254
siyasəti insanların sistemli olaraq təbiət resurslarına
münasibətini meydana gətirib. İnsanlar kollektiv olaraq
təbiətdən rasional şəkildə yararlana biliblər. Bütün xammalı
elmi-məntiqi əsaslı formalara sala biliblər. Sovet hökuməti
insanları pərakəndə yox, fundamental məqsədli istehsalat
proseslərinə cəlb edib. Bununla da insanlar arasında sağlam və
etikaya əsaslanmış ünsiyyət meydana gəlib.
Sovet hökuməti xalqları bir-birinə yaxın edib. Öz böyük
məkanını insanların üzünə açıq edib. İnsanlar da bu
məkanlardan istifadə edərək açıq və enerjili ruh qazanıblar.
Bütün xalqlar həm fərdi, həm də kollektiv şəkildə
mədəniyyətlərini bir-birilərinə ötürüblər. Bununla da
beynəlmiləlçilik yaranıb. Milli eqoizmin artmasına yol
verilməyib. Sovet hökuməti insanı elə özünün mərkəzində
qoyub və fərq qoymadan (milli və mədəni fərqlər) insan
fəlsəfəsini insanlara təbliğ edib. Bütün xidmətlərin ana xəttini
özünəxidmət (həm də layiqli xidmət) təşkil edib. Bu baxımdan
da Sovet hökuməti xalqlardan ibarət humanist, bəşəri bir dövlət
və cəmiyyət yaradıb. Xalqa bəşəri duyğular bəxş etməklə əsil
insanlığın nə olduğunu onların dərrakəsinə həkk edib. Biz
Azərbaycan xalqı olaraq, Sovet hökumətinin xidmətlərini dana
bilmərik. Bizim bütün həyatımızın insanlıq fəlsəfəsini öz
quruculuğu ilə Sovet hökuməti yaradıb.
Düzdür, Rusiya böyük dövlət olduğundan sərhəd
respublikalara özünün “hasar divarı” kimi baxıb. Ancaq özündə
olan dəyərləri sərhəd respublikaları ilə birləşdirib. Bununla da
vahid sağlam cəmiyyət qura bilib. Sivil və sağlam hüquq
prinsiplərini bütün ölkə üzrə eyni əsaslarla yayıb.
Sovet hökuməti bizə nə verib:
-humanizm fəlsəfəsini bəxş edib;
-qadınları çadra zülmündən xilas edib;
-qadınlara açıq
həyat seçimi bəxş edib;