255
-xəstəlikdən kütləvi şəkildə məhv olmanın (kütləvi
peyvəndləmə yolu ilə) qarşısını alıb;
-böyüklərə və yaşlı insanlara hörmət prinsiplərini öyrədib;
-böyüklərlə salamlaşmaq, hal-əhval tutmaq mədəniyyətini
öyrədib;
-nəqliyyat vasitələrində qadınlara, uşaqlara, əlillərə, yaşlı
adamalara hörmət və ədəb qaydalarını öyrədib;
-aviasiya bəxş edib;
-dənizçilik və donanma bəxş edib, limanlar, buxtalar verib;
-dəmiryolları və qatarlar, vaqonlar bəxş edib;
-metro nəqliyyatı verib;
-digər ictimai nəqliyyatlar (avtobuslar, mikroavtobuslar)
verib;
-avtomobillər verib;
-dəzgahlar, texniki avadanlıqlar, aparat və ciahzlar bəxş
edib;
-evlərin və obyektlərin tikintisi qanunlarını, normativliyi
öyrədib;
-layihələri və elmi-tədqiqatı öyrədib;
-geologiyanı-mineralogiyanı öyrədib;
-geoloji kəşfiyyatı öyrədib;
-coğrafiyanı və səyahəti öyrədib;
-alpinizmi öyrədib;
-hidrometerologiyanı öyrədib;
-astronomiya elmini və kosmosu öyrədib;
-şəhərsalma və arxitekturanı öyrədib;
-mümarlığı və incəsənəti öyrədib;
-heykəltəraşlıq və rəssamlığı öyrədib;
-bəstəkarllğı və dirijorluğu öyrədib;
-süfrə mədəniyyətini öyrədib;
-stol və stullarda əyləşmək mədəniyyətini öyrədib;
-qaşıq-çəngəl tutmaq mədəniyyətini öyrədib;
-turizm və abidələr mədəniyyətini öyrədib;
-baytarlıq və aqronomluğu öyrədib;
256
-mühasibatlıq və iqtisadiyyatı öyrədib;
-bank və maliyyə mədəniyyətini öyrədib;
-qonşuluq, qohumluq və ünsiyyət qurmaq mədəniyyətini
öyrədib;
-uşaqları bağçalarda tərbiyə edib;
-musiqi alətlərindən istifadə mədəniyyətini öyrədib;
-musiqi elmini öyrədib;
-küçələr, parklar, meydanlar mədəniyyətini öyrədib;
-diplomatiya və xarici siyasəti öyrədib;
-siyasətşünaslıq və tarix elmini öyrədib;
-mütəxəssislərdə vəzifə və öhdəliyi öyrədib;
-vəzifə hüquq və səlahiyyətlərini öyrədib;
-vəkilliyi və hüquqi-müdafiəni öyrədib.
Sovet hökuməti Azərbaycan xalqına nə verdi
V HİSSƏ:
Sovet
hökuməti kütləvi maarifləndirmə, kütləvi
mədəniləşdirmə, kütləvi ədəbiləşdirmə üsulu ilə, eləcə də
əhalini rejimli, sistemli əməyə cəlb etməklə, şəxsiyyətləri,
cəmiyyət üçün dəyərli fərdləri yetişdirə bildi. Azərbaycan
xalqının ruhunu şablonlardan, stereotiplərdən bir qədər azad
edə bildi. Feodal təfəkkürlü Azərbaycan xalıqının
düşüncələrində inqilab etdi, düşüncələrinin qabağını kəsmiş
“niqabları” (üz örtüklərini) götürdü və işıqlı dünya bəxş etdi.
Marginal düşüncələri dünyəvi, bəşəri düşüncələrlə əvəzlədi.
Sovet hökuməti mədəni çevrilişlər sayəsində oğlanlarla qızlar
arasında açıq və səmimi, eşq və məhəbbət münasibətlərini
formalaşdırdı. Dünyaya gələn minlərlə qız uşaaqlarının
gələcək həyat eşqlərinə parlaqlıq verdi.
İnsanlar arasında uçurum yaradan “varlı-kasıb”
təbəqəsini ləğv etdi. Cəmiyyətdə fərdin maddi bərabərliyini
257
yarada bildi. İnsanları maddi aləm üzərində qalib etdi.
İnsan mənəviyyatını onun maddiyyatı ilə tarazlaya bildi.
Sovet hökuməti qaranlıqlar aləmində qərq olmuş
qadınların zülmət çadralarını əyinlərindən götürdü və
onların işıqlı dünyaya açıq gözlə baxmaları üçün şərait
yaratdı. Qadını insanlığa qaytardı. Əgər Sovet hökuməti
olmasaydı yeni doğulan qız uşaqlarının diri-diri
basdırıldığı qəbirstanlıqlar çoxluq təşkil edərdi. Kiçik yaşlı
qız uşaqlarının qoca kişilər yanında ahı-fəryadı aləmi
bürüyərdi.
Sovet hökuməti bizə nə verdi:
-xalqın şüurunu feodal formasiyasından sosializm
formasiyasına keçirdi;
-texniki baxımdan “lal xalqa” texnikanın dili ilə
danışmağı öyrətdi;
-maşın mexanizatorların, dəzgahların dilləri üçün
“lüğət” rolunu oynadı;
-kombayn və traktorların, kranlar və yük maşınlarının
dilini başa saldı;
-vaqonların, gəmilərin, təyyarələrin dili ilə danışmaq
bacarığını öyrətdi, dil açan həkim rolunu oynadı;
-texniki baxımdan “kor xalqa” texnikanın nə olduğunu
göstərdi. Baxışlarını konstruktivləşdirdi;
-texniki düymələri basmaq yollarını başa saldı;
-“miopiyalı xalqa” eynəklər payladı;
-texniki baxımdan “kar xalqa” maşın və mexaniza-
torların səsini eşitdirdi;
-elektrik stansiyalarında turbinlərin səsini eşitdirdi;
-müəssiələrdə konveyerlərin səsini eşitdirdi;
-mühərriklərin gurultusunu eşitmək şansları verdi;
-dəzgahların tərbiyəsini təqdim etdi;
-yaradıcılıq qabiliyyəti verdi;
258
-sənətkarlığı öyrətdi. Rəssamlığı verdi. Təbiəti təsvir
etməyə səslədi;
-texniki diaqnostika aparmaq qabiliyyəti bəxş etdi;
-tibbi diaqnostika aparmaq məharəti bəxş etdi;
-xəstələrin gözü üstlərindəki aparatlarda açıldı;
-sərnişin daşımaq öyrətdi;
-yük daşımaq öyrətdi;
-hamıya “alo” öyrətdi;
-gənclərin çiyinlərinə audio musiqi verdi;
-atdan, uzunqulaqdan, arabadan endirib avtomobilə
mindirdi- uzaq yolunu yaxın etdi;
-nefti sənaye üsulu ilə çıxartdı;
-nefti sənaye üsulu ilə emal etdi;
-neft mütəxəssiləri yetişdirdi;
-mənzillərə qazla istilik verdi;
-gənclərin qoluna çanta verdi;
-gəncləri müasir dəblə geyindirdi;
-insanlara uniformalar verdi;
-insanlarda nəzakət və ədəb qaydalarını öyrətdi;
-insanlara müraciət qaydalarını öyrətdi
Yazılma tarixi-avqust 2017-ci il
Müstəqillik və “Dəmir-saqqız” mübadiləsi
Müstəqilliyi xalq dövlətlə və dövlətçiliklə qazanır.
Azərbaycan xalqı sıfırdan təkmil müstəqil dövlət yaratmadı.
Azərbaycan Sovetlər Birliyindən çıxanda, daha doğrusu, SSRİ
dağılanda dövlətçilik üçün, dövlətin fəaliyyətini təmin etmək
məqsədilə lazım olan bütün sivil əsaslı siyasi sistemlərə sahib
oldu. Yəni, Sovet hökumətindən bu sistemlərlə birgə ayrıldı.
Sovetlər zamanı xalqın siyasi məfkurəsi formalaşmışdı.
Azərbaycan məhz hazır dövlət forması kimi müstəqil oldu.
Sovet
hökuməti
vaxtilə
xalqın
siyasi
məfkurəsini
Dostları ilə paylaş: |