210
Hadisələrin siqnallarını hamıdan daha aşkar, aydın, daha çox
qəbul etmək qabiliyyətidir.
Mütləq zərurət olan yerdə informasiyalar zəruri olaraq
verilir. Öncəgörənlər həmin informasiyaları, belə demək
mümkünsə, hazırlanacaq informasiyaları, əvvəlcədən görə
bilirlər. Zərurəti əvvəlcədən görmək hissləri bəzi insanlarda,
seçilmiş insanlarda olur. Onlar ümumidən fərqli olaraq, əlavə,
dəyişkən formada ola bilirlər. Xüsusən duyğu orqanlarının,
mərkəzi informasiya sisteminin axarları da fərqli olur. Allah
adamlarında fərqli baxışlar, fərqli davranışlar, fərqli ünsiyyət
ola bilir. Bu da qeyd olunduğu kimi, üçüncü istiqamətdən gələn
məlumatlardan asılı olur. Məlumat xalis insanı və zaman
insanını üstələyir.
Elmlə məşğul olan insanlar adi insanlardır. Bəzən onlar
içərisində Allah insanları da ola bilir. Daha geniş duyğulara
malik ola bilirlər. Fantaziyaları geniş ola bilir. Düşüncələri
dərinə gedə bilir. Lakin elm hər sirri aça bilməz. Allahın şəxsə
göndərdiyi siqnalı (başqaları üçün gizli olan siqnalı) yalnız
qəbul edən bilə bilər. Üçüncü və ya da dördüncü tərəf siqnalı
hiss edə bilməz. Bu baxımdan da ekstrasenslərin duyğularını,
onlara göndərilən siqnalları elm müəyyənləşdirib xassələndirə
bilməz. Elm ekstrasensliyi müəyyən etmək və əhatəli şəkildə
araşdırmaq iqtidarında deyil və acizdir.
Bütün dünyada Allah adamları, kainata daha çox bağlı olan
adamlar var. Onlar əsas siqnalları makro qüvvədən qəbul
edirlər. Bu baxımdan da makro enerji gücünə malik ola bilirlər.
Yazılma tarixi- 22 aprel 2017-ci il
Millətçilik (milliyyətçilik), etnik, milli, dini, irqi ayrıseçkilik
və onun mənfi fəsadları
Bu kimi aktlar cəmiyyətə, dövlətə və xalqa formal və
maddi zərbələr vurur:
211
-“Xalis xalq”ın (“Çılpaq xalq”ın) formalaşmasına səbəb
olur. Monoetnik dövlətlər və xalqlar buna misaldır. “Xalis
xalq” dəyərli formada inkişaf edə bilməz. Çünki dünya xalqları
mədəni inteqrasiya şəraitində yaşadıqları halda dəyərləri ötürə-
ötürə inkişaf edirlər. Adətlər, sosial və əmək vərdişləri,
yaradıcılıq vərdişi transfer olmasa, sivil inkişaf ola bilməz.
Sivil inkişafı şərtləndirmək üçün rəngarənglik mütləq lazımdır.
Xalqların mədəniyyət vərdişləri ötürülür, yaradıcılıq vasitələri
şərtləndirici rol oynayır. “Xalis xalq”larda milli eqoizm güclü
inkişaf edir. Burada proseslər mərkəzə doğru baş verir. Açılım
zəif olur ki, bu da nəticədə mədəni şaxələnmənin qarşısını alır.
-Kövrək müdafiə sisteminin yaranmasına gətirib
çıxarır. Rəngarənglik özü bir gücdür. Daxili potensialın
artmasına xidmət edir. Hər bir fərd inkişafda rol oynaya bilir.
Bir xalqın qabiliyyəti və istedadı dövlətin daxilində digər
xalqların istedad və qabiliyyətləri ilə birləşəndə məkan üzrə
elementlərin sayını və fəaliyyətini artırır. Sistem şaquli və üfiqi
müstəvi ilə zənginləşir. Digər tərəfdən də multi etnik tərkib
beynəlxalq müdafiəni gücləndirir. Xalqı həm də başqa
dövlətlərin ərazilərində yaşayan dövlətlər sülh, sabitlik və
firavanlıq siyasətinə üstünlük verirlər. Qarşılıqlı əməkdaşlıq və
inteqrasiya zərurəti meydana gəlmiş olur;
-Mədəni, etnik diktatura yarana bilir. Bir xalqın milli
mənlik şüurunun ifrat dərəcədə “bərkiməsi”, radikallaşması
həmin xalqın eqosunu artırır və siyasi özünüdərkinə mənfi
təsirlər edir. Xalqın mədəni, siyasi ruhunda barışmazlıq əmələ
gəlir. Siyasi system ideoloji əsaslarla bərkiyir, radikal xarakter
alır. Bu da hər zaman dağılmağa, partlamağa meyilli olur. Bir
xalqın regionda və öz dövlətində siyasi və mədəni diktaturası
formalaşır. Bir xalqın tiraniyasına yol açılır. Şovinizm ruhu
meydana gəlir.
-Soyqırım
hadisələrinə
səbəb
olur.
Millətçilik
(milliyyətçilik) ruhunun oyanması ayrıseçkiliyi şərtləndirir.
Milli eqonun ifrat dərəcəsi barışmazlığı meydana gətirir. Bir
212
xalqa qarşı kin, küdurət, nifaq hissini oyadır. Gözgötürməzlik
duyğusu bir məkanda və cəmiyyətdə yaşamaq imkanlarını heçə
endirir. Təhdidlər çoxalır. Həyatı risqlər artır. Milli ruhun
artıqlığı digər xalqlara qarşı saymazlığı meydana gətirir. Bu
kimi neqativ hallar düşmənçiliyə, ədavətə və soyqırıma səbəb
olur. Bir xalq başqa xalqların keyfiyyətləri ilə barışmayanda
onlara qarşı soyqırım siyasətinə əl atır. Soyqırım isə bəşəri və
etnomədəni cinayət olaraq dəyərlərin məhvinə yol açır. Bir
xalq öz fiziki, mədəni, maddi və intellektual potensialını itirir.
İntellektual potensialın itkisindən tək bir dövlət və bir xalq yox,
bütün bəşəriyyət əzab çəkir. Çünki intellektual dəyər əksərən
bütün xalqlara fayda verir.
-Etnik əsaslı deportasiya yaradır. Milliyətçilik, başqa
xalqlara qarşı xainlik, göz götürməmək kimi hissləri oyadır.
Milli eqoizmi gücləndirir. Başqa xalqlara qarşı milli və mədəni
fobiyanı meydana gətirir. Bu kimi duyğular deportasiyanı
yaradır. İnsanlar zorla öz doğma yurdlarından miqrasiya
edirlər. Qaçqın və məcburi köçkünə çevrilirlər. Dini
qarşıdurma da meydana gəlir.
-Terror-mədəni
və
bəşəri
terror-formalaşır.
Milliyyətçilik duyğularının baş qaldırması və ondan meydana
gələn kin-küdurət hissləri terror aktlarına yol açır. Mədəni
barışmazlıq millətin nümayəndələrinin fərdi və kollektiv olaraq
ölkə daxilində və digər ölkələrdə terrora məruz qalmasına
səbəb olur.
-Ölkədə sosial və mədəni müvazinətin pozulmasına
səbəb olur. Hər bir xalq istedad daşıyıcısı olur. Genetik amillər
burada mühüm rol oynayır. Tarixi yaradıcılıq xətti davam edə
bilir. Mədəni genetik daşıyıcılıq xalqların nümayəndələrində
büruzə verir. Qarışıq mədəniyyət həyatın daha da
müəyyənləşdirilmiş formada dərkinə gətirib çıxarır. “Xalis”
(“Çılpaq”) xalqın və onun məhdud təfəkkürünün forma-
laşmasının qarşısını alır. Monoton mədəniyyətin zənginliyi hər
xalqda ola bilməz. Qarışıqlıq zamanı adət-ənənələr transfer
Dostları ilə paylaş: |