284
İstehsalat faizi çox aşağı endi. Biz gəlir mənbələrimizi
bağladıq. Ümidimizi ancaq neftə, qaza bağladıq.
Azərbaycan hökuməti son illərdə, aylarda vaxtilə ağılla
qurulan iqtisadi-təsərrüfat sisteminə müraciət edir. Bəli, çox
düzgün addımdır.
Məncə, Azərbaycanda fabrikləri, zavodları, kombinatları
tədricən işə salmaq lazımdır. Sex şəraitində istehsalat dövrü
başa çatmalıdır. Zirzəmi istehsalatına son qoyulmaldıır. Strateji
məhsulların brendi yaranmalıdır. Makro iqtisadi obyektlər
işləməlidir:
-ayaqqabı fabrikləri işə düşməlidir;
-toxuculuq və ərzaq kombinatları işə düşməlidir;
-beton zavodlar və tikinti kombinatları işə düşməlidir;
-boru prokat işə düşməlidir;
-ağır və yüngül sənaye işə düşməlidir və s.
Arakan qətliamı barədə. Suriya hadisələri Rusiya,
Türkiyə və İranı yaxınlaşdırdı. İndi də Arakan qətliamı və
ardınca gələ biləcək terror Rusiya, Pakistan, Hindistan və Çini
yaxınlaşdıracaq.Türkiyə və İran da qoşula bilərlər. Rusiyada
yaşayan müsəlmanlar Rusiya hakimiyyətinin diqqətini
Myanmaya yönəldə bilərlər. Əgər tezliklə barışıq olmasa, sülh
mexanizmləri işə düşməsə,160 milyonluq Banqladeş oyuna
qatıla bilər. Myanmanın da əhalisi 50 milyondan çoxdur.
Hindistan, Çin, Pakistan-köhnə yaralar-bir tərəfdən; keçmiş
kommunizm ideologiyası-Rusiya və Çinin maraqları –digər
tərəfdən; Yer kürəsinin əhali yükü coğrafiyası da üçüncü
tərəfdən-nə olar?!. ALLAH, Sən İnsanlığı qoru!
İnanclar barədə. Məzhəblər, təriqətlər, cərəyanlar və dini
qruplaşmalar-hərə dini bir cürə başa düşür. İnanclar haçalı olur.
Azərbaycanı böyük sosial fəlakət gözləyir. İnanclar arasında
285
olan uçurumlar ölkənin və xalqın arabasının təkərini dala
döndərəcəklər. Belə gedərsə, Azərbaycan bir addım qabağa –üç
addım dala gələcək! Allah bizi nadanlardan və cahillərdən
qorusun!
Şərq musiqisinin zəiflik yaratması haqqında. Şərq
musiqisinin (əsasən, hind, fars, pakistan, ərəb, türk və s.)
duyulan elementlər bunları aid etmək olar:
-ağlaşma və ağlama;
-inilti və zarıltı;
-yalvarma və iztirab;
-dil tökmək və xahiş etmək;
-bağışlanmaq üçün xahişlər, müraciətlər;
-ah-nalə çəkmək, fəryad qoparmaq;
-diz çöküb yalvarmaq;
-özünü yazıq və zavallı aparmaq;
-bədbəxtçilik;
-qəmgin baxışlar;
-əl açıb dilənmək;
-aciz görkəm almaq;
-əyilən formanı əks etdirmək;
-göz yaşları axıtmaqla özünü rahatlamaq və bu kimi
zəifliyi tərənnüm edən digər hallar. Şərq musiqisi gələcəyə
inam və ümidləri öldürür, pessimizm hisslərini oyadır.
Mübarizlik, mərdlik, cəsurluq, qəhrəmanlıq, cəngavərlik və
qətiyyətlilik, əyilməzlik, dönməzlik ruhunun aşılanması çox
azdır. Şərq musiqisində ağlamaq zəiflik və acizlik elə musiqi
alətlərinin dilində və səsindən əks olunur. Musiqi səslənən kimi
notlardan, melodiya və fonlardan duyulur.
Musiqi ruhu məhz müsəlman-şərq, hinduist-şərq ruhunu
ağlar günə qoyub. Zəifliyi tərənnüm edir. Elə bizim muğam da,
onda olan segah da bu kimi funksiya kəsb edir. Ruhu faciədir,
ağlaşmadır.
286
Arakan hadisələri barədə. Arakan hadisələrinə müdaxilə
edib müsbət nəticələr əldə etmək Türkiyənin gücündən xaric
olar. Digər müsəlman ölkələrinin də gücü çatmaz. Sadəcə
olaraq İndoneziya Cənubi-Asiya ölkəsi olduğu üçün qismən
təsir göstərə bilər. Əsas ümid ünvanı, güman yeri Rusiya və
Çindir. Arakana dünya müsəlmanları kömək və yardım etmək
istəyirlərsə, qətliamın qabağını kəsmək istəyirlərsə, Rusiya
prezidentinə geniş müraciətlər etsinlər. Rusiyanın belə
hadisələrə qarşı həssaslığı var. Rus xalqı geniş qəlblidir,
rəhmlidir. Həmçinin gücü çoxdur.
Müsəlmanın müsəlmana köməyinin tərkib elementləri
bunlardan ibarətdir:
-qucaqlaşıb, öpüşüb-görüşüb göz yaşları axıtmaq;
-məsafəli ağlamaq- gözlər baxa-baxa;
-ağlar günə qəlbləri cuşa gətirmək;
-qarşılıqlı mərsiyyə qurmaq;
-ağlaya-ağlaya dualar etmək;
-qucaqlaşıb fəryad qoparmaq;
-səs-səsə verib “şeytanı” lənətləmək;
-dərdləri şifahi bölüşmək;
-dərdləşib sakitləşmək;
-ağlamaqla ürək-dirək vermək;
-sakitləşib qeybət etmək;
-yalandan ümidlər vermək, vədlər vermək;
-yalançı gücü nümayiş etdirmək;
-xurcuna, palana göz-görəsi ərzaq və geyim qoymaq;
-pafoslu yardım və kömək şüarları səsləmək;
-yas saxlamaq yarışına girmək.
287
Sovet hökuməti dövründə məktəblinin tərbiyəsi və
nizam-intizamı barədə. Sovet hökumətinin ali məqsədi öz
insanlarını qabiliyyətli, istedadlı, bilik və bacarıqlı, savadlı və
elmli, həmçinin əməksevər və peşəkar, həyatsevər və optimist
böyüdürdü. Sovet insanları mərd, cəsur, iradəli, mübariz,
həmrəy, sülhsevər, bəşəri duyğularla yaşayan, qəhrəman, çevik
və aktiv olmalı idilər. İnsanları enerjili böyüdürdü və ədaləti
tərənnüm edirdi. Sovet hökuməti ədaləti məktəblərdə, ailələrdə,
cəmiyyətdə, hakimiyyətdə əsas prinsip kimi qəbul edirdi. İnsan
ləyaqəti, dəyanəti, qüruru, vicdanı, insafı, mərhəməti, şərəf və
namusu Sovet ideologiyasında baza mədəni, sosial xətti təşkil
edirdi. Sovet öz insanını şəxsiyyətli yetişdirmək üçün bütün
potensialını səfərbər edirdi. Sovet hökuməti insanlarını
kollektivdə həmrəylik prinsipləri ilə ictimai ruhda tərbiyə
edirdi. Qayğıkeş ruhda qıdalandırırdı. Sovet cəmiyyətində
insanın insana ögey münasibəti yox idi. Hər kəs dostcasına,
qardaşcasına və yoldaşcasına qayğı, diqqət və münasibətlə
əhatə olunmalı idir. Sovet insanından təklik tələb olunmurdu və
eqo ifrata varmırdı. İctimai mənafe daima fərdi eqonu
sındırırdı. Bu baxımdan dövlət də musiqisini, mədəniyyət və
incəsənətini, ədəbiyyatını da insanlığa xidmətə yönəldirdi.
İnsanlarda ən çox dəyərləri aşılayırdı. Bir sözlə, sağlam ruhlu
insan yetişdirmək Sovet hökumətinin başlıca siyasi qayəsi idi.
Bu hökumət insanları lap uşaqlıqdan ailələrdə, uşaq
bağçalarında və məktəblərdə tərbiyə edirdi. Uşaqlar qarşısında
qoyulan ən böyük tələb düzgün danışmaq, qaydalara riayət
etmək, tərbiyəli və intizamlı olmaq, böyüklərə, yaşlı insanlara
hörmət etmək, fiziki qüsurlu insanlara qarşı hörmətli və
diqqətli olmaqdan ibarət idi.
Sovet öz məktəblisinin etika və estetikanın harmonik
ruhunda böyüdürdü.
Dostları ilə paylaş: |