263
təmsil olunan şəxslərin meydana gələn imkanlardan istifadə
etmək şansları yaranır. Hakimiyyət qrupu burada artıq
korporativ və merkantil maraqlardan çıxış etməyə başlayır.
Təbii ki, xalqın hakimiyyətin əlində olan maddi vəsaitlərə
tam şəkildə nəzarət etmək imkanları olmur. Bu da boşluğu
yaradır. Vəsaitlərin sistemli şəkildə dövriyyəsi və əldə olunan
artımlar və qazanclara müəyyən qruplar nəzarət edirlər.
Hakimiyyət-əks
hakimiyyətin
zəifliyindən,
boşluqlardan
istifadə edir. Hakimiyyət cəmiyyət üzərində hökm sistemini
(daha çox fərdi təsir sistemini) yaradır. Bir çox hallarda
mütləqiyyət və mütləq idarəçilik meydana gəlir. Bu da
hakimiyyətin idarəçiliyinin avtoritarlığını, totalitarlığını və
diktatorluğunu ortaya çıxarır. Hakimiyyətin mənfi tərəfləri ya
boşluq (burada xaos və intizamsızlıq, özbaşınalıq, dərəbəylik),
ya da hədsiz sıxlıq-diktatorluq formalaşdırır.
Hakimiyyətin mənfi tərəflərini əlavə olaraq bu şəkildə
ümumiləşdirmək olar:
-qudurğan, yolunu azmış hakimiyyət
meydana gəlir
-xalq və cəmiyyət üzərində basqı yaradır;
-bir və ya da bir qrup
şəxsin fironluğu təmin olunur;
-xalqın ruh qırıqlığını formalaşdırır, nifrət və qəzəb hissi
oyadır;
-şahlıq, sultanlıq, padşahlıq, əmirlik
işə düşür;
-xalq üzərində mütləq hökm formalaşdırır;
-əlindəki güc vasitələrindən təzyiq tərəfi kimi (burada alət
olaraq) istifadə edir;
-xalqın vəsaitlərini bir qrupun ixtiyarına və hədsiz
istifadəsinə təqdim edir;
-idarəçilikdə mafiyaçılığı yaradır;
-iqtisadi sistemdə monopoliyanı formalaşdırır;
-idarəçilikdə klan (yerliçilik, qohumçuluq) hakimiyyətini,
traybalizmi (tayfabazlığı) formalaşdırır;
264
-idarəçilikdə ailə hakimiyyətini
meydana gətirir;
-xalqın malı, dövlətin sərvəti bir qrup tərəfindən talanır;
-xalqın açıq
təhqirinə gedilir;
-cəmiyyət sıxılır;
-beynəlxalq gərginlik yaşanılır;
-ölkə müharibə təhlükəsi ilə üzləşir.
Hakimiyyət humanist təsisat oilmaqla bərabər, həm də
əzazil, insanları tapdalayan, hüquqlarını əlindən alan,
insanlığı heçə endirən zalım və qəddar bir qurumdur.
Hakimiyyət düşmən tərəfinin funksiyasını da yerinə yetirə
bilir. Hakimiyyətin əlində gücün toplanması halları, faktları
onu göstətir ki, bu gücün mövcudluğu heç də həmişə müsbət
amallara xidmət etmir. Güc şəxsi qisasların alınma hissini də
təmin edə bilir, reallaşdırmaq imkanlarına malik olur.
Hakimiyyət müharibələrə meyilli olur. Dövlətlərini, ölkələrini,
xalqını müharibələrə sürükləyir. Müharibələrdə məqsədlər
iddiaların böyüməsindən baş verir. Qırğınlar, fəlakətlər,
faciələr hakimiyyətin qisas hisslərini soyudan hadisələr kimi
rol oynamağa başlayır. Hakimiyyət üçün qan tökmək adi hala
çevrilir. Hakimiyyət üçün insanlıq çox zaman öz dəyərini itirir,
ucuzlaşır.
Xüsusilə, kasıb cəmiyyətlərdə xalq üzərində hökmranlığı
saxlamaq üçün hakimiyyət zülm etməklə məşğul olur. Çünki
kasıb cəmiyyətlərdə insanlar inqilaba, üsyana, qarşıdurmalara
daha çox meyilli olurlar. Hakim təbəqə də bundan çox
ehtiyatlanır. Öz xeyirxah missiyasını cəllad, qəssab missiyası
ilə
əvəzləyir. Hərbi diktaturlara, xuntalar, tiraniyalar
hakimiyyətin mənfi xislətindən yaranan fenomenlərdir.
Hakimiyyət öz silahlı qüvvələri ilə etnik xalqlara qarşı
soyqırımlar törədən bir qurumdur. İnsanlara işgəncələr
verməklə, sürgünlər təşkil etmələ zövq almaq hakimiyyətin
əsas xislətindən biridir. Hakimiyyət qana susamış, qəddarlığa
meyil edən insan birliyindən də ibarət olur. Qısas almaq
məqsədilə, eləcə
də
“zərərverici, təhlükəli” ünsürləri