177
-Edam meydanları-“günahkarları”, “cəza törədənləri”,
“dinə qarşı çıxanları” nümayişkəranə asmaq üçün. Molla
məhkəmələrinin qərarlarını
icra etmək məqsədilə;
-Moizə meydanları-Mollaların nüfuzunu və əsarətini
saxlamaq üçün;
-Daş-qalaq meydanları-“şeytan qəlbli və şeytan əməlli
qadınları” daşlamaq üçün. Onların cəsədlərini, ya da onları
diri-diri yandırmaq üçün;
-Hərrac meydanları-kiçik yaşlı qızların yaşlılar tərəfindən
alqı-satqısı üçün;
-Qullar bazarı-kölə və qul ticarətinin həyata keçirilməsi
üçün;
-Meyxana meydanları-narkomanları
əyləndirmək üçün;
-Rəqqas meydanları-təlxəklər vasitəsilə, eləcə də göbək
rəqsləri oynayan qadınlar vasitəsilə mollaları, bığburma
qoçuları
əyləndirmək üçün;
-Heyvanxana
meydanları-Xoruzları
və
qoçları
döyüşdürmək üçün;
-Hərəmxanalar-kişilərin çoxarvadlılığını təmin etmək
üçün;
-Açıq mədrəsələr-insanlara “dini savad verməklə” onları
“ağıllandırmaq” üçün
Xalq teatrlara baxmaq, muzeylərə getmək, sərgi salonlarına
baş çəkmək, konsertləri dinləmək əvəzinə yuxarıdakı
tamaşalara baxmaqla öz ruhunu “sakitləyəcəkdi”. Dünyəvi
musiqini ağlaşmalar, mollalar üstündə dil deyib deyişmələr
əvəz edəcəkdi.
Yazılma tarixi-12 avqust 2017-ci il
Biz əslində kimik
SSRİ-dən ayrılan kimi dərhal xalisliyimiz, bu baxımdan da
xamlığımız, irrasionallığımız, nizamsızlığımız, qeyri-estetik
duyğulu
olduğumuz
və
bütün
ört-basdır
edilmiş
eybəcərliklərimiz üzərə çıxdı. Fərdi eqoistliyimiz və
179
II BÖLMƏ. MÜXTƏLİF MƏZMUNLU MƏTNLƏR
ANTOLOGİYASI
Zavallı alim
Azərbaycan dilinin izahlı lüğətində "zavallı" sözü-həm də
“acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt”
mənalarını bildirir.
Qeyd: biz eşitmişik ki, Sovet hökuməti dövründə alimin
zəhmətinə
həqiqi
qiymət
verilib.
Əsərlər
yüksək
qiymətləndirilib, böyük həvəslə çap olunub. Alim və yazıçı da
öz layiqli zəhmətinin əvəzini görüb. Heç bir təbəqə önündə
yazıq olmayıb. Əksinə, hörmətə layiq təbəqələrdən biri olub.
Alim niyə zavallıdır?-bu sual çox güman ki, əksər alimləri
və ətrafındakıları, alim olmayan şəxsləri düşündürür. Mən
başqalarının əqli mülkiyyəti hesabına “alim” olanları, saxta
alimlik diplomları (elmi dərəcəyə-fəlsəfə üzrə və elmlər
doktorlarına- görə verilir), attestatları (elmi adlara-dosent və
professorlara-görə verilir) alanları hələlik bu kateqoriyaya aid
etmirəm. Onlar da zavallıdır, lakin bu zavallılıq bir qədər başqa
fonda, adlarının yükündən utanc gətirəcək fonda, tərzdə,
büruzə verir və daxili korlayır.
Həqiqi alimlərin zavallılığı barədə:
Xalq, dövlət, cəmiyyət, ailə, şəxslərin özləri erkən
yaşlarından başlayaraq həyatı boyu külli miqdarda xərc çəkirlər
ki, nəticə etibarilə yetişərək, layiqli evladlar, şəxslər olsunlar.
Şəxslər erkən yaşlardan məktəblərə gedirlər, məkətb yolunda
dövlət və ailə böyük əzablara düçar olur ki, mütəxəssis
yetişsin. Bir şəxsin cəmiyyətə, özünə və ailəsinə layiqli,
dəyərli, faydalı bir element, subyekt və şəxsiyyət kimi
yetişməsi üçün minbir əzablarla, çətinliklərlə rastalaşması
zəruri hala çevrilir.