Əlyazması hüququnda



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix01.07.2022
ölçüsü1,3 Mb.
#90289
1   ...   10   11   12   13   14   15   16   17   18
R-FL-AYNUR-VAS-F-q-z-

Nəticə və təkliflər 
Günümüz dünyasında ictimai təşkilatların əsas məqsədi ən yaxşı xidməti təmin 
etmək və effektiv strategiyaları və metodları inkişaf etdirməklə hədəflərə çatmaqdır. 
Bu da yalnız sürətlə dəyişən dünyada dəyişikliklərə uyğunlaşması üçün ictimai 
təşkilatların uzun müddətli bir vizyona sahib olmaları və bu uzunmüddətli perspektiv 
ilə lazımi strategiyaları müəyyənləşdirmək və tətbiq etməklə mümkündür.
Strategiyası olmayan bir təşkilat, önünü görə bilməyən və istiqaməti olmayan 
təşkilatdır. Gündəlik təkrarlanan işlər, uyğun və ahəngli bir hədəf meydana gətirə 
bilməz.
 
Bütün dünyada getdikcə artan rəqabət qarşısında strateji idarəetmə mühüm 
əhəmiyyət qazanmağa başlamışdır. Yalnız özəl sektorda deyil, ictimai və üçüncü 
sektorda da fəaliyyət göstərən bütün təşkilatlar qloballaşma və bunun gətirdiyi 
rəqabət qarşısında daha strateji düşünməyə, strateji planlamağa, strateji qərar almağa 
əvvəlkindən daha çox vacib sayılmışdır. Strateji idarəetmə, bir təşkilatda gələcəyə 
istiqamətli qərarlar alınmasından istifadə bir rəhbərlik texnikasıdır.
Strateji təhlil peşəkar fəaliyyət sahəsi kimi idarəetmə sistemində 
məqsəditəyinetmə və planlaşdırma funksiyası ilə əlaqəli şəkildə meydana gəlmişdir. 
Onun yaranma zərurəti təşkilatın inkişafı, dəyişən mühitə uyğunlaşması və bu 
səbəbdən idarəetmənin səmərəliliyinin artırılması təlabatı olmuşdur. Inkişaf 
prosesində təşkilat böyüdükcə onun fəaliyyəti daha çox istiqamətləri əhatə etməyə 
başlayır. Onun əlaqədə olduğu kənar obyektlərin sayı və tərkibi daha müxtəlif olur, 
əlaqələrin məzmunu isə, daha da mürəkkəbləşir. Bu səbəbdən strateji təhlil daha da 
geniş və ətraflı xarakter daşımağa başlayır. Təşkilat bir növ daha geniş çeşiddə və 
fərqli informasiyalarla işləməyə məcbur olur. Əgər əvvəllər mövcud vəziyyət 
haqqında yalnız ilkin informasiya kifayət edirdisə sonradan təşkilat inkişaf etdikcə 
bunların qiymətləndirilməsinə ehtiyac yaranır və nəhayət son dövrlərdə 
qiymətləndirmə ilə kifayətlənməyərək yeni biliklərin yaradılmasına təlabatlar 
formalaşır.


76 
İstənilən bir sahənin strateji təhlili həmin sahənin fəaliyyət mühitinin və 
bazarın mənfəətlilik perspektivlərinin qiymətləndirilməsi ilə həyata keçirilə bilər. 
Konkret bazarda təşkilatın imkanları və təhlükələrinin qiymətləndirilməsi bu 
prosesin tərkib hissələrindən biri kimi sayılır. Belə tədqiqatın əsas metodlarından biri 
strateji idarəetmədə istifadə olunan təhlil metodudur. Bu metod verilmiş hər bir 
vəziyyətdə təşkilatın güclü və zəif cəhətlərini üzə çıxarmağa və eyni zamanda 
potensial imkanları və təhlükələri qiymətləndirməyə imkan verir. Əldə olunan 
nəticələrin müqayisəsi zamanı bazarın verdiyi imkanlardan istifadə edilməsində 
daxili imkanların və zəif cəhətlərin müəyyənləşdirilməsi, xarici mühitin yaratdığı 
təhlükələrin və problemlərin təsirinin azaldılması üçün öz potensialından istifadə 
yolarının göstərilməsi üçün böyük əhəmiyyət daşıyır. Bir çox hallarda yaxşı nəticələr 
əldə edilməsi müəyyən dövrün keçməsini tələb edir. Belə ki, müəssisənin xarici 
mühiti onun qarşısında proqnozlaşdırılması çox çətin olan gözlənilməz problemlərlə 
qarşısına çıxması imkanına malikdir. Menecerlərin yüksək peşəkarlığı məhz bu kimi 
hallarda müəssisənin böhranlardan müdafiə edilməsində və biznesdə mövqeyinin
daha az itkilərlə qorunub saxlanılmasında özünü büruzə verir.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə