272
Böyük dövlətlərdən ayrılmanın kiçik xalqlar üçün uğursuz
nəticələri haqqında
Bu gün insanın sağlam, gümrah, firavan həyatı sivil və
inkişaf etmiş dövlətlərin, dövlətlər birliyinin xidmət amalıdır,
xidmət obyektidir. İnkişaf etməmiş, kasıb ölkələrdə isə
insanların adi hüquqları təmin oluna bilmir. Çünki, baza hüquq
və azadlıqları qidalandıran üst hüquqların təminatı
problemlərlə üzləşir. Hüquqların passiv hissəsi (“yatan
hissəsi”) olan baza hüquq və azadlıqlar üçün aktiv fazada
böyük çatışmazlıqlar yaranır. Nəticədə siyasi sistemlər
kövrəkləşir, bərkləşir, sərt rejimlər meydana gəlir. Bu
baxımdan da böyük dövlətlərdən qopan kiçik xalqların azadlıq
və müstəqillik layihələrinin uğurla icrası əksər hallarda
fiaskoya uğrayır. İdeyalar yerinə yetməyən şüarlar olaraq qalır.
Xalqlar isə tənəzzülə uğrayırlar. Sarsıntı keçirirlər. Keçidlər
böyük çətinliklərlə rastlaşır. Xalqlar müstəqilliyin xoşbəxtlik
astanasına belə qədəm qoya bilmirlər.
Böyük dövlətlərdə (məsələn, ABŞ, Rusiya, Çin, Kanada,
Avstraliya) ittifaqlarda (Avropa İttifaqı, o zamankı SSRİ-də)
yaşamaq böyük xoşbəxtlikdir. Çünki, insanlar böyük imkanlar
əldə etmiş olurlar. Böyük dövlətlərin iqtisadi, mədəni, siyasi
sistemləri də şaxələnmiş olur. İnsanlar üçün vəsaitlər bolluğu
yaşanır. İnsanlar, xalqlar bütün strukturlarını birləşdirirlər.
Rənglər artır, tərkiblər zənginləşir.
Böyük dövlətlərin beynəlxalq təsirləri də güclü olduğundan
onların vətəndaşları da adətən daha üstün imtiyazlar qazanmış
olurlar. Məsələn, ABŞ vətəndaşları üçün dünyanın əksər
ölkələrinin qapıları açıq olur. ABŞ diplomatları (səfirlər,
səfirlik əməkdaşları) təyinat ölkələrdə, istər siyasi, istərsə də
ictimai dairələrdə, eləcə də xalq içərisində daha nüfuzla
qarşılanırlar. Hörmətə sahib olurlar. Böyük dövlətlərin
transmilli şirkətləri böyük qazanclar əldə edirlər, meqa
layihələr həyata keçirirlər.
273
Kiçik xalqlar birləşərək, öz xoşbəxtliklərini yaşatmaq
məqsədilə, vahid vətəndaşlıq hüquqları prinsipləri ilə böyük
dövlət yaradanda daha da böyük imkanlar qazanmış olurlar. İlk
növbədə azad məkanın sahəsi böyüyür. Sərmayə əldə etmək, iş
yerləri qazanmaq, elmi və təhsil nailiyyətləri əldə etmək də
şanslı olur. Böyük dövlətlərin özlərinin cəm halda potensialları
böyük olduğundan vətəndaşlarının da vəsaitlərdən istifadə
imkanları genəlmiş olur.
Böyük dövlət adətən güclü olur. Onun gücü vətən-
daşlarının beynəlxalq nüfuzunu artırır. Məsələn, vaxtıyla SSRİ
vətəndaşlağına mənsub olmaq və SSRİ pasportunu daşımaq
fəxarət və qürur hissi yaradırdı. İnsanlar bu böyük dövlətlərdə
özlərini inamlı, güvənli və beynəlxalq aləmdə qorxmaz hesab
edirdilər. Eynilə də Sovet idmançılarına, mədəniyyət və elm
xadimlərinə bütün dünyada xüsusi rəğbət bəslənirdi. Kiçik
xalqlar Sovet xalqı adı altında nüfulu mədəni-siyasi birliyə
çevrilirdi. Xalqların xoşbəxtlik məkanı olmuş Sovet hökuməti
dövründə kiçik xalqların mədəniyyəti beynəlxalq aləmdə
(qastrol səfərləri zamanı, sərgilərdə) çox yüksək hörmətlə
qarşılanırdı.
Böyük xalqın içərisində eyni dövlətdə yaşamaq həmin
xalqın dil öyrənməsinə səbəb verir. Bu da dünya dəyərlərindən
daha da geniş istifadəyə gətirib çıxarır. Böyük xalqın dilində
danışmaq dünya elmini daha asan şəkildə mənimsəmə şərtlərini
meydana gətirir. Böyük dövlətdə birləşmək əlavə hüquqlar əldə
etmək deməkdir.
Bu gün ABŞ-ın ayrı-ayrı lokal dövlətlərə parçalanması,
eləcə də Şotlandiya və Uelsin Böyük Britaniyadan ayrılması
heç də uğurlu layihə kimi təqdim oluna bilməz. Reformasiya
proseslərini keçmək xalqlar üçün çox əziyyətli ola bilər-necə
vaxtilə Sovet hökumətində olduğu kimi.
Böyük dövlətlərdən ayrılmalarla müşahidə olunan
itkilər:
-böyük dillərin öyrənilməsinə çıxışın
zəifləməsi;
274
-dünya elminə çıxışın məhdudlaşması;
-iqtisadi
sistemin çökməsi;
-sosial strukturun zəifləməsi-vəsait çatışmadığına görə;
-təsərrüfat münasibətlərinin zəifləməsi və insanların
kasıblaması;
-böyük məkanlarda hərəkətin sonradan məhdudlaşması;
-potensialdan zəif şəkildə istifadə olunması;
-uğurlar sferasının məhdudlaşması;
-elm və təhslin zəifləməsi, elmi –təcrübə laboratoriyalarına
çıxış imkanlarının
kəsilməsi;
-böyük dövlətin ali məktəblərindən istifadə imkanlarının
zəifləməsi;
-ticarət məhsulları bazarının məhdudlaşması;
-insanların dünyanı, böyük məkanları gəzmək imkanlarının
zəifləməsi;
-pul vasitələrinin işlək sferasının məhdudlaşması;
-məkan çatışmazlığı hesabına xalqların özünə qapanmaları
və s.
Yazılma tarixi-26 avqust 2017-ci
il
Kommunizm ideologiyasının dəyərləri haqqında
Bu gün Rusiyaya yeni kommunizm üçün ideyalar lazımdır.
Ona görə ki, bu xalq kollektivçiliyi, birgə yaşamağı bacarır.
Rusiya ətrafında digər xalqları və ölkələri də saxlamağı
bacaran dövlətdir. Tarixdə bu hallar yaşanılıb. Rusiya özünün
kollektivçilik dəyərlərini başqa xalqların da mədəni-sosial
davranışlarına ötürə bilir. Tarix bunu da sübuta yetirib.
Keçmiş Sovet xalqları ağıllarını başlarına qoyub təkrarən
kommunizm-sosializm ideologiyası altında birləşməlidirlər. Bu
yolla xoşbəxtliyə daha tez nail olarlar.
Kommunizm bəşəri sivilizasiyanın ən etibarlı ideologiyası
idi. Kommunizm insanlığa, onun ali dəyərlərinə bağlı