyada 
“Qandizm” bənzərliyi olub. Bu iki xətt öz ciddiliyi ilə bir-birini 
tamamlayıb.  Belə  demək  mümkünsə,  qadın  siyasi  xadimlər 
arasında mühafizəkarlıq kriteriyası önəm kəsb edib.  
Qadın  rəhbərliyinin  xarakterində  Tettçerizm,  Qandizm 
xətləri  müasir  dövrün  irsini  təşkil  edib.  Məsələn,  Bənazir 
Bhuttonu  qadın  hökumət  idarəçiliyində  Qandizm  xəttinin 
davamçısı  kimi  görmək  olar.  Burada  Tettçerizmə  xas  olan 
əlamətlər də görünür. 


205
 
 
1969-1974-cü illərdə İsrailin baş naziri olmuş Qolde Meyr 
(İsrailin  ilk  qadın  baş  naziri  və  dünyada  üçüncü  baş  nazir 
qadın)  də  Tetçerizm  və  Qandizm  cərəyanında  təmsil  oluna 
bilər. Onun ciddi xarakterini nəzərə alaraq, siyasi rəhbərliyinin 
xassələrini  Tetçerizm  və  Qandizmlə  uyğunlaşdırmaq  olar.  Bu 
cərəyanın  nümyəndələrinin  geyim  və  davranış  üslubları  ciddi 
olub. 
1990-cı  illərin  qadın  hökumət  rəhbərləri  içərisində 
Türkiyənin  ilk  qadın  baş  naziri  (1993-1996)  olmuş  Tansu 
Çillərin adını da çəkmək olar. 1997-2001-ci illərdə ABŞ dövlət 
katibi olmuş Marqarat Tetçerin də siyasi portreti öz zənginliyi 
ilə seçilir. 
Ümumiyyətlə,  XX  və  XXI  əsrlərin  qadın  dövlət  və 
hökumət  başçılarını  öz  davranış  və  siyasi  fəaliyyətlərinə  görə 
belə xarakterizə etmək olar: Qandizm və onun cərəyanına aid 
olanlar;  Tetçerizm  və  onun  cərəyanına  aid  olanlar;  aralıq 
mövqedə  dayananlar-bura  daha  çox  XX  əsrin  sonlarının  və 
postmodernizm  dövrünün  siyasətçilərini  daxil  etmək  olar. 
Aralıq mövqedə dayananlar çoxluq təşkil edir. Aralıq mövqedə 
dayananlar özlərində Tetçerizm və Qandizmin bəzi əlamətlərini 
daşıyırlar.  Məsələn,  Almaniyanın  baş  naziri  Angela  Merkeli 
Tetçerizmin  nümayəndəsi  hesab  etmək  olar.  Merkelin  əsas 
marağı  Alman  dövlətinin  maşın  xarakterli  idarəçiliyini  təmin 
etməkdən  ibarətdir.  Digər  məsələlərdə  özünü  ciddi  və  sadə 
aparır. Ancaq Ukraynanın baş naziri olmuş (2005-ci ildə, 2007-
2010-cu  illərdə)  Yuliya  Timoşenkonu  bir  qədər  fərqli 
xarakterizə  etmək  olar.  Bu  xanım  siyasətçi  daha  çox 
populyarlığa  meyil  etmiş  və  qarışıq  fikirləri  ilə  fərqlənmişdir. 
Onun  xarici  görünüş,  dəbli  geyimi,  saç  düzümü  və  ritorikası 
cəmiyyətdə bu xanımı populyarlaşdırmışdı.  
   Postmodernizm 
dövrünün  dövlət  rəhbəri  qadın 
siyasətçilərini  –“Aralıq  mövqe”  tutan  qadın  rəhbərlərini 
idarəçiliyini  -  öz  ailə  -məişət  həyat  tərzləri  və  tutduqları 
ictimai-siyasi  mövqelərin  harmonik  vəhdətliyinin  xüsu-


206
 
 
siyyətləri  baxımından  iki  əsasda  xarakterizə  etmək  olar. 
Birincisi,  dövrün  keçid  xarakterinə  uyğun  olaraq  bəzi  klassik 
elementlərin  müasir  və  postmodernist  elementlərə  transfer 
olunmasını  özündə  əks  etdirən  forma  (“Çiçək  forması”); 
ikincisi,  klassikanı  və  müasirliyi  bir  çox  hallarda  inkar  edən 
Qrabarizm forması. 
Birinci  formada  klassikadan  və  müasirlikdən  olan 
elementlərin bəziləri öz xassələrini dəyişməz, yaxud da qismən 
dəyişən  əsasda  saxlayır.  Burada  zamanın  yeni  dəbləri  siyasi 
post  tutan  xanıma  öz  təsirlərini  göstərməyə  başlayır.  Dövlət 
rəhbəri  və  hökumət  rəhbəri  postunu  tutan  xanımlar  siyasi  və 
ictimai  efirdən  öz  etik  və  estetik  görünüşlərini  təmin  etməyə 
çalışırlar. Bu post sayəsində xanımlar cəmiyyətə, qadın və kişi 
mühitinə təsir etmək imkanları əldə edirlər. Efirlərdə dünyanın 
məşhur  brendlərini  (geyim  və  kosmetika  brendlərini)  reklam 
edirlər  və  bu  vasitələrdən  də  istifadə  edərək  öz  gözəlliklərini 
ifadə 
etməyə, 
publika 
üçün 
qabartmağa 
çalışırlar. 
Fotosessiyalar və fotoşoplara maraqlar qadının siyasi və ictimai 
efirinin fəaliyyət prinsiplərini özündə daşıya bilir. Yəni, qadın 
dövlət  və  hökumət  rəhbəri  özünün  postu  ilə  özünün  model 
piyarını təşkil edir və qadın kimi hökmranlığını təsdiq etməyə 
çalışır.  Cazibədar  qadın-təsiredici  qüvvə  vəhdəti  meydana 
gəlir.  
Aralıq  mövqedə  olanlar  milli-mədəni  və  dünya 
elementlərini  özlərində  daşıyırlar.  Postmodernizmin  dünya 
məşhurları - Argentina Prezidenti (2007-2015-ci illərdə) olmuş 
xanım  Kristina  Fernandes  de  Kirşner,  2011-2016-cı  illərdə 
Braziliyanın  prezidenti  postunu  tutmuş  Dilma  Vana  Rusef, 
Çilinin  hazırki  prezidenti  Veronika  Mişel  Baçelet  (Bu  xanımı 
ciddi görkəmi baxımından Almaniya kansleri Angela Merkellə 
müqayisə  etmək  olar.  Adları  yuxarıda  sadalanan  xanımlar 
həmçinin öz ölkələrinin ilk qadın rəhbərləridir), Danimarkanın 
ilk qadın baş naziri Helle Torninq-Şmitt (2011-2015-ci illərdə 
işləyib),  Cənubi  Koreyanın  2013-2017-ci  illərdə  prezidenti 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə