183
(məsələn, dövlət himnlərində, dramatik məzmunlu opera və
operettalarda, baletlərdə, mahnılarda), teatr pyeslərində (nəzm
və nəsr məzmunlu əsərlərdə), eləcə də kino-filmlərdə həkk
olunur, öz məzmununu digər bir formada qarşısındakına,
tamaşaçısına, dinləyicisinə, oxucusuna çatdırır.
Ədəbiyyat əsasən üç qismə bölünür: elmi, bədii və dini
ədəbiyyat. Bura populyar (ritorikanın, jurnalistikanın, qəzet və
jurnalların, televiziya və radionun, meydanlardakı natiqlərin
dilini əhatə edən, onları ifadə edən ədəbiyyat-buna efir
ədəbiyyatı da demək olar) ədəbiyyatı da aid etmək olar.
Ədəbiyyat milli və əcnəbi (xarici) olur. Bu birləşmə ümumən
dünya ədəbiyyatı adlanır. Bədii ədəbiyyat da janrlara
(məsələn, macəra janrı, faciə janrı, məhəbbət janrı və s.) və
oxucusu baxımından yaş auditoriyalarına bölünür. Məsələn,
uşaq ədəbiyyatı, geniş oxucu kütləsi üçün nəzərdə tutulan
ədəbiyyat və s. Eləcə də yazılı (roman, hekayə, povest,
felyeton) və şifahi ədəbiyyat olur. Ədəbiyyatın məzmunu da
fərqli olur: dram, yəni, faciə, satira, tənqid; məhəbbət və eşq
məzmunlu, müharibə məzmunlu, təbiət məzmunlu, detektiv
məzmunlu əsərlər mövcuddur. Ədəbiyyat hekayələrdən,
romanlardan, povestlərdən, felyetonlardan (fransızca-səhifə
deməkdir, qısa məzmunlu və nəzm və nəsrlə yazılan satiradan
ibarətdir), məqalələrdən və geniş traktatlardan (bura elmi
əsərlər aiddir) ibarətdir. Bədii ədəbiyyat iki formada olur: nəzm
(sərhədli şeir forması) və nəsr (sərhədsiz sərbəst forma).
Ədəbiyyat müəllifi məlum olan və məlum olmayan (şifahi xalq
ədəbiyyatı-kollektiv yaradıcılıq məhsulu) əsərlərdən, yara-
dıcılıq nümunələrindən ibarətdir. Şifahi xalq ədəbiyyatı-lirik,
burada müxtəlif mövzulu nəğmələr; laylalar; oxşamalar
(nazlamalar, əzizləmələr), bayatılar (dörd misradan və hər
misrası da yeddi hecadan ibarət olan-şeir janrı); epik, yəni,
rəvayətlər, lətifələr, nağıllardan təşkil olunur. Epik-lirik (nəsr
və nəzm) növ olan dastanlar (həcmcə ən böyük şifahi xalq
ədəbiyyatı nümunəsidir) da ədəbiyyatı təşkil edir. Dastanlar
184
(eposlar) məhəbbət və qəhrəmanlıq mövzularında olur.
Ədəbiyyatın bu kimi nümunələri cəmiyyətlərin maariflən-
məsinə xidmət edir.
Ədəbiyyat-antik dövrü, orta əsərləri əhatə edir, həmçinin
klassik və postmodernist məzmunda olur. Hər bir dövrün
ədəbiyyatı, -istər fəlsəfi, istər mifoloji-dini, istərsə də elmi
olsun,-hadisələri təsvir və tərənnüm etmək baxımından öz
dövrünün məzmununu və hadisələr formasını, tarixi
gerçəklikləri ifadə edir. Buna görə də ədəbiyyatı öyrənmək
yolu ilə tarixin ruhu ilə yaxından tanış olmaq olar. Tarixlə
söhbət həmin dövrün ədəbiyyatı (elmi, fəlsəfi, bədii, dini və s.)
vasitəsilə mümkündür.
Ədəbiyyatla tanışlıq və mütəmadi mütaliə ədəbi dilin
formalaşmasını təmin edir. Ədəbi dilin normalarının (fonetik,
qrammatik, leksik norma) və üslublarının (bədii üslüb)
saxlanılmasını, eləcə də insanların ardıcıl qaydada ədəbi
danışıqlarında qalmasını şərtləndirir. Bu baxımdan da insanlar
norma və ölçülərlə danışmaq vərdişlərini mənimsəmiş olurlar.
