23
mühafizə olunmalı,dövlət bazarı sivil qaydalarla müdafiə etməli,istehsalçıları sosial
populizmdən qorumalıdır.
Bu model hazırki qlobal maliyyə böhranı şəraitində Almaniyanın iqtisadi
müvəzinatının qorunmasında çox mühüm rol oynamışdır.
Sosial- demokratik model - İsveç modeli.
Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı model ilə eynidir. Buna
baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur.
Sosial - demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox ol-ması
xarakterdir. Bazar iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və
ona görə də onu çox vaxt İsveç modeli adlandırırlar. Tarixi inkişafın müxtılif
mərhələlərində bu modelin bir çox cəhətləri digər Skandinav ölkələrində, eləcə də
İspaniyada, Portuqaliyada, Yuna-nıstanda öz əksini tapmışdır. Bazarın İsveç modeli
aşağıdakı cəhətlərlə xarakterizə olunur:
a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi
( tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);
b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin
azaldılmasını təmin etməsi;
v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması;
q) dövlətin məşğulluq siyasəti əsasən işçilərin ixtisaslarının artırıl-ması və yenidən
hazırlanması hesabına işsizlərin sayının minimum həd-də çatdırmağa yönəldilməsi.
Bu sahədə mövcud olan inkişaf modelləri içərisində Çin modeli mühüm yer tutur.
Məhz bu modelin reallaşdırılması sahəsində yer kürə-sinin ən böyük dövlətlərindən
biri olan Çin qısa bir müddət ərzin-də iqtisadiyyatın bir sıra göstəriciləri, ilk növbədə
isə artım tempi üzrə dünyada qabaqcıl mövqelərə çıxmış, təqribən 1,25 milyarda
bərabər olan əhalisini öz ərzaq məhsulları, ən başlıcası isə taxıl məhsulları ilə nəinki
24
kifayət səviyyədə təmin etmişdir, həm də böyük həcmdə kənd təsərrüfat məhsulu
ixrac edən ölkəyə çevrilmişdir.
Çin “iqtisadi möcüzəsi” əslində planlı sosialist iqtisadiyyatı ilə bazar təmayüllü
kapitalist iqtisadiyyatının optimal sintezindən irəli gəlir.
Yaponiya modeli. Bu model bazar mexanizmində mümkün qəzaları dövlət
müdaxiləsinin dəqiq həcmlərinin müəyyənləşdirilməsi, proq-nozlaşdırma, dövlət və
müəssisələrn danışıqlarında koordinasiya və təs-isedici tövsiyyələrin verilməsi yolu
ilə həll etməyi məqsədəuyğun hesab edir.
Cənubi koreya modeli də Yapon modelinə çox oxşardır. O, ölkə əhalisinin
psixoloji həyat səviyyəsinə, yüksək əmək məhsuldarlığına əsaslanır. Dövlət vacib bir
məqsəd kimi ortamüddətli və uzunmüddətli planlardan və məqsədli proqramlardan
istifadə etməklə mərkəzləşdirilmiş planlaşdırma siteminin yaradılması işinə rəhbərlik
etmişdir
4
. Mahiyyət etibarı ilə Cənubi Koreya iqtisadiyyatı planlı təsərrüfatçılıqla
bazar təsərrüfatşılığının çox ahəngdar sürətdə əlaqələndirildiyi bir sistemdir. Cənubi
Koreya iqtisadi inkişaf modelinin formalaşmasına təsir edən amillər bunlardır:
1).Xarici aləmlə qarşılıqlı təsirə əsaslanan ixrac yönümlü inkişaf strategiyası;
2).Hərbi –sənaye kompleksinin saxlanılmasına çəkilən xərclərin az olması və.s
XX əsrin 80-ci illərinın əvvəllərində Asiyanın İslam ölkəsi olan Malayziya da
özünəməxsus inkişaf modeli seçmişdir. Bu model ölkənin inkişaf yolunu özünün
müəyyənləşdirməsini,beynəxalq maliyyə qurumlarından asılılığın olmamasını,
həmçinin iqtisadi inkişafda insan amilinin ön plana çıxarılmasını nəzərdə tutur.Bu
modeldə ən mühüm strateji tədbirlərdən biri də seçmə valyuta nəzarətinin həyata
keçirilməyə
başlanmasıdır.Bu
tədbir
pul
ehtiyatlarının
real
iqtisadiyyata
ayırmağa,faiz dərəcələrini aşağı salmağa imkan vermişdir.
İqtisadi inkişafın Türkiyə modeli sərt bazar qanunlarına əsaslanaraq sahibkarlığa
geniş yol verilməsini nəzərdə tutur. Əsası ölkənin mərhum prezidenti T.Özal
4
Səmədzadə Z. Çin qlobal dünya iqtisadiyyatında. Səh.69-77
25
tərəfindən qoyulan bu iqtisadi model “sosial bərabərlik” prinsipini rədd edir. Bu
iqtisadi modelin əsas şərtləri bunlardır:
1.Azad bazar iqtisadiyyatının genişləndirilməsi;
2.Dövlətin iqtisadiyyata müdaxiləsinin minimumlaşdırılması;
3. Modelin nəzəri əsasını monetarizmin təşkil etməsi;
4.Dövlət mülkiyyətində əsas strateji sahələrin saxlanılması və inkişaf etdirilməsi;
5.Geri qalmış regionlarda yeni istehsal sahələrinin yaradılması;
6.Özəl bölmənin inkişafının genişləndirilməsi;
7.Planlaşdırma sisteminin qəbul edilməsi;
8.
”Qapalı iqtisadiyyat”-ın açıq iqtisadiyyata əvəz edilməsi,idxal-ixrac əməliy-
yatlarının genişləndirilməsi;
9.Izafi xərclərin azaldılması.
1.3.Milli iqtisadiyyatın spesifik amilləri və məqsədləri.
İqtisadiyyat bütövlükdə cəmiyyətin,ayrılıqda isə insanın normal həyat fəaliyyəti
üçün lazım maddi nemətləri yaradan həledici sahədir.Yəni insanların birgə və fərdi
fəaliyyətinin elə sahəsidir ki,orada yaşayışın zəruri şərtləri yaradılıl və istifadə edilir.
Milli iqtisadiyyat beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və aslılıqda olan,ayrı-
ayrı ölkələrin inzibati sərhədləri üzrə,təbii-coğrafi.sosial-iqtisadi və texniki-texnaloji
fərqlərə görəbölünən müstəqil təsərrüfat sistemidir.Hər bir ölkənin milli iqtisadiyyatı
ümümdünya iqtisadiyyatının bir hissəsini təşkil edir.
Hər bir xalq içərisində yaşayıb işlədiyi milli iqtisadiyyatın məzmununu,
mahiyyətini,xarakterik cəhətlərini,inkişaf qanunauyğunluqlarını dərindən bilməlidir
Dostları ilə paylaş: |