269
yolunu sərbəst seçən cəmiyyətlər hesab olunurlar. Azad
cəmiyyətlər öz üzərlərində basqı görə bilməyən və
hakimiyyətlərinə
nəzarət
edən
cəmiyyətlərdir.
Azad
cəmiyyətlərdə dini tolerantlıq da mövcud olur. Belə
cəmiyyətlərdə sərbəst ibadət, dini etqiad azadlığı müşayiət
olunur. Azad cəmiyyətlərin düşüncələrinin və əməllərinin
mərkəzində insan faktoru dayanır. Yəni, insan özünə xidmət
edir. Özünü analiz edir və nəticələr çıxarır.
Azad cəmiyyətlər xalqın iradəsini yerinə yetirən müstəqil
qurumlardır. Belə cəmiyyətlər dövlətlərini zəngin potensial ilə
qururlar və dövlətlərinin daimi dəstəyini qazanırlar. Azad
cəmiyyətlər istedadlar və bacarıqlar cəmiyyətidir. Burada
insanlar üçün geniş məkanlar var və hərəkət modelləri,
vətəndaş münasibət və əlaqə formaları çoxluq təşkil edir. Azad
cəmiyyətlər hüquqi cəmiyyətlərdir, buna görə də hüquqlarını
strukturlaşdıran
kompleksiyalardır.
Azad
cəmiyyətlər
insanların ideal azadlıqları ilə real azadlıqları arasında orta
vəziyyəti əks etdirən və real azadlığı nəzəri amillərlə
sintezləşdirən vasitələrdir, məkanlardır. Azad cəmiyyətlərdə
insanların hüquqları şaquli və üfiqi məkanlar üzrə, sistemli
olaraq genişlənir. Azad cəmiyyətlər o cəmiyyətlər hesab olunur
ki, onlarda şəxslər öz dəyərlərini formalaşdırırlar, cəmiyyətlərə
dəyərlər verirlər və ondan da mənbə kimi bəhrələnirlər.
Azad cəmiyyətlər daxildən və xarici mühitdən təzyiqlərlə
üzləşməyən və taleyini azad və müstəqil müəyyən edən
cəmiyyətdir. Azad cəmiyyətlər insanlıq dəyərini nemətə
çevirən və ondan faydalanan cəmiyyətlərdir, kompleksi-
yalardır.
Azad cəmiyyətlər daxildən öz elementləri tərəfindən
sıxılmayan, həmçinin kənardan təzyiqlər sayəsində gərilməyən
müstəvilərdir. Yumşaq müstəvidə elementlər azad gəzirlər və
artımlar edirlər. Azad cəmiyyətlər öz hakimiyyətləri üçün
sərbəst
və
azad hökumət rolunu oynayırılar. Azad
cəmiyyətlərin
yaratdıqları
hökumət,
hakimiyyət
öz
270
cəmiyyətlərinə arxayın olurlar. Belə ki, cəmiyyətlərdən sərbəst
və arxayın şəkildə, ardıcıl və mütəmadi qaydada qidalanırlar,
faydalanırlar.
Azad cəmiyyətlər dövlətlərini “Açıq hökumət” prinsipləri
ilə formalaşdırırlar. “Açıq hökumət” azad cəmiyyətlərin şəffaf
formalaşması üçün idarəçilik üsulları rolunu oynayır. Açıq
hökumətlər öz fəaliyyətlərini cəmiyyətlərinə, xalqına açıq elan
edən fəaliyyət formasıdır. Açıq hökumət azad cəmiyyətlərdən
ideyalar, təşəbbüslər qəbul edir. Həmin ideyalar əsasında,
reaksiyalara cavab verərək öz fəaliyyətlərini stimullaşdırırlar.
Açıq hökumətlər və azad cəmiyyətlər bir-birilərini tamam-
layırlar. Belə ki, Açıq hökumət azad cəmiyətlərin sərbəst
ideyalarını, azad istəklərini reallaşdıran mexanizmləri özündə
cəmləşdirir. Açıq hökumətin fəaliyyətinin aynasını mətbuat və
televiziya, internet resursları yaradır. Açıq hökumət rəvan
şəkildə cəmiyyətdən informasiyaları, istək daşıyıcılarını qəbul
edir və cəmiyyətə də açıq şəkildə ötürür. Buradan da şəffaflıq,
inam və etibar meydana gəlir. Azad cəmiyyətlər öz Açıq
hökumətlərinə inanırlar, Açıq hökumətlər də azad cəmiyyət-
lərinə inam və etibar nümayiş etdirirlər.
Açıq hökumətlər bir tərəfdən qanunvericiliyin açıq şəkildə,
cəmiyyətlə birlikdə formalaşmasını təmin edirlər, digər
tərəfdən də qanunvericiliyin icrasına nəzarət mexanizmini
həyata keçirirlər. Açıq hökumətlər və azad cəmiyyətlər hüquq
müstəvisində bir-biriləri ilə uzlaşırlar. Onların açıq fəaliyyətləri
sayəsində hüquq bağlantıları, vəzifə və səlahiyyətləri, eləcə də
öhdəlikləri yaranır.
Açıq hökumətlər cəmiyyətlərinə hesabat verirlər. Onları
fəaliyyətləri barədə mütəmadi olaraq məlumatlandırırlar. Açıq
hökumətlərlə azad cəmiyyətlər arasında olan qarşılıqlı hüquqi
şəffaflıq nəticə etibarilə azadlığı yüksək səviyyədə təmin edən
hüquq normaları sisteminin formalaşmasına səbəb olur.
271
Açıq hökumətləri formaları və fəaliyyətləri baxımdan
bu şəkildə ümumi əsaslarla xarakterizə etmək olar:
-Açıq hökumətlər azad cəmiyyətlərin maraqlarını ödəyə
biləcək formada strukturlaşırlar;
-Açıq hökumətlər fəaliyyət prinsiplərini azad cəmiyyətlərin
istək və maraqları ilə uzlaşdırırlar;
-Açıq hökumətlərin forma və məzmunları cəmiyyətin
tələbatlarını ödəmək fəaliyyəti prinsipləri ilə uzlaşır;
-Açıq hökumətlər şəffaf məzmunda hesabatlı işlər görürlər;
-Açıq hökumətlər azad cəmiyyətin üzvləri ilə dialoqlar
şəkilində fəaliyyət prinsiplərini müəyyən edirlər;
-Açıq hökumətlərdə informasiya resurslarından istifadə
olunur. Məlumatların alınması və göndərilməsi prosesləri
şəffaf formada sistemləşir, konseptuallaşır;
-Açıq hökumətdə elektron qanun, elektron hökumət,
elektron cəmiyyət iş prinsipləri qəbul edilir;
-Açıq hökumətlərdə şəffaflıq prinsipləri ilə cəmiyyətin
dövlət məmurları üzərində müşahidələri yaranır;
-Açıq hökumət dövlətin və xalqın vəsaitlərinin dövriyyəsi
barədə azad cəmiyyətləri məlumatlandırır;
-Açıq hökumət inam və etibar qazanmaq yolları ilə
fəaliyyətini uzlaşdırır;
-Açıq hökumətlərin fəaliyyəti hakimiyyətin təbiətini,
xarakterini müəyyən edir;
-Açıq
hökumətlərin fəaliyyəti azad cəmiyyətlərin
münasibətlərini və mövqelərini, əlaqələrini müəyyən edir;
-Açıq hökumət “Asan idarəçiliyi” təşkil edir və vətəndaş
müraciətlərini sadələşdirir;
-Açıq hökumət “Vahid pəncərə” sistemini tətbiq edir və
elektron tablolarla fəaliyyət barədə vətəndaşları və qeyri-
vətəndaşları məlumatlandırır;
-Açıq hökumət layihələri insanların hüquqları ilə bağlı
onları məlumatlandırır;
-Açıq hökumət “Açıq efir” layihələrini həyata keçirir.
Dostları ilə paylaş: |