278
Maddi kapitalın mənfi tərəfləri haqqında
Həddini aşmış, normadan artıq olan kapital insanın
qənimidir. Onu yeyəndir, aşılayandır.
Kapital həm də maddi amildir. Düzdür, insanların sosial-
rifahına xidmət edir. Təminat funksiyasını yerinə yetirir.
İnsanları həyata bağlayır. Kapitalın özündə insanlar mənalar
axtarırlar. Kapital digər tərəfdən şöhrətləndirici faktor rolunu
oynayır. Kapital insanların hərisliyini yaradır. Mənəvi aləmi
maddi aləmin ayağına atır. Kapital yığımında saflıq ola bilmir.
İnsan kapital dalınca qaçdıqca daha çox kirlənməyə başlayır.
Kapital insan ləyaqətini əlindən alır. İnsanlar kapital artımına
görə yalançı, riyakar, fırıldaqçı, aldadıcı olmaq məcburiyyəti
ilə üzləşirlər. Əgər bütün insan münasibətlərinə, münasibətlər
müstəvisinə maddi kapital xidmət edirsə, deməli, bu mühit
ondan asılı qalır. Maddi kapital israf olunan xarakterlidir. Bu
baxımdan da israf olunduqca, tərkibini dəyişdirdikcə,
münasibətlər sferası da boşalır. Özünün möhkəmliyini itirir.
Həm də nizam itir, xaos yaranır. Deməli, kapital münasibətləri
saxlayan yalançı dayaq rolunu oynayır.
Kapitalizm o halda yaxşı quruluş olur ki, burada maddi
amil sosial dəyərlərə xidmət etmiş olur. Lakin, fərdi məxsusluq
heç də sosial tarazlığı yaradan amil kimi çıxış edə bilmir.
İnsanlar öz kapitallarını özlərinin eqo ruhuna yönəldirlər. Bu,
təbii bir prosesə
çevrilir. Kapital ruhu xainləşdirir,
qısqanclaşdırır.
Kapital sosial olmayanda insan sınır. Kapitalın sahibi də
rahat həyat yaşaya bilmir. Bir şəxs müdafiə, arxa, dayaq və
kömək olmadan kapital dövriyyəsini sağlam yarada bilmir.
Kapitalı sağlam şəkildə təkbaşına idarə etmək praktiki olaraq
mümkünsüz bir hala çevrilir.
Kapitalizm intiharlara daima yol açır. Belə ki, kapitala
sahib olan və ondan asılı olmayan şəxslər kapitalın maddi
279
təsirlərinə dözə bilmirlər. Həyat mənasızlaşır. İnsan üçün
həyatın əhəmiyyəti idir. Varlı şəxs öz varını itirməkdən qorxur.
Bununla da daima sterss və depressiya həyatı yaşamağa
məhkum olur. Kasıb isə kapitaldan məhrum olduğundan öz
təminatını həyata keçirə bilmir. Bu baxımdan da kommunizm-
sosializm quruluşları daha çox insanlığa xidmət edən rejimlər
yaradırlar. Kommunizmdə cəmiyyətdən kənarda qalan şəxs
olmur. Dövlət və cəmiyyət vəhdət, bərabərlik, sosial ədalət
ideyaları
ilə birləşərək öz fərdini, insanını qayğı ilə əhatə edir.
Yazılma tarixi-28 avqust 2017-ci il
Dövlət və hakimiyyət rəhbərlərinin böyük kapitala sahib
olmaları və onun mənfi tərəfləri haqqında
Cəmiyyətlərdə, xüsusilə kapitalizm quruluşlarında hər kəs
təbii olaraq eyni maddi kapitala sahib ola bilməz. Bu baxımdan
da rəngarənglik, müxtəliflik mövcuddur. Ən ədalətli hal odur
ki, kapital sahibliyi fərqliliyi az olur. Yəni, fərdlər maddi
vəziyyətlərinə görə bir-birindən fərqlənmirlər. Eləcə də asılı
şəkildə qalmırlar.
Kapitalın çoxluq təşkil etdiyi cəmiyyətlərdə isə insanlar
kapitala sahib olanlar və olmayanlara bölünürlər. Qarşılıqlı
ziddiyyət yaranır. Kapitala sahib olanlar əks tərəfdən qorxur və
onlara qarşı eqoist olurlar. Kapitala sahib lmayanlar da olanlara
qarşı kinlə yaşayırlar. Paxıllıq hissi bildirirlər. İnqilaba, üsyana
meyilli olurlar. Bu baxımdan da cəmiyyətdə kəskin fərqlər
yaşanır. Arada keçilməz sədlər meydana gəlir. Kapitala sahib
olanlar olmayanları əzməyə çalışırlar, onları istismar edir və
ləyaqətlərini aşağılayırlar.
Böyük məbləğdə kapitala sahib olan dövlət rəhbərləri və
hökumət rəhbərləri daima qeyri-kapital tərəfini aşağılayar.
Onlar öz şəxsi kapitallarına görə əks tərəfə qarşı xain ruhlu
olarlar, əks tərəfin inqilabından, üsyanından qorxarlar. Buna