243
-insanlarda insanlıq komponentlərinin müəyyən olunmasını
təmin etdi;
-insan hüquqlarını dünyəvi
əsaslarla təsbit etdi;
-insanların bütün təbəqələri hüquqlarla təmin edildi;
-insan hüquqları sərhədləndi, miqdarı müəyyən olundu;
-insan hüquqlarına hörmət olundu;
-insan
dəyərə mindi;
-vahid dövlətçilik ənənəsi yaratdı;
-sistemli idarəçilik formalaşdırdı, xalqda idarəçilik
qabiliyyətini meydana gətirdi. Azərbaycanlılar dünyəvi dövlət
idarəçiliyində iştirakçı oldular;
-xalq üçün dünyəvi dövlət formalaşdırdı. Hakimiyyət
sistemini meydana gətirdi. Hüquqi və qanuni dövləti təqdim
etdi. Xalq bu vərdişlərə yiyələndi;
-xalqa sivil (dünya nümunəsini əks etdirən) dövlət bəxş
etdi;
-xalqa sivil siyasi sistem (qanunvericiliyə söykənən) verdi;
-xalqa müasir qanunvericilik bəxş etdi. Hüquq sistemi
verdi. İcraedici, qanunverici və məhkəmə hakimiyyəti hədiyyə
etdi ;
-xalq üçün sistemli cəmiyyət qurdu;
-insanları köləlikdən azad elədi;
-insanların qul əməyini
ləğv etdi;
-insan əməyinin istismarını ləğv etdi;
-hüquqi əsaslara söykənən cəmiyyət təqdim etdi;
-xalqa nizamlı quruluşlar verdi;
-xalqa hərbi nizamı öyrətdi;
-xalqa hüquqi nizam bəxş etdi;
-kütləvi maarifləndirdi, xalqın zəkasını aydınlaşdırdı;
-xalqa ziyalı təfəkkür bəxş etdi;
-xalqı dünyəvi
bilikli etdi, savadsızlığı aradan qaldırdı;
-dünyəvi orta məktəb və dünyəvi təhsil verdi;
-ali və orta ixtisas təhsili verdi;
-oğlanlar və qızlar arasında bərabərlik yaratdı;
244
-qızlara elm və təhsil bəxş etdi;
-qızları köləlikdən qurtardı;
-qızların dünyasını aydınlaşdırdı, qaranlıqlardan xilas etdi;
-qızların hərraclarda satıla biləcəyinin qarşısını aldı;
-qadınlara dünyəvi hüquq verdi;
-qadınları insan kimi hesaba aldı;
-qadın rəhbərlər və qadın ictimai xadimlər yetişdirdi;
-xalqı “dinin” istibdadından
azad etdi;
-xalqı zülmdən, Şərq despotizmindən xilas etdi;
-sivil həyat bəxş etdi;
-rasional cəmiyyət verdi;
-nizamlı yaşamaq qaydalarını öyrətdi;
-rasional təfəkkür bəxş etdi;
-müasir şəhər həyatı bəxş etdi;
-müasir
kollektivçiliyi öyrətdi;
-sistemli kənd və şəhər təsəərrüfatı qurdu;
-insanlara sistemli tikinti işlərini öyrətdi;
-insanlara sistemli və elmə əsaslanan istehsal vərdişlərini
aşıladı;
-xalqa dünyəvi iqtisadiyyat öyrətdi.