266
-hakimiyyət lazım bildiyi şəxslərə qarşı sui-qəsdlər
(aviaqəzalar, odlu və soyuq silahlarla hücum, zəhərlətmə və s.)
həyata keçirir;
-azad sözə və sərbəst fikirə qarşı hücum çəkir, senzura
tətbiq edir;
-hakimiyyət ictimaiyyət və elm adamlarından çəkinir və
onları təqib edir;
-hakimiyyət güclü insanların təhqir olunması üsuluna əl
atır;
-hakimiyyət ağıllı insanlardan qorxur, ideyaları qəbul
etməkdən ehtiyyat edir;
-hakimiyyət ağıllı və düşünən insanların zəif yerlərini
axtarır və bu nöqtələri zərərsizləşdirməyə çalışır;
-hakimiyyət üsyandan qorxur, odlu silaha, kütləvi qırğına
əl atır;
-hakimiyyət biznesə gizli şərik olur, havayıdan pul qazanır;
-əmlak müsadirəsini həyata keçirir və özgə malına şəxsi
sahib olur;
-hakimiyyət dindarları güdür və təqibə məruz qoyur;
-hakimiyyət dəyərli elmi əsərləri ləğv etdirir və ya da satır;
-hakimiyyət dəyərli layihələri qısqanclıqla qarşılayır;
-hakimiyyət təbii hüquqların marketinqini həyata keçirir,
hüquqlara maddi qiymət qoyur, alqı-satqı bazarını yaradır;
-hakimiyyət kölgə iqtisadiyyatını təşkil edir və qaranlıq
yollarla varlanır;
-hakimiyyət manipulyasiya və maxinasiyalara əl atır və
talançılıqla məşğul olur;
-hakimiyyət kapitala hökm etməklə əməyin istismarını və
köləliyi yaradır;
-hakimiyyət özündən güclü dövlətin hakimiyyətinə
yaltaqlıq edir, onun maddi maraqlarını ödəyir və s.
267
Azad cəmiyyət nədir. “Açıq hökumət” nədir. Azad
cəmiyyət və “Açıq hökumət” haqqında mülahizələr,
qənaətlər
İnsan bu gün cəmiyyətdə yaşayan fərdlərə, şəxslərə ayrılır.
Cəmiyyət insanı obyektə, subyektə, bu baxımdan da dəyərlər
mənbəyinə, irs faktoruna, mədəni amilə, siyasi ünsürə, ideoloji
mənbəyə, əmək ünsürünə və bu kimi dəyərlərin əhatə olunduğu
fəlsəfi məzmuna çevirir. İnsan cəmiyyətdə ünsiyyət, əlaqə
vasitəsidir, tərəfidir. İnsan cəmiyyətdə özünə maraq məkanı
əldə edir. Hədəflər yalnız cəmiyyətlərdə müəyyən edilir. İnsan
insan kimi cəmiyyətlərdə, sosial sferalarda sübuta yetirilir.
İnsan cəmiyyətdə düşünür və fayda verən mənbə rolunu
oynayır. İnsan cəmiyyətlə həmahəngdir və cəmiyyətin qanun
və qaydları ilə yaşayır. İnsan cəmiyyətdə mədəniləşir,
yaradıcılıq və quruculuq işləri ilə məşğul olur. İnsan sanki
cəmiyyətdə öz qrafikasını həkk edir və cəmiyyət burada
“qrafit” (laylı struktur, müstəvi, mineralın müstəvisi) rolunu
oynayır. Cəmiyyət insan əməllərinin təsviri lövhəsi kimi önəm
kəsb edir. İnsanın maddi, mənəvi mövcudluğu cəmiyyətlərdə
büruzə verir, təsdiqlənir. İnsan cəmiyyət məkanında azad olur.
Özünə cəmiyyət strukturlarında mövqe qazanır. Cəmiyyəti
azad edən də onun üzvləridir, insanlarıdır.
Azadlıq müəyyən hədlərdə (tələbatın ödənildiyi səviyyədə)
maddi-mənəvi harmoniyanın mövcudluğudur. Təbii ki, azadlıq
da
sərhədlidir,
hər
kəs
üçün müəyyən miqdarlıdır.
Cəmiyyətlərdə hər kəsin öz məkanı, cəmiyyət vəsaitlərində isə
hər kəsin öz payı mövcuddur. Bu da insanların təbii
hüquqlarının meyarlarını, tərkibini və ölçüsünü müəyyən edir.
Azad cəmiyyət insan azadlığının və dolğun, əhatəli insan
hüquqlarının təsbit olunduğu və təmin edildiyi cəmiyyətdir.
Azad cəmiyyətlərin tərkibi rəngarəngdir və hüquqları
zəngindir. Çalarlı hüquqlar kompleks əhəmiyyətlidir. Azad
cəmiyyətlərdə insan hüquqları ədalətlə, tarazlı şəkildə təmin
268
olunur, qorunur. Azad cəmiyyətlərdə ortaq koordinatları və
xətləri olan bərabərtərəflilik də çoxdur. Azad cəmiyyətlərdə
nizamlı prinsiplər və toxunulmazlıq da şərtdir. Çünki azadlıq
pozulmayan məkanda və hallarda mövcuddur. Azadlığın baza
kriteriyaları güc və imkanlardır. Hansı ki, burada fərdlər üçün
universallıq və məxsusilik şərtdir. Fərdlərin könüllü
harmoniyası, vəsaitlərin üzvi vəhdəti, birgə istifadə və digər
kriteriyalar azadlığın baza xətti ideyasıdır.
Azad cəmiyyətlər vətəndaş cəmiyyətləridir. Belə ki, burada
sakinlər, vətəndaşlar öz ali hüquqlarına azad şəkildə sahib
olurlar. Dövlətin müəyyən etdiyi və cəmiyyətdən mənbə kimi
qəbul etdiyi və cəmiyyətin və xalqın iradəsini bu və ya da digər
səviyyədə ödədiyi hüquq normalarının təmin edilməsi elə azad
cəmiyyətlərin formalaşmasının təzahürüdür. Vətəndaşların və
qeyri-vətəndaşların hüquqlarının kompleks şəkildə təmin
olunduğu sosial konstruksiyalar azad cəmiyyətlərin tərkibini
təşkil edir. Vətəndaşların ali hüquqlarına onların konstitusion
hüquqları və bundan irəli gələn şaxələnmiş universal və
məxsusi hüquqlar aid olur. Azad cəmiyyətlərdə hüquqların
təmin olunma səviyyəsinin yüksəkliyi də bir şərtdir. Azad
cəmiyyətlər sərbəst seçim edən cəmiyyətlərdir ki, onlar da
demokratik dövlətlərin formalaşmasında baza rolunu
oynayırlar. Azad cəmiyyətlər qaynaqları sanki zəngin və
etibarlı, etimadlı cəmiyyətlərdir. Azad cəmiyyətlər təsisatlar
olaraq sərbəst və azad assosiasiyaların məcmusundan ibarət
olan cəmiyyətlərdir. Azad cəmiyyətlər o cəmiyyətlər hesab
olunurlar ki, onlar sərbəst və maneəsiz, müstəqil olaraq öz
hakimiyyətlərini və dövlətlərini təşkil edirlər. Siyasi iradələrini
ortaya qoya bilirlər. Dövlət hakimiyyətlərini özlərindən asılı
vəziyyətə salırlar. Dövlət hakimiyyətlərini özlərinə xidmətlərə
yönəldirlər. Azad cəmiyyətlər o cəmiyyətlər hesab olunur ki,
onlar hakimiyyətləri ilə qeyri-hakimiyyətləri arasında balanslı
vətəndaş mövqeyi formalaşdıra bilirlər. Azad cəmiyyətlərdə
islahatlar da azad şəkildə aparılır. Azad cəmiyyətlər inkişaf
Dostları ilə paylaş: |