Əlyazması hüququnda


Şəkil 1 SWOT-analiz matrisi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix01.07.2022
ölçüsü1,3 Mb.
#90289
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
R-FL-AYNUR-VAS-F-q-z-

Şəkil 1 SWOT-analiz matrisi 
İmkanlar: 
1. 
:Təhlükələr: 
1. 


52 
- “Zəif tərəflər və imkanlar” kvadratı üçün
hazırlanan marketinq strategiyaları müəssisədən
Kənar mühitin yaratdığı imkanlar görə müəssisənin zəif hissələrinin aradan 
qaldırılmasında istifadə etməsi nəzərdə tutmalıdırlar. Məsələn, hazırlanan strategiya
bazara yeni daxil olmuş pərakəndə ticarət müəssisəsinin onun məhsu-lunun 
qiymətinin yüksək olması buna görə bu məhsulu almaqdan imtina etməsi ehtimalını 
aradan qaldırmağa imkan verməlidir. 
- Müəssisə “zəif tərəflər və təhlükələr” cədvəlində yeləşən cüt kombina-siyalar 
üçün buna zəif hissələrdən xilas olmağa, eləcə də fəaliyyəti üçün yaranmış təhlükələr
almağa qəbul edən strategiyalar hazırlamalıdırlar. Məsələn, hazırlanan marketinq 
strategiyası bazara yeni daxil olmuş rəqibin bazara məssisənin məhsulunun qiyməti 
ilə müqayisədə daha ucuz məhsul təklif etməsi təhlükəsinin aradan qaldırılmasına 
yönəldilməlidir.
Müəssisələr aparılmış SWOT-analizin nəticələrindən istifadə etməklə özünün 
inkişafının əsas istiqmətlərini və biznesinin uğurlu inkişaf etməsi üçün tezliklə həll 
etməli olduğu problemləri müəyyən edir.
Firmanın fəaliyyətinin makromühitin təhlili və qiymətləndirilməsi zamanı 
PESTLE-analiz təhlil alətinin böyük rolu ola bilər.
Strateji planlaşdırma prosesində PESTLE analiz firmanın fəaliyyətinin xarici 
mühitinin (makromühitin) təhlili və qiymətləndirilməsi əsasında firmanın inkişafı 
üçün imkan və təhlükələrin aşkara çıxarılması üçün tətbiq edilir.
PESTLE akronimində:
P - siyasi mühiti (Political),
E – iqtisasi mühiti (