Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə58/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

201
 
 
-KİV  cəmiyyətin  nəbzini  fərdə,  fərdin  nəbzini  isə 
cəmiyyətə çatdırır; 
-KİV  vasitəsilə  cəmiyyətin  mədəni  ruhu  haqqında  dövlət 
hakimiyyəti məlumatlı olur; 
-KİV  cəmiyyətin  mədəni  ruhunun  formalaşmasını  təmin 
edir; 
-KİV  cəmiyyətdə  sağlam  düşüncələrin  formalaşmasında 
mühüm  rol  oynayır;  belə  ki,  sağlam  ruhlu  şəxslərin  fikirlərini 
yayır,  ədəbi-bədii  fikirləri  təbliğ  edir,  eləcə  də  sağlam  ruhla 
tanışlığı yerinə yetirir; 
-KİV  elmi,  fəlsəfi,  bədii  və  dini  düşüncələri  cəmiyyətdə 
təbliğ  və  təşviq  edir  ki,  bu  da  nəticə  etibarilə  dəyərli  fkirlərin 
yayılmasını şərtləndirir; 
-KİV  ədəbi-bədii  fikirlərin  təbliği  yolu  ilə  cəmiyyətin 
maariflənməsində  böyük  rol  oynayır  və  bu  mədəniləşmə 
prosesində insanların şüurlarına təsir edir; 
-KİV  cəmiyyətdə  mövhumatçılığın  və  nadanlığın  aradan 
qaldırılmasında mühüm rol oynayır; 
-KİV  sayəsində  insanlar  fərdi  varlıqdan  ictimai  varlığa 
keçidlər  edirlər  və  bu  da  özlüyündə  şəxsiyyətin  yetişməsini 
təmin edir və s.  
  
Yazılma tarixi- 08 fevral 2016-cı il  
  
Qrabarizm  və  qadın  dövlət  və  hökumət  idarəçiliyi 
haqqında 
 
Qrabarizm,  yaxud  yeni  ruhlu  dövlət  və  hökumət 
idarəçiliyi 
 
Qrabarizm nədir? 
Yeni bir ideya ağlımdan keçdi -siyasi terminologiyaya təzə 
bir ifadə daxil etmək. –Qrabarizm.  


202
 
 
Qrabarizm -dövlət və ya da hökumət başçısı postunu tutan 
qadının  öz  şəxsi  həyatının  onun  siyasi  fəaliyyəti  ilə 
birləşdirilməsini  ehtiva  edən,  müəyyənləşdirən,  təyinedici 
əhəmiyyət  kəsb  edən  bir  ifadədir.  Qrabarizm  şəxsin  (qadın 
cinsindən olan şəxsin) öz məişət həyatının sosial-siyasi həyatla 
çulğaşmasını  əks  etdirən  bir  ifadədir.  İfadə  özündə 
konseptuallığı  əks  etdirərək,  siyasi  anlayışa  çevrilə  bilər.  Bu 
ifadə  qadının  sosial,  məişət  xarakterinə  aid  olan  elementlərlə 
onun  siyasi  elementlərinin  harmoniyasını,  vəhdətini  yaradır. 
Qrabarizm  daha  çox  qadın  şöhrətpərəstliyini,  bundan  irəli 
gələrək  şou  həyatını  özündə  ehtiva  edir.  Bu,  siyasi  və  ictimai 
dairələrdə,  eləcə  də  sosial  mühitdə  bir  tərəfdən  rəğbət 
yaradırsa,  digər  tərəfdən  qıcıqları,  kəskin  emosiyaları  üzərə 
çıxarır. 
Qrabarizm  bir  cərəyan  olaraq  Xorvatiyanın  qadın 
prezidenti  (O,  2015-ci  ildən  bu  postu  tutur)  Kolinda  Qrabar-
Gitaroviçin  adı  ilə  bağlıdır.  Məhz  onun  şəxsi  həyat  tərzinin 
siyasi fəaliyyəti ilə çulğaşmasından meydana gələn bir ifadədir. 
Onun  çimərlik  şəkillərinin  (bikini  geyimində)  paylaşılması, 
eləcə də foto-model kimi cəmiyyətə, dünyaya təqdim olunması 
qadın  dövlət  rəhbərinin  şəxsi  həyatının  siyasi  fəaliyyətlə 
çulğaşmasının  ən  açıq-saçıq  formasıdır.  Bu  baxımdan  da 
Qrabarizm özündə bu kimi elementləri birləşdirir: 
-açıq-saçıqlığı  (buna  şəhvani  hisslər  yaradan  bayağı  əxlaq 
da  demək  olar.  Eləcə  də  dəbli  həyatı  siyasi  fəaliyyətlə 
vəhdətləşdirən 
estetik 
hal 
kimi 
də 
dəyərləndirmək 
mümkündür); 
-qadın  şöhrətpərəstliyinin  siyasi  sistemin  ciddi  tələbləri 
üzərində “hökmranlığını”; 
-dövlətin  dünyada  şəxs  vasitəsilə  tanınmasını-burada 
estetik, eləcə də emosional-duyğulu amillər üstünlük təşkil edə 
bilər. 
Siyasi  post  (dövlət  vəzifələri)  ciddiliyi  sevir  və  kökənli 
olaraq  mühafizəkarlığı  özündə  ehtiva  edir.  Bu  ciddilik  xalqın 


