Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

207
 
 
olmuş  Pak  Kın  Xe,  Latviyanın  dövlət  rəhbəri  Dalya 
Qribauskayte  və  başqaları müasirliklə  yanaşı,  dəbli həyat  tərzi 
ilə  bərabər,  rəhbərlik  fəaliyyətləri  ərzində  mühafizəkarlığın 
bəzi  elementlərini  özlərində  daşıyıblar  və  bu  vəziyyət  bu  gün 
də  davam  etməkdədir.  Onlar  ciddi  görkəmləri  ilə  ictimai  və 
siyasi  dairələrin,  ümumilikdə  geniş  xalq  kütləsinin  qınaq 
obyektindən kənarda qalmağa can atıblar.  
Aralıq mövqedən yeni bir xətt də ayrılır. Bu Qrabarizmdir. 
Qrabarizmdə şou-biznes aləmi ilə siyasi fəaliyyət birləşə bilir. 
Ola  bilər  ki,  bu  hal  özündə  insanın  sadə  həyat  tərzinin 
xassələrini  əks  etdirsin.  Lakin  cəmiyyətin  və  dövlət  və 
hökumət  rəhbəri  postunun  ciddi  xarakteri  bu  postu  tutan 
xanımın  şəxsi  həyat  tərzi  ilə  ziddiyyətlərini  ortaya  qoyur.  Ali 
siyasi  postun  şou-biznes  aləmi  ilə  uyğunluğu  və  bir-birini 
tamamlaması sosial  ruhun ziddiyyətlərini və çaşqınlıqlarını da 
ortaya  qoya  bilir.  Qrabarizmdə  qadının  öz  cazibədarlığı  ilə 
özünü cəmiyyətdə açıq-aşkar surətdə təsdiq etmək səyləri daha 
qabarıqdır.  Qadın  klassik  ənənələri  daha  geniş  şəkildə  poza 
bilir.  Qadın  şou  xarakterini  öz  siyasi  postu  ilə  daha  da 
möhkəmlətməyə  və  ətrafı,  beynəlxalq  aləmi  cəlb  etməyə 
çalışır.  Siyasi  post  populyarlaşma  üçün  imkanları  böyüdür. 
Təbii ki, belə halların davamı ölkədə siyasi böhrana səbəb ola 
bilər və müxalifət üçün təzyiqedici amil rolunu oynayar.  
 
Yazılma tarixi-10-15 aprel 2017-ci il  
Ekstrasenslik  və  elmin  əlavə  hissləri  tam  müəyyən  edə 
bilmək çarəsizliyi 
 
 “Xalis insan” 
“Zaman insanı” 
“Allah adamı” anlayışları 
 
Hamımız  Allahın  bəndəsiyik.  Lakin  içimizdə  Allaha  daha 
çox yaxın adamlar da var. Bunlar əlavə hissli adamlardır.  


208
 
 
İnsanlar  kainat  ünsürləridir.  Kainatın  tərkib  hissələridir. 
İnsanlar ruhən və cismən kainatın  tərkibidirlər.  İnsanlar özləri 
informasiya  toplusudurlar.  Bütün  aləm  kimi  insan  da 
informasiya zərrəciklərinin toplusundan ibarətdir. Zərrəciklərin 
birləşmiş  hərəkəti  insanın  özünün  bütöv  hərəkətini  meydana 
gətirir.  İnsanların  nüvələri  və  ətraf  zərrəcikləri  məlumat 
hissəciklərindən  ibarətdir.  Deməli,  insan  bütövlükdə  məlumat 
ünsürüdür. Məlumatı alır və ötürür.  İnsanlar təbiətlə, kainatla, 
yəni,  fövqtəbiətlə  təmasdadırlar.  İnsanlar  mikro  və  makro 
təbiət qüvvəsinin tərkibidirlər və enerji ünsürləridirlər.  
İnsanlar kainatın makro qüvvəsinin tərkibində qərarlaşırlar. 
Bu  baxımdan  da  təbiətdən  və  makro  qüvvədən  informasiya 
qəbul edirlər. 
İnsanların  məlumat  daşıyıcı  ünsür  kimi  formalaşması 
başlıca  olaraq  üç  amildən  baş  verir:  birincisi,  genetik 
amillərdir.  Bu  amillər  sayəsində  insanların  daxilləri  keçmiş 
məlumatlarla  dolur.  Ulu  nəsli,  baba-nənəsi  və  ata-anası 
tərəfindən  yaddaşlara  həkk  olunmuş  informasiyalar  gen  xətti 
ilə  keçir.  Bu  baxımdan  da  insanlar  keçmişi  görə,  öz  yaxın 
keçmiş  qohumlarının  həyatını  yaşaya  bilirlər.  Tarixi  yaddaş 
əslində  insanlara  keçir  və  daxillərində  onları  daşıyırlar.  Gen 
informasiyası tarixən insanın kimliyini müəyyən etməyə imkan 
verə  bilir.  Bu  baxımdan  hər  kəs  öz  ulu-əcdadına  oxşaya  bilir. 
Ulu  əcdadında  olan  keyfiyyətlər,  bacarıqlar,  istedadlar  və 
davranış  qaydaları,  davranış  kodeksi,  ümumilikdə  xarakter 
sonrakı  nəsildə üzə çıxa bilir.  İnsan bu baxımdan da xaricdən 
informasiya  almadan,  öz  genetik  informasiya  bazası  hesabına 
formalaşa bilir. Bu halda “xalis insan” yarana, yetişə bilir.  
İkincisi, insanın genetik informasiyası ilə bərabər, insanın 
ətraf mühitdən aldığı məlumatlardır, amillərdir, şərtlərdir. Ətraf 
mühit  amili insanların  genetik bazasına qismən təsir edə bilir. 
Zamana  uyğun  keçidlər  baş  verir.  İnsanlar  “xalis  insan”dan 
“zaman  insan”larına  keçidlər  edə  bilirlər.  Burada  qazanılan 
informasiya  törəmə  informasiyası  olur.  Ancaq  insan  universal 


209
 
 
prinsipləri  öz  genində  daşıyır.  İnsan  kimi  quruluşu, 
fiziologiyası baza etibarilə gendə formalaşır. “Zaman insanın” 
da  əməllər  və  davranışların  bazasında  “xalis  insan”  dayanır. 
Bazadan  yeni  insan  üçün  istifadə  olunur.  Deməli,  istedad, 
bacarıq,  keyfiyyət  daha  çox  xalis  olur.  Qazanılan  isə  xalisin 
üzərində  qurulur.  Xəstəlik  də  xalis  olur.  Zaman  insanında 
qazanılan  elementlər  sonradan  xalisə  çevrilə  bilir.  Yəni,  insan 
artırır, ailə qurur, yeni doğulan uşaqda ata-ananın zaman insanı 
dövründə  qazandıqları  uşaqlarına  keçir.  Deməli,  xalislik  də 
zaman  insanı  hesabına  dəyişə,  əlavələr  qəbul  edə  bilir.  Bu 
baxımdan  da  erkən  evlənməklə,  sonradan  evlənmək  arasında 
fərq olur, belə  ki,  uşaqlar fərqli  ola bilirlər. Ata-ananın  zaman 
insanı  dövründə  qazandıqları  xalis  insana  əlavə  olunur. 
İnformasiya genə oturur. Gen əlavələr qəbul edir. 
 Üçüncüsü,  insanlara  makro  qüvvənin,  fövqqüvvənin 
informasiyaları  daxil  olur.  Buna  görə  insanlar  həm  təbiətlə, 
həm  də  fövqqüvvə  ilə  bağlı  olurlar.  Fövqqüvvənin  insana 
verdiyi  informasiya  (vəhy,  ilham)  çox  olduqda  bazada  olan 
(xalis  insan),  əlavə  əldə  edilən  (zaman  insan)  informasiya  bir 
qədər  dağıla  bilir.  Allahın  (fövqqüvvənin)  informasiyası  artıq 
gəldikdə insan xarakterində dəyişiklik ola bilir. Çünki, tarazlıq 
pozula  bilir.  Lakin  tarazlıq  yenidən  bərpa  oluna  bilir.  İnsan 
daxilində olan üçlükdən biri-Allahın informasiyası çox olduqda 
ikisini  dağıda  bilir.  Allah  adamları  özlərini  bir  qədər  qəribə 
apara  bilirlər.  Bu,  onlara  daxil  olan  əlavə  informasiyaların 
kütləsindən baş verir. Bəzən nevroloji və psixoloji problemlərlə 
rastlaşa bilirlər. Lakin Fövqəlqüvvə (Allah) özü tarazlayır.  
İlham, vəhy üçüncü axındır. Üçüncü axın da xalis insandan 
gələ bilər. Məsələn, kiminsə ulu əcdadında Allah adamı olubsa, 
keçidlə gələcək nəslinin nümayəndələrinə ötürülə bilər.  
Allahın göndərdiyi informasiya hər adamda eyni həddə ola 
bilməz.  Allah  seçib  verə  bilir.  Bu,  əlavə  istedaddır,  hissdir, 
duyğudur, öncəgörmədir. Əvvəlcədən prosesləri hiss etməkdir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə