240
Varlı dövlət rəhbəri və varlı məmur haqqında.Xalq
varlı olanda sosial rifah üçün təminat da yüksək olur.
Xoşbəxtlik yaranır. Xoşbəxtlik tarazlı həyatdadır. Kasıbçılıq və
tarazlığı keçən zənginlik təhdiddir, uçurumudur və xaosa
aparan yoldur. Narahatlıq hissi doğurur. İnsan həyatı üçün
uyğun, müvafiq vəsait lazımdır.
Cəmiyyətdə, dünyada inkişaf tarazlı olanda sakitlik hökm
sürür. Bəşəri və milli-mədəni və sosial xoşbəxtliyə nail oluna
bilir.
İmkanların artıqlığı baxımdan bir qrupun tarazlığı pozması
xaosdur. Xoşbəxtliyə təhdiddir. Bu bir qrup məmur təbəqəsi
olduqda, bu hal daha da dözülməzdir.
Məmur və dövlət rəhbəri öz vəzifələrndən sui-istifadə
edərək həddən ziyadə varlanırsa, xalqa məxsus olan hüquqların
“marketinqinin” həyata keçirilməsi yolu ilə külli miqdarda
vəsait əldə edirlərsə, onda tarazlıq kəskin pozulur. Xalq
qarşısında onların ləyaqəti aşağı düşür. Şəxsiyyətləri ucuzlaşır.
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən qeyd etmək olar ki,
dövlət rəhbəri ilə onun məmurları eyni prinsiplərlə (hüquqları
bazarlama etməklə) varlanırlarsa, onda dövlət rəhbərinin öz
məmuru qarşısında gözü kölgəli olur. Gözünün içinə dik baxa
bilmir. Söz deməyə, hesabat tələb etməyə cürəti çatmır. Onun
dövlət məmurları üzərində qışqırtısı, bağırtısı, çığırtısı isə onun
etdiyi günahların özü tərəfindən daxilən başa düşülməsidir.
Yəni, günahkar olmasının üstünü örtməyə çalışmasıdır. Bu
halda şəxsiyyətsizlik yaranır, ucuzluq meydana gəlir.
Yazılma tarixi-07 avqust 2017-ci il
241
Sovet hökuməti Azərbaycan xalqına nə verdi
I HİSSƏ:
Bəzən bir çox şəxslər Sovet hökumətinin xidmətlərini
inkar edir və onun dəyərlərinə kölgə salmağa çalışırlar.
Sovet hökumətini səhvən əzazil qurum, “xalqlar
həbsxanası” adlandırırlar. Əslində isə gerçəkliklər tam
başqa olub.
Sovet hökuməti haqqında mənim qənaətim belədir.
Sovet hökuməti dünyəvi, əxlaqi, demokratik bir
hökumət idi. Cəmiyyətin ruhunda sosial ədalət var idi və
insan hüquqları təmin olunurdu. Resursların tarazlı
paylanılmasını təmin edən bir hökumət idi. Xalqlar bu
hökumətdə imkanlar daxilində sərbəst, azad və firavan
yaşamaq imkanlarına malik idilər. Xalqların mədəni
hüquqları qorunurdu və öz dillərində sərbəst oxumaq,
yaradıcılıqla, ədəbiyyat və elmlə, incəsənətlə məşğul olmaq
hüquqları mövcud idi. Xalqların adət-ənənələrinə hörmətlə
yanaşılırdı.
Sovet hökuməti Azərbaycan xalqına kompleks
məziyyətlər bəxş etmişdi. Bunun sayəsində xalqın ruhu
“xalislikdən”, “xamlıqdan”, “naqislikdən”, “xainlikdən”
xilas olmuşdu. İnsanlar xurafat, mövhumat və nadan-
lıqdan, cəhalətdən azad olurdular. Zülm bataqlığından
çıxaraq real gerçəkliyə və aydınlığa qərq olurdular. Xalqın
tarix boyu “kor qalmış” gözləri açılır və sağalırdı. Sovet
hökuməti məcazi mənada ifadə etsək, xalqı “miopiya”
xəstəliyindən sağaldırdı. Sovet hökuməti xalqın ruhunu ,
milli xisləti pisliklərdən təmizləyir, xalqın xiffətini (dərdini)
çəkirdi. Bu hökumət xalqı bütövlükdə dünyəviləşdirirdi və
kütləvi maariflənməni məqsədli şəkildə önə qoyurdu. Sovet
242
hökuməti azərbaycanlıların istedad və qabiliyyətlərini
üzərə çıxarırdı. Onları dünya elminə, mədəniyyətinə
inteqrasiya etdirirdi. Dünya elmini xalqa öyrədirdi. Bu
hökumət xalqı mətinliyə, mübarizliyə, məqsədli əməyə,
zəhmətə səsləyirdi. İnsanları cəmiyyətlərdə ləyaqətli,
dəyanətli şəxlsər, fərdlər kimi yetişdirirdi. Ümumiyyətlə,
insanlığa yüksək dəyər verirdi.
Bir məsələni xüsusilə qeyd etmək yerinə düşər ki, Sovet
hökumətinin Azərbaycan xalqına ən böyük hədiyyəsi o oldu ki,
kənd yerlərində insanları mal-qara, toyuq-cücə ilə bir damda
yaşamaqdan ayırdı. Bir növ insanlığı heyvanlıqdan ayırdı.
Bunu unutmaq olmaz!
Sovet dövründə rus xalqının böyüklüyü ondan ibarət oldu
ki, özündə olan məziyyətləri, fəzilətləri onunla eyni dövlətdə
yaşayan xalqlara ötürdü. Bu da rus xalqının geniş qəlbli və dahi
olmasının bariz nümunəsidir. Rus xalqı digər xalqları da
özünün tərkibi kimi görərək, onları vahid mədəniyyət şüarları
altında birləşdirdi.
Sovet hökumətinin məziyyətlərini, xalqa bəxş etdiyi
ənamları, dəyərləri bu şəkildə qısaca olaraq ümumi-
ləşdirmək olar:
-insan azadlığının dünəyi formulasını təsdiqlədi;
-insanlara siyasi, mədəni, ədəbi, humanitar, sosial
azaqdlıqlar bəxş etdi;
-insanları xaosdan nizama yönləndirdi;
-dünyəvi həyat tərzini təbliğ etdi;
-insanları dünyəvi əsaslarda tərbiyələndirdi;
-insanları bəşəri dəyərlərin daşıyıcısına çevirdi;
-insanların faydalı və dəyərli məxluq kimi mənasını açdı;
-beynəlmiləl ruh formalaşdırdı. Tolerantlığı yaratdı;
Dostları ilə paylaş: |