203
 
 
simasını, onu tarixi irsini və mədəni xarakterini özündə ehtiva 
edir.  
Məlumdur ki, qadın gözəllik simvoludur. Estetika və etika 
predmetidir.  Hələ  qədimdən  qadınlar  muzalar  (ilahələr, 
Allahların  qızları)  olublar.  Qadın  modasının,  dəbinin  tarixi 
qədimdir.  Qadın  bər-bəzəyinin,  kosmetikanın  tarixi  də 
qədimdir.  Hələ  qədim  Mesopotomiyada,  Misirdə,  Fars 
dövlətində,  Yunanıstanda,  Romada  kosmetikadan,  bəzək 
boyalarından istifadə olunub. Mesopotomiya pomadanın vətəni 
hesab olunub. Belə bir məlumat var ki, qədim Misir şahzadəsi 
Kleopatra  kosmetika  haqqında  kitab  yazıbmış  və  özünün 
parfümeriya  istehsalatı  var  imiş.  История  косметики. 
http://luxcosmetics.com/istoriya.html  
Qədim  Misirdə  makiyaj  dekorativ  məqsədlərlə  yanaşı, 
müalicə  üçün  də  istifadə  edilirdi.  Ümumiyyətlə,  qədim  Misir 
kosmetikanın beşiyi adlanır. 
Qədim  Yunanıstanda  qadın  gözəlliyi  və  fiqurası  yüksək 
qiymətləndirilirdi.  Qədim  Romada  imperator  Neronun  həyat 
yoldaşı  Poppeya  Sabina  (30-65-ci  illərdə  yaşayıb)  yazılı 
kosmetik məsləhətlərin müəllifi imiş. Qədimdən kosmetikanın 
iki  əsas  forması  mövcud  imiş-gözəllik  yaradan  kosmetika, 
eyib,  qüsur  örtən  kosmetika.  История  косметики. 
http://luxcosmetics.com/istoriya.html 
Gözəllik,  gözəl  görünmək,  müxtəlif  rənglərdə  bəzənmək 
qədimdən bu yana qadınların əsas məqsədlərindən olub. Gözəl 
görünmək  və  cazibəli  olmaq,  cəzbedicilik,  kişilərə  və 
bütünlükdə  publikaya  təsirlər  qadın  xislətinin  əsasını  təşkil 
edir.  Gözəlliyi  yaradan  əşyalar  qədimdən  siyasi  elitada  təmsil 
olunan xanımların əllərində cəmləşib. 
Gözəllik kriteriyaları tarixdə olduğu kimi, bu gün də siyasi 
şou  üçün,  kütlə  üçün  də  əsasverici  şərtdir.  Kütləni  cəlb  edən 
faktorlardan biridir. Məsələn, “Şərqin dəmir ledisi” adını almış 
və 1988-1990; 1993-1996-cı illərdə Pakistanın baş naziri olmuş 
xanım  Bənazir  Bhuttonun  gözəlliyi  onun  siyasi  fəaliyyətinə 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə