275
olduğundan heç zaman ölməyəcək və zaman-zaman diriləcək,
peydah olacaq. Kommunizm humanist və ədalətli insanların
genetik ideologiyasıdır.Kommunizm sosial gücün baza
ideologiyası idi. Sosial güc hər kəsin iştirakı ilə zəngin
əsaslarla formalaşırdı. Kommunizmdə fərdin sosial-bəşəri
rifahı kollektivin, cəmiyyətin ümumi rifahından təmin
olunurdu. İnsanın şəxsiyyəti kommunizmdə təsdiqini tapırdı.
Hər kəsin hüquqları təmin olunurdu. Kommunizm dövləti
zəmanətverici tərəfə çevirirdi. Güc üçün fərdi yox, məhz
dövləti önə çəkirdi. Bununla da birləşmiş güc yaradır və ona
arxayın olurdu. Kommunizmdə fərdin dövlətə inamı çox güclü
idi. İnsan arxayınçılıqla, ümidlə, sabaha inamla yaşayır və hətta
arxayın şəkildə dünyadan köçə bilirdi.
Kommunizm bütün təbəqələrin: fəhlə və kəndlilərin;
müəllim və həkimlərin; mütəxəssis və alimlərin, ümumiyyətlə,
bütün təbəqədən olan insanların həyatı üçün arxa dayağı,
cəmiyyətə, quruluşa, dövlətə və siyasi sistemə inamı idi.
Kommunizm problemlər önündə kollektiv güc demək idi.
Kommunizm ictimai arxayınçılıq, inam və güman idi.
Kommunizm insan nəfsini cilovlayırdı. Bu ideologiya sosial
ədalətin təməl konsepsiyası idi. İnsanlar onun fəlsəfəsini başa
düşmürdülər.
Kommunizm fəlsəfəsi insanlığa xidməti tərənnüm edirdi.
Kommunizm hər kəsin diqqət və qayğısını çəkən bir ideologiya
olub. Bütün insanlara əsil qiymət verilib. Kommunizm insan
ləyaqətini maddi amil qarşısında sındırmayıb. İnsanlarda
təslimçi ruh yaratmayıb. Bu konsepsiya insanlığa dəyər
konsepsiyası olub. Kommunizm hər kəsi öz qabiliyyətinə,
potensialına görə nəzərə alıb. Kommunizm maddi-mənəvi
aləmin vəhdətində insan xoşbəxtliyini axtarıb. Sovet insanları
ali kommunizmə doğru ciddi səylə çalışırdılar. Təəssüf ki, bu
ali
ideya
cəmiyyətinə
çata bilmədilər. Kommunizm
ideologiyasında eybəcər-qəşəng, çirkin-gözəl, qabiliyyətli-
qabiliyyətsiz,
bilikli-biliksiz,
bacarıqlı-bacarıqsız
276
müqayisələrlə
insanlara
münasibət
bildirilməyib.
Bu
ideologiyanın mərkəzində insanı və insanlığı təşkil edən fiziki-
mənəvi elementlərin zövqləşməsi, etik-estetik məzmun alması
olub. İnsanlar kommunizm ideyası ilə müxtəlif keyfiyyətləri bir
arada birləşdiriblər. Kommunizmin tələblərinə görə hər kəs
maddi resurslardan faydalana bilib. Bu ideologiya bəşəriyyətin
ən dəyərli ideologiyasıdır. Bəşəriyyət bundan dəyərli ideya
doğa bilməyəcək.
Kommunizmdə fərd özünü dəyərli tərəf kimi sübuta yetirə
bilirdi. Çünki qapılar taybatay açıq idi.
Kapitalizmdə dövlət hakimiyyəti xalqın sərvəti hesabına və
digər yollarla varlana bilir. Hakim elita daha çox şəxsi kapitalı
fikirləşir və onu qorumağa çalışır. Kapital sistemindən asılı
vəziyyətdə qalır. Ancaq kapitalın mütləq hakim ola bilmədiyi
kommunizm-sosializm sistemində dövlət hakimiyyəti xalqı,
dövləti, cəmiyyəti düşünür. Ona görə ki, özünün xoşbəxtliyini
və rifahını cəmiyyətdə, ictimai-sosial bərabərlikdə axtarır.
Kommunizm çox dəyərli ideyadır. Hər kəsi öz yerində dəyərli
edir.
Hər kəs bu dünyada varlı yaşaya bilməz. Bu, mümkün
deyil. Normal yaşamaq üçün orta xətt müəyyən olunur. Buna
tarazlı sosial xətt də demək olar. Hər kəs hakimiyyətdə təmsil
oluna bilməz. Hər kəs sahibkar olub çoxlu pul qazana bilməz.
Bu baxımdan da kommunizm hər kəsi ortaq mövqedə
birləşdirirdi. “Hər kəsə pay” prinsiplərini tərənnüm ediridi.
Sosializm-kommunizm kapitalizmdən fərqli olaraq az
eqoist cəmiyyətdir; çünki eqonu yaradan kapital ümumi
əsaslıdır. Ümumi əsas eqonu zərərsizləşdirən amildir.
Yazılma tarixi-27 avqust 2017-ci
il
277
Azərbaycan xalqının tarix boyu yaşadığı ən xoşbəxt
dövr kommunizm dövrü olub
Keçmiş SSRİ xalqları ilə yanaşı, Azərbaycan xalqının ruhu
da XX əsr boyu kommunizm ideyaları ilə zənginləşirdi. Ali
kommunizm
ideyaları
xalqın
ruhunu
mənfiliklərdən,
eybəcərliklərdən təmizləyirdi. Xalqın ruhu saflaşırdı. Hamı
kommunizmə ürəkdən, qəlbdən inanırdı. Xalqın saf ruhu ilə
əməli üzvi şəkildə birləşirdi. Kommunizm Azərbaycan
xalqında cəmiyyətə və dövlətə olan inamı aşılayırdı.
Düzgünlük, ədalət, xeyirxahlıq xalqın ruhuna hopurdu.
Kommunizm xalqın ruhunu daima zəngin saxlayırdı. Zəngin və
saflaşmış ruh insan sarsılmazlığını təmin edirdi. Bu ideya
insanlığı, qarşılıqlı hörməti, etika və estetikanı insanların
qəlbinə həkk edirdi. Kommunizm maarifləndirmə və təlimatlar
yolu ilə, eləcə də elmi nəzəri və praktiki nəticələrlə xalqın
ruhuna dəyərlər verirdi. Kommunizm xalqın ruhunu zəngin
saxlayaraq, insanlarda mədəni boşluğun, ruh kasadlığının
qarşısını kəsirdi. Bu ali ideya ardıcıl və qırılımaz şəkildə
insanlığı ülvi dəyərlərlə ayaqda saxlayırdı.
Azərbaycan xalqının Şərq despotizmindən qalma ruhu-
xalis, xam, çılpaq və kasad ruhu –kommunizmin zəngin
elementləri ilə qidalanırdı. Nəticədə xalq ictimailəşirdi,
mədəniləşirdi, ziyalılaşırdı. Kommunizm Azərbaycan xalqının
qaranlıq təfəkkürünü işıqlandırırdı.
İnsanları sadəlik,
əməksevərlilik, zəhmətə hörmət ruhunda tərbiyə edirdi.
Yazılma tarixi-28 avqust 2017-ci il
Dostları ilə paylaş: |