281
Kommunizmin diqqət və qayğısı barədə
Bu, bir faktdır ki, kommunizm insanların ruhunu bir-birinə
köməyə, yardıma səsləyib. Əməyin bölgüsü sayəsində
insanlarda kollektiv məşğuliyyəti yaradıb. Kommunizmdə
dövlət və cəmiyyət fərdin diqqət və qayğısını çəkib. Fərdə və
onun keyfiyyətlərinə önəm verib. Fərdin keyfiyyətlərindən həm
fərdin özü, həm də cəmiyyət üçün istifadə edib. Fərdin
keyfiyyətlərini
paylayıb, mübadilə edib. Kommunizm
cəmiyyətlərdə fərdləri qoruyub. İnsanlara dəyərli elementlər
kimi baxıb. Kommunizm fərdi tək buraxmayıb, onu əhatə edib.
Fərdin şəxsiyyət kimi yetişməsi üçün qapılar açıb.
Kommunizm cəmiyyətlərində şəxsiyyətin düşüncələrində
insan amili əsas obyekt olub. İnsanın cəmiyyətdə rolu, insanın
cəmiyyətdə mövqeyi kommunist ziyalının, elm adamının,
filosofun, ədəbiyyatçının analiz predmeti olub. Kapital
cəmiyyətlərində isə dövlət hakimiyyətini, ziyalını, elm
adamlarını, hətta sadə vətəndaşı belə daha çox kapital
düşündürür. Kapital üzərində həddən ziyadə yüklənmə isə
həyatın tarazlığını pozur.
Kommunizmdə
insanlıq
sadəlik,
təvazökarlıq,
mənəviyyatın digər tərkib elementləri daha çox qorunub. İnsan
daima əxlaqlı yaşamağı üstün tutub. İnsan öz şəxsiyyətinə
önəm verib, mənəvi aləmini zəngin edib.
Kommunizmdə insan yaradıcılığı insanlığı tərənnüm edib.
Yaradıcılıq haqqı, ədaləti, estetik duyumu və mənanı öndə
görüb. İnsan və onun qabiliyyəti kommunizmin ön xəttini
təşkil edib. Bu ideya cəmiyyətdə ümumi ideallar, bəşəri
ideallar və amallar uğrunda mübarizəni, fəaliyyəti təmin edib.
Kommunizmdə vicdan insan mərhəmətinin ana xəttini
təşkil edib. Bununla da kommunizm dini əxlaqi keyfiyyətləri
özündə daşıyan ideyalar konsepsiyası olub. Kommunizmdə
insanlığa inanc hissləri güclü olub. Bəşəriyyətin öz daxilinə
inam xüsusi hisslərin əsasında qərarlaşıb.
Yazılma tarixi-29 avqust 2017-ci
il
282
NƏTİCƏ:
Bütün yaşda insanlar üçün məktəb haqqında.Məktəb bir
məbəddir, təhsil, elm ocağıdır. Elm informasiyalardan, hadisələr
və faktlar haqqında məlumatlardan ibarət olan məcmudur. Elm
informasiyaların
sistemləşməsindən,
sahələr
üzrə
qruplaşmasından yaranır. Məlumatlar sintez olunur, dərk edilir,
beyində emal edilir və analitik nəticələr əldə olunur. Analitik
nəticələrdən modellər, formulalar meydana gəlir. Biliklər
(məlumatlar) toxunur, konstruksiya əldə edilir, forma və
məzmunlar yaranır. Ardıcıl dərk olunma ardıcıl aydınlaşmanı,
nəticələr olaraq qənaətləri, mülahizələri yaradır. İnsan dərk edir,
müsbət və mənfini ayırır. Elmin nailiyyətləri təhsil
müəssisələrində tədris yolu ilə şagirdlərə, tələbələrə çatdırılır. Bu
baxımdan da elmin funksiyası sintez olunmuş və qənaətlər
üzərində formalaşmış nəticələri, həmçinin hadisələr barədə
dolğun faktları (olduğu şəkildə) insanlara çatdırmaqdan ibarət
olur. Elm təcrübədə formalaşır. Həmçinin formalaşmasının bir
başqa yolu da fantaziyanın, birbaşa düşüncələrin və əqlin
məhsulundan əldə olunan məlumatlardır. Beyin öz gücü
hesabına, əqlin emalı hesabına nəticələr əldə edə bilir. Duyumla,
daxili informasiyalarla elm formalaşa bilir.
Məktəblər insan davranışı üçün bir nizam mərkəzidir,
məbədidir. İnsanlar məktəblərdə cəmiyyətin sosial ünsürlərinə,
həm də aktiv üzvlərinə çevrilə bilirlər. Onlarda aktivliyi məhz
informasiya bolluğu yaradır. Çünki, informasiyalar enerjidir,
enerji axınıdır. İnsanlar bu enerjini məktəblərdə olduqları
müddətlərdə qəbul edirlər. Məktəblər mənbə olduğundan, burada
bolluca informasiya əldə edə bilirlər. Məktəblər aydınlaşdırma,
dərrakəni işıqlandırma funksiyasını yerinə yetirən strukturlar,
maşın və mexanizmlər, aparatlar rolunu oynayırlar.
283
Məktəblər həyatı kompleks şəkildə dərk etməyə şərait
yaradırlar. İnsanların davranışları, əməlləri məktəblərdə
sərhədli formada genişlənir. Sahələr kompleks öyrənilir.
İnsanlar sadə biliklərdən mürəkkəb-elmi biliklərə qədər
informasiyaları məktəblərdən əldə edə bilirlər.
Məktəblərdə bilikləri öyrənmək insan təfəkkürünü,
hafizəsini daima aktiv vəziyyətdə saxlayır. Düşüncələr formada
qalır. Fikirlər təkmilləşir, dağınıq haldan cəm hala, sistemlə
hala keçir. Sistemli hal da gücü əmələ gətirir, mürəkkəbliyi və
rəngarəngliyi ortaya qoyur. Fikirlər, düşüncələr məbədləşənə
qədər mürəkkəbləşir. Sonra isə məbədin daxilində hərəkət edir.
Daxili aydınlaşır. Buna görə də insan elm öyrəndikcə, ardıcıl
düşündükcə mürəkkəblikləri daha tez qavrayır və sadəliyə
çevirir.
Məktəb insanlara yuxarı yaşlarda, orta və ahıl yaşlarında da
lazımdır. Düzdür, əmək kollektivi, əmək prosesləri, iş yerləri,
ailə özü sosial məktəb rolunu oynayır. Lakin mütəxəssis
biliklərini təqdim edən məktəblərin rolu daha da ciddir. Bu
baxımdan da insanlar üçün daimi məktəblər təşkil oluna bilər.
Bu məktəblərdə yuxarı yaşlı insanlar üçün müxtəlif sahələr
üzrə mühazirələr təşkil oluna bilər. Yeni biliklər ötürülə bilər.
Sovet hökumətinin ağıllı iqtisadi siyasəti barədə. Sovet
hökuməti iqtisadiyyata elmi metodlarla yanaşırdı. İqtisadi
sistemi qurmaq üçün analitik üsullara əl atırdı. Coğrafi şəraiti,
əmək məhsuldarlığını, işçi qüvvəsini, iqlim şəraitini, faydalı
qazıntıları və digər iqtisadi parametrləri öyrənirdi. İstehsalat və
qeyri-istehsalatın nisbətini müəyyən edirdi. Bu barədə çox
danışmaq olar. Planlı təsərrüfatın əhəmiyyəti böyük idi.
Azərbaycanda vaxtilə iqtisadiyyatda ağıllı strategiya və
taktika seçilmişdi. Pambıq, tütün, çay, üzüm yetişdirilirdi.
Ancaq biz Sovetlər dağıldıqdan sonra bunlardan imtina etdik.
Dostları ilə paylaş: |