219
camaat, sakin adətlərinə keçidlər edib. Belə demək mümkünsə
traybekratiya, tayfa hakimiyyəti, tayfa başçılarının tayfaları
daxilində və işğal etdikləri başqa tayfalar üzərində idarəçiliyi
tədricən tayfalardan əmələ gələn (zorən və ya da könüllü
şəkildə birləşən tayfalar birliyindən xalqlar əmələ gəldi) xalq
idarəçiliyinə keçidlər etdi. Deməli, şəhər həyat tərzi, böyük
yaşayış məskənləri xalqın hakmiyyətini yaratdı. Etnoslardan
demoslara keçid siyasi təşkilatlanma ilə başladı. Deməli,
demokratiya traybokratiyadan etnokratiyaya, oradan da indi
formasına keçidlə formalaşdı. Quldarlıq dövründə hər kəsin
hüquqları olmadı. Feodalizm (torpaq mülkiyyətçiləri) dövründə
feodal təsərrüfat özünəxas quruluş meydana gətirdi. Bunun adı
yeni mütləqiyyət çarlığı idi. Təbii ki, demokratiya sonradan
(ilkin nəzəri əsaslarından sonra) mütləq monarxiyaya keçidlər
etdi. Feodalizm dövründə mütləq monarxiyalar, teokratik
monarxiyalar formalaşdı. Kapitalizm isə (burada pulun
vasitəyə çevrilməsi, natural əməkdən muzdlu əməyin
formalaşması, sənayeləşmə) yeni quruluşları, məsələn, burjua
demokratiyasını yaratdı. Sonradan isə burjua demok-
ratiyasından (burjua təbəqəsinin siyasi hakimiyyətindən) milli
demokratiyaya (burada xalqların hər bir üzvünün vətəndaşa
çevrilməsi və siyasi hüquqlar qazanması nəzərdə tutulur)
keçidlər yaşandı. Burjua demokratiyası özündə aristokratiyanı,
plutokratiyanı, fəhlə və kəndli inqilabları fonunda isə
oxlokartiyanı (kütlənin qiyam yolu ilə, üsyan və inqilablar
vasitəsilə hakimiyyəti ələ almalarını əks etdirən quruluş)
meydana gətirdi. Demokratiya traybokratiyadan, etnokratiyaya
keçidlə yaranmış olsa da qədim dövrlərdən bu yana idarəçilik
formaları və rejimləri baxımından nookratiyanı (ağıllıların
idarəçiliyini),
aristokratiyanı, plutokratiyanı, anarxiyanı,
avtokratiyanı, tiraniyanı, despotizmi, totalitarizmi, diktaturanı,
xuntanı, demarxiyanı və digər formaları və rejimləri özündə
yaşatdı və bu gün də həmin elementlərin daşıyıcısı kimi davam
etməkdədir.
220
Bu gün demokratiyanın tərkibi birmənalı olaraq sərt, bərk
rejimlərdən ibarət deyil. Yumşaq formalar və məzmunlar
mövcuddur. Liberal demokratiyalar, onun tərkibi olan
konstitusiyalı monarxiyalar, respubliklar (cəmiyyətin haki-
miyyəti) arealları genişlənməkdədir. Hal-hazırda inkişaf etmiş
sivil cəmiyyətləri daha çox iqtisadi resurslar, insan həyatını
təmin edən vəsaitlər idarə edir. İstər yuxarı təbəqə, istərsə də
cəmiyyət özü normalarla, normaların hərəkət etdirdiyi
vəsaitlərlə idarə olunur. İndi demokratiya bu və ya da digər
formada texnokratiyanı da yaradır. Texniki innovasiyalar,
informasiya texnologiyaları insan həyatına və şüuruna təsir edir
və bu da özlüyündə sərt rejimli hakimiyyətlərin yaranmasının
qarşısını alır. İnsanlarn maariflənməsi, xəbərlərin tez
çatdırılması cəmiyyətin şüurunu aydınlaşdırır və adekvatlılığı
yaradır. İnsanların mütə şəkildə tabe olmaları əksər hallarda
qeyri-mümkün hala çevrilir. Bu baxımdan da bu gün sivil
cəmiyyətlərdə kollegial, institusional idarəçilik hökm sürür.
Məcazi mənada ifadə etsək, informkratiya, sosiokratiya
cəmiyyətin liberallaşmasını, idarə edən qrupun yumşalmasını
zəruri edir.
Bu zamanada hər bir xalqın hakimiyyəti var. Bu, fərdi və
kollektiv hakimiyyətdir. Məsələn, Rusiya həm etnik rusların,
həm də bu ölkədə yaşayan xalqların (cəm halda vətəndaşların)
milli məkanıdır. Yəni, dövlətləridir. ABŞ-da, Kanadada,
Avstraliyada, Hindistanda müxtəlif xalqların nümayəndələri
cəmləşib bir dövləti təmsil edirlər. Bu baxımdan da bütün
xalqlar öz-özlüyündə demosa (təşkilatlanmış etnoslara)
çevriliblər. Məzmun etibarilə istənilən ölkədə etnokratiyanın
yaranması qeyri-mümkün bir hala çevrilir.
Bu gün istənilən ölkəni yüksək səviyyədə idarə etmək üçün
lazımi vəsaitlər tələb olunur. Hakimiyyətin resurs fondu, resurs
xəzinəsi, resurs bankı olmalıdır. Bu vəsaitlər cəmiyyətin
özündə toparlanır. Cəmiyyət, milli və yerli iqtisadiyyat varlı
olduqda insanların normalarla idarə olunması da asanlaşır. Belə
221
hallarda yuxarı hakimiyyət (fiziki mənada) çox da cəmiyyət
üçün lazm olmur. Qurulmuş struktur və mexanizm özü sistemli
qaydada əhalini idarə edir.
Resurslar inkişafı şərtləndirir, inkişafı dalğalandırır.
Resurslar təminatı yaradır, insanların sosial rifahını gücləndirir.
Resurs bol olduqda və onun taraz əsaslarla paylanılması baş
verdikdə cəmiyyət sabitləşir. Resurslar tələblərə cavab verir,
ehtiyacları ödəyir. Yüksək inkişaf səviyyəsini saxlamaq üçün
və yeni vərdiş olunmuş vəziyyəti əldə saxlamaq məqsədilə
davamlı vəsaitlərin olması şərtdir. Cəmiyyət resurslarla təmin
edildikdə sağlamlaşır. Bu halda sağlam sosial-siyasi institutlar
meydana gəlir. İdarəçilikdə demokratik prinsiplər möhkəm-
lənir. İnsanlar maariflənir və rasionallıq və sağlam təfəkkür
inkişaf edir.
Resurs zənginliyi dövləti idarə edən qrupun və onun
başında dayanan şəxsin xarakterinə, bu yöndə davranışına da
öz təsirlərini göstərir. Varlı cəmiyyət üzərində despotizmin
yaranması da qeyri-mümkün hala çevrilir. İmkanlı cəmiyyət-
lərdə strukturlar üzərində basqılar dövlət idarəçiləri üçün əks-
səda verir və hakimiyyətin səmərəli idarəçiliyinə mane olan
ünsürləri meydana gətirir. Destruktivlik hakim elita üçün da
sabitliyin pozulmasına rəvac verə bilir. Bu baxımdan da hakim
qrup qeyri-hakimiyyət tərəfinə qarşı yumşaq davranmaq
məcburiyyəti ilə üzləşir. Digər tərəfdən, cəmiyyətin və xalqın,
dövlətin qazandığı dəyərlərin əldən verilməsi qorxusu da
hakim qrupu alternativ yollara (despotizmdən fərqli üsullara) əl
atmağa vadar edir. Demokratiya bu halda özündə meri-
tokratiyanı (ləyaqətlilərin hakimiyyəti), nookratiyanı (ağılın
hakimiyyəti) doğurmağa başlayır. Hakim elita sağlam
cəmiyyətlər qurulmasında maraq nümayiş etdirir və öz məna-
feyini də cəmiyyətdən təmin etməyə can atır. Hakimiyyətlə
xalq arasında harmoniyalaşmış münasibətlər, üzvi əlaqələr
yaranmış olur. Bu halda dövlət stabil halda çiçəklənməyə
başlayır.
Dostları ilə paylaş: |