Mənimsəmə sayəsində insanlarda söz bazası güclənir və
şəxslərdə sərbəst və analoji olaraq (alternativ sözün) sözlərin
yerində işlədilməsi qabiliyyətini artırır.
Qeyd olunduğu kimi, ədəbiyyatda-yazılı və şifahi
ədəbiyyatda -həyat təsvir olunur. Əsərlərdə həm real
hadisələrin gerçəkliyi verilir, həm də poetik olaraq və
təxəyyülün, təsvirlərin nəticəsi kimi, şərti bitkin hadisələr
canlandırılır. Ədəbiyyatda həyat yaradıcının qələmi və nitqi ilə
qısa hekayələrdə, şeirlərdə, poemalarda və digər nümunələrdə
təsvir olunur. Həyatın acı formaları, hadisələrin gərginliyi,
eləcə də xoşbəxt anlar ədəbiyyat nümunələrində yazıçının,
şairin, digər müəlliflərin istəyi və təsviri gücü oxucuya qələm
və nitqlə (danışıq üslubu ilə) təqdim edilir.
Məlunmdur ki, ədəbi əsərlərin gücü onun müəllif
tərəfindən təqdim olunması (hazır məhsul kimi) və oxucuda
yaradılan dolğun təəssüratlarla müəyyən olunur.
185
Ədəbiyyatın cəmiyyətdə və mədəniyyətdə rolu nələrdən
ibarətdir. Ədəbi əsərlər yaradıcılıq nümunəsi olduğundan,
eləcə də incəsənətin tərkibini təşkil etdiyindən (məsələn,
rəssamlıq və heykəltəraşlıq) mədəniyyətin tərkibini əhatə edir.
Çünki burada yaradıcılıq nəticəsi əksini tapır. Mədəniyyət də
özlüyündə cəmiyyətin inkişaf və əxlaq dəyərlərini cəmləşdirir.
Ədəbiyyat (bədii) insanların təfəkkürünü oyadır, baxışlarını
təkmilləşdirir və mövhumatı, cəhaləti aradan qaldırır. Bədii
ədəbiyyatda təsvir edilənlər etik və estetik məzmunu ilə
insanları daxildən islah edir. Bədii ədəbiyyat cəmiyyət üçün
mədəni ünsürlərin hazırlanmasında da xüsusi rol oynayır.
Ədəbiyyatla yaxından tanışlıq mədəni norma və davranışların
əsaslarını özündə əks etdirir. Ədəbi mühit şəxslərdə estetik
zövqü aşılayır və əxlaqi keyfiyyətləri tərənnüm edir.
Cəmiyyətin dəyərli, faydalı ünsürlərini həm də ədəbiyyat
formalaşdırır. Ədəbiyyat onunla yaxından tanış olanlarda
estetik zövqü meydana gətirir və insanların əşyalara və özlərinə
olan baxışlarında müəyyən pozitiv dəyişikliyi yaradır.
Ədəbiyyatın cəmiyyətdə və mədəniyyətdə rolunu bu
kimi əsaslarla ümumiləşdirmək olar:
-ədəbiyyat cəmiyyət üçün dəyərli, məhsuldar şəxslərin
yetişməsində əvəzsiz rol oynayır. Ədəbiyyatla tanışlıq və
mənimsənilmə
biliklərin,
ədəbi
məlumatların
irsən
ötürülməsinə zəmin yaradır;
-ədəbiyyat
ictimai
şüurun,
milli
özünüdərkin
formalaşmasında əvəzsiz rola malik olur;
-ədəbiyyat cəmiyyətdə, insan həyatında eybəcərliklərin,
qüsurların, çatışmazlıqların dram, satira və yumor məzmunu ilə
ifşa olunmasını təmin edir, nöqsanları üzərə çıxarır və
insanların ayılmasına kömək edir;
-ədəbiyyat sivil təfəkkürün formalaşmasına zəmin yaradır,
şəhər və kənd həyatını tərənnüm edir və bu yolla da insanlarda
sivil yaşam qaydalarını, həyat tərzini təbliğ edir;
Dostları ilə paylaş: |