259
formalaşdırmışdı. Xalqa sistemli və sivil məzmunlu idarəçiliyi
öyrətmişdi, təkmil mexanizm mövcud idi. Siyasi sistemi
təsərrüfat sistemi, eləcə də bütün sistemlərlə uzlaşmış formada
təkmilləşdirmişdi. Siyasi sistemi və idarəçiliyi öyrədən
məktəblər var idi. Siyasi elita mövcud idi.
Azərbaycan müstəqil ölkə kimi mövcud olanda
hakimiyyətin hər üç qolu –icraedici, qanunverici və məhkəmə
qolları-işlək mexanizmdən ibarət idi. Sovet hökuməti demək
olar ki, bütün sahələri əhatə edən qanunvericilik sistemini
təkmilləşdirmişdi.
Müstəqil olanda Azərbaycan xalqının üzərinə düşən əsas
vəzifə bu dövlət strukturlarını yeni əsaslarla forma-
laşdırmaqdan, daxili islahatları aparmaqdan və yeni modellərə
sahib olmaqdan ibarət idi. Lakin xalq başını itirmiş vəziyyətdə
qaldı. Əvvəlki elitanı rəvan şəkildə yenisi ilə əvəzləyə bilmədi.
Bunu bacarmadı. Yeni idarəçilik strategiyası qura bilmədi.
Konsepsiya mövcud olmadı. Xalqın əvvəlki təkmil siyasi
məfkurəsi tənəzzülə uğradı. Xalq Sovetdən qalmış dəyərləri
əlində saxlamaq iqtidarında olmadı.
Demokratik idarəçilik oxlokratiya (kütlə hakimiyyəti) ilə
tərkibini bərkləşdirdi. Nəticədə ölkədə dərəbəylik, xaos,
anarxiya, özbaşınalıq hökm sürdü. Təsərrüfat sistemi çökdü,
aclıq başladı. Kriminogen durum gərginləşdi. Cinayətkarlıq
artdı.
Sovetlərdən ayrılan kimi Azərbaycan xalqı öz
“xalisliyinə”, “xamlığın” doğru getməyə başladı. Bu qayıdış da
köklü itkilərlə müşayiət olundu. Xalq dəyərlərdən imtina
etməyə başladı.
260
Sovet hökuməti dağılan kimi Azərbaycanda hansı hallar
yaşandı:
-ilk növbədə siyasi anarxiyadan istifadə olundu və dövlət
əmlakının talançılığı başladı və gücləndi;
-torpaqlar becərilmədi, hamı özünü mülkədar hesab elədi,
əllər cibə və bellərə getdi;
-kənd əhalisi “ağ günə” çıxmaq üçün əkin-biçini buraxıb
şəhərlərə qaçdı (Sovet hökuməti bunun qabağını həmişə alırdı);
-əhali istehsalatdan ayrıldı, ticarətə üz tutdu. Yeni
istehsalat qurula bilmədi. Mövcud olanlar dağıdıldı;
-bazar spekulyasiyaları gücləndi;
-ölkənin metallurgiyası xaricə satıldı, əvəzinə gəmilərlə
saqqızlar alındı;
-hakimiyyət qollarında çaxnaşma yarandı;
-ölkə parlamaneti toy məclislərindəki musiqi fasiləsindən
sonra yaranan abu-havanı bənzətdi;
-elitanın siyasi mədəniyyəti heçə endi;
-parlament söyüş mərkəzinə, dava-dalaş mərkəzinə
çevrildi;
-parlament divarları siqaret tüstüsünün qurumunu bağladı;
-liderlik keyfiyyətləri tamamilə məhv oldu;
-idarəçilik səriştəsi heçə endi;
-sabit mexanizmli sistem çaxnaşan mexanizmlə əvəzləndi;
-elm və təhsil sistemi çökdü və s.
Rus xalqının mədəni xeyirxah missiyası
Rus xalqı istər çarlıq, istər imperiya, istərsə də sovetlər
dönəmində öz içərisində yaşayan xalqların təfəkkürünə işıq
saçıb. Düşüncələrini passivlikdən aktivliyə keçirib. Xalqların
“paslanmış” düşüncələrini “sürtüb”. Onların idrakını qaran-
lıqlardan xilas edib. Rus xalqının nümayəndələri əllərində
“qəndil” qaranlıq otaqda qalmış kiçik xalqların nümayən-
261
dələrini axtarıblar. Onlara nur saçıblar. Gözlərinə işıq saçıblar.
Simalarını aydınlaşdırıblar. Ruslar öz dəyərlərini və eləcə də
Avropadan qəbul etdiyi dəyərləri onlarla da bölüşüb. Rus xalqı
bəşəri prinsiplər əsasında kiçik xalqların ictimai, elmi, mədəni
tərbiyəsini həyata keçirib.
Rus xalqının böyüklüyü ondan ibarət olub ki, bu xalq
kiçik-kiçik xalqlar üçün maarifləndirici peyğəmbər rolunu
oynayıb. Bunu son iki yüz illik tarix də deyir.
Azərbaycanın müasir dövrünün dahi mütəfəkkirlərini,
aydınlarını məhz rus xalqı yetişdirib. Dahi mütəfəkkirlərini rus
xalqı Avropa aləmi ilə bağlayıb.
Yazılma tarixi-avqust 2017-ci il
Hakimiyyətin mənfi tərəfləri haqqında mülahizələr,
qənaətlər
Hakimiyyət heç də həmişə dəyərli tərəf deyil. Çünki,
burada insanlar toplaşır. Özü də əllərinə xalqın vəsaiti
keçir.
Hakimiyyət və onun xidmətləri məsələsinə iki aspektdən
yanaşmaq olar: ideallıqlar və reallıqlar baxımından. Hər iki
yanaşma həm də bir-birinə qarışıqdır. Düşüncələr sintez
olunur. Belə ki, hakimiyyət nə tam idealdır, nə də tamamilə
real müsbətdir. Hakimiyyət -düşüncədir, hakimiyyət real
hərəkətdir. Maraqlara söykənir. Hakimiyyət mənafələri,
məqəsdləri, maraqları bir arada birləşdirir. Bu baxımdan da
ümumiləşdirici, genişləndirici və məxsusiləşdirici konsep-
siyadır, anlayışdır.
Belə qəbul edək ki, hakimiyyət müəyyən yaşayış
məskənlərində,-kənd, qəsəbə və şəhərlərdə, bunların birləşməsi
olan ölkələrdə, cəmiyyətlərdə idarəçi şəxslərin eyni və oxşar
məqsədlər
uğrunda
birləşməsidir,
məcmu
qrupudur.
Hakimiyyət qədim zamanlardan güc tərəfi olaraq yaranıb və bu
262
günə kimi də özünün qədim və klassik, köklü mahiyyətini
saxlayır. Hakimiyyət təsərrüfatın pay bölgüsü üzərində
meydana gələn dəyərlərdən ibarətdir. Hakimiyyətin pozitiv və
ideal tərəfi dövləti və xalqı idarə etməkdən və resursları taraz
şəkildə paylamaqdan, təsərrüfat və ticarət sistemini ədalətlə
təşkil etməkdən ibarətdir. Hakimiyyətin müsbət və ədalət
məzmununda xidmət amili dayanır. Hakimiyyət cəmiyyətin,
dövlətin, xalqın və bəşəriyyətin mənafeyindən çıxış edir və
dəyərləri, dövlət adlanan məcmu kompleksi qoruyur,
cəmiyyətin inkişafını təmin edir. Hakimiyyətin
əsası
müsbətlikdən ibarət olur. Təbii ki, bu idealizmdir, çoxları
tərəfindən istəniləndir. Eləcə də reallığın bir çox parametrlərini
özündə əks etdirir. Məsələn, hakimiyyət məsuliyyətli olmasa,
ciddi idarəçiliyə sahib olmasa, xalqın maraqlarını və
beynəlxalq maraqları təmin etməsə, uçuruma yuvarlaqlanar.
Çünki öz dayağını sarsıdar. Hakimiyyət özünü və dövləti
qoruyub saxlamaq məqsədilə mütləq şəkildə resurs əldə
etməlidir. Bu resursun mənbəyi daxildə olur, həmçinin xarici
ölkələrdə axtarılır. Buna görə də hakimiyyət beynəlxalq
normalara uyğun xarici siyasət reallaşdırır ki, özünü xaricdən
qorusun. Hakimiyyətdə təmsil olunan şəxslər öz maraqlarını
təmin etmək üçün məcburi və zəruri şəkildə əks tərəfin-xalqın,
cəmiyyətin, beynəlxalq ictimaiyyətin maraqlarını təmin edirlər.
Hakimiyyətin pozitiv fəaliyyəti ilə yanaşı, mənfi,
xoşagəlməyən, xalqı və cəmiyyəti narazı salan tərəfləri də
mövcuddur. Bu mənfi tərəfləri insan amili, maddi təminat
amili, hökm amili, təsir və nüfuz amili, eləcə də insan xislətinə
aid olan bir çox maraq kəsbedici amillər əhatə edir. Nəzərə
almaq lazımdır ki, hakimiyyətdə təmsil olunan şəxs fərddir,
nəfsə hakimdir. Hakimiyyətə gələn kimi əlinə öz maraqlarını
təmin etmək üçün fürsət düşür. Kresloya həm də fərdi
mənsubluğu kimi baxır. Bu məqamlardan, yaranmış əlverişli
şəraitlərdən istifadə etmək fikirləri meydana gəlir. Hakimiyyət
dövlət vəsaitinə nəzarət funksiyasına malik olduğundan onda
Dostları ilə paylaş: |