234
cəmiyyətdə peşə və ixtisas, sənət kriteriyaları üzrə, eləcə də yaş
və fizioloji amillərə görə cəmiyyətin təbəqələrinin yaranmasını
təmin edir. Cəmiyyətin siniflərə ayrılmasında rol oynayır.
Cəmiyyət dövlət üçün mənbə, dövlət isə cəmiyyət üçün üst
idarəçi qurum rolunu oynayır. Cəmiyyətin xarakteri dövlət
siyasətinin subyektiv və obyektiv xüsusiyyətlərini meydana
gətirir. Dövlət öz cəmiyyətinə, cəmiyyət də öz dövlətinə
bənzəyir. Xalqın xarakteri, mental dəyərləri də onun davranış
məkanı olan cəmiyyətində büruzə verir.
Hakimiyyət funksiyası-dövlətçilik funksiyası (xarici
funksiyası)
-hakimiyyəti təşkil edir;
-hakimiyyətə səlahiyyətlər verir;
-hakimiyyəti təminat funksiyasının həyata keçirir;
-idarəçiliyin mahiyyətini müəyyən edir;
-idarəçilik üçün obyekt rolunu oynayır;
-idarəçiliyin yönlərini müəyyən edir;
-hakimiyyət üçün təşəbbüsvericilik funksiyasını yerinə
yetirir;
-idarəçilikdə rəy və təkliflərini bildirir;
-siyasət axarını müəyyən edir;
-ideologiyanı yaradır;
-siyasət üçün konsepsiyaları, strategiyaları müəyyən edir;
-hakimiyyət üzərində nəzarəti həyata keçirir;
-hakimiyyətdən hesabatları tələb edir;
-hakimiyyəti müşahidə edir;
-hakimiyyəti müşayiət edir;
-hakimiyyəti daima dinamikada saxlayır, hakimiyyəti
qoruyur;
-hakimiyyətin yenilənməsində iştirak edir;
-idarəçilik üsulunu formalaşdırır;
-hakimiyyəti vəsaitlə təmin edir;
-hakimiyyətlə xalq arasında tarazlı əlaqələr yaradır;
235
-hakimiyyətə sifarişlər verir, öz tələbatı barədə hakimiyyəti
məlumatlandırır;
-hakimiyyət (dövlət ) üçün qanunvericiliyi hazırlayır-
burada parlament özü də cəmiyyətin hakimiyyəti rolunu
oynayır. Dövlət başçısını da xalq seçir, yaxud da parlament
seçki ilə təyin edir. Deməli, dövlət başçısı da cəmiyyətin
nümayəndəsi kimi çıxış edir;
-cəmiyyət xalqla dövləti əlaqələndirmə funksiyasını yerinə
yetirir.
Ümumiyyətlə, dövlət hakimiyyəti ( xalq hakimiyyəti) ilə
cəmiyyət arasında vəhdət mövcuddur və cəmiyyət dövlətin
fərdlərinin məcmusu rolunda çıxış edir. Hakimiyyət öz
fəaliyyətini cəmiyyətə yönləndirir. Cəmiyyət də öz fəaliyyətini
özünə yönləndirir və hakimiyyətini təmin edir. Dövlətini və
dövlətçiliyini qoruyur. Cəmiyyət özünü birbaşa (daxili
funksiyası ilə) və dolayı yollarla (hakimiyyəti və dövlət rəhbəri
vasitəsilə-xarici funksiyası ilə) təmin edir.
Xalqın cəmiyyəti-cəmiyyətin xalqı. Cəmiyyətin haki-
miyyəti-hakimiyyətin cəmiyyəti
Xalqın mədəniyyəti, yəni quruculuğu var. Özünə xidmət
etdiyi dəyərlər məcmusu mövcuddur. Xalq öz mədəniyyəti ilə
özünün inkişaf yollarını müəyyən edir. Mədəniyyət ünsürləri
ilə milli məfkurəsini müəyyənləşdirirlər. Xalq mədəniyyəti ilə
özünə dəyərlər kompleksini təşkil edir. Bu quruculuq istedad
və qabiliyyətin reallaşdığı əlaqələr strukturudur, strukturların
məcmusudur. Bu məcmu, strukturlar mexanizmi cəmiyyətlərdə
formalaşır. Daha doğrusu, xalqın mədəniyyəti, mədəniyyətini
əks etdirən norma və qaydaların məcmusunun məkanı
cəmiyyət adlanır. Xalqı öz dərdinə, şəninə cəmiyyətlərdə nail
olur. Xalq öz faciəsini və xoşbəxtliyini cəmiyyətində yaşayır.
Cəmiyyət xalqa forma baxımından sistemli əsasları təqdim
edir. Xalq öz cəmiyyətinin ruhunu başqa cəmiyyətlərə daşıyır.
236
Xalq cəmiyyətə dayaq və arxa müstəvi, potensial mənbə
kimi baxır. Xalqın davranış normaları kodeksi cəmiyyətlərin
davranış və əxlaq normaları sistemini yaradır. Bu kodeksin
məkanı cəmiyyət adlanır. Cəmiyyətlər xalqın keçmişi, bu günü
və gələcəyi arasında irs məzmunlu körpü formalaşdırır. Xalqın
davranışından onun xarakteri meydana gəlir. Xalqın ruhu
cəmiyyətlərin ruhu ilə eynilik təşkil edir.
Xalqın cəmiyyəti özünə məxsus olduğundan özünə də
bənzəyir. Düzdür, cəmiyyətlərdə tək xalqların özləri yox, həm
də başqa xalqlar yaşaya bilirlər. Buna görə də cəmiyyətlərdə
elementlər zəngin olur. Xalq “xalislikdən” (xamlıqdan, mədəni
kasadlıqdan, cılızlıqdan, xainlikdən, xudbinlikdən, naqislikdən,
cəhalətdən) azad ola bilir. Cəmiyyətlərdə müxtəlif xalqların
müsbət dəyərləri ötürülür. Mənfiliklər, xoşagəlməz hallar da
ola bilir.
Xalqın cəmiyyəti öz qüsurları ilə özünə bənzəyir. Çünki
davranış yeri elə cəmiyyət olur. Hakimiyyətin daxilində olan
münasibət formaları, hakimiyyətin daxilində olan əxlaq da elə
cəmiyyətin daxilində meydana gəlir. Cəmiyyət qüsurlu
hakimiyyətinə, yaxud da dəyərli hakimiyyətinə görə ilk
növbədə özünə borclu olur. Xalq öz cəmiyyətində qüsurlar
yaradırsa, hakimiyyətinin sağlamlığı yarana bilmir. Çünki
hakimiyyət cəmiyyətdən formalaşır. Hakimiyyətin üzvləri öz
əxlaqını ilk növbədə cəmiyyətindən götürür. Xalq özünü öz
cəmiyyətində düzgün aparırsa, hakimiyyəti də sağlamlaşır. Bu,
bumeranq rolunu oynayır. Hakimiyyət, cəmiyyət, xalq, dövlət
bir-birindən
ayrılmaz atributlardır, fenomenlərdir. Bu
fenomenlərin sağlamlığı mənbədən-cəmiyyətdən (ailə də
cəmiyyətə daxildir) başlayır. Bu baxımdan da sağlamlıq daha
çox cəmiyyətlərdə olur. Xalq, cəmiyyət, dövlət, hakimiyyət
bir-birini şərtləndirərək inkişaf etdirir, ya da tənəzzülə uğradır.
O da düzdür ki, daxili maneələrlə bərabər, xarici maneələr də
mövcud olur. Cəmiyyətin inkişafında, xalqın dirçəlməsində
xarici ünsürlər və axınlar mühüm rol oynayırlar.
Dostları ilə paylaş: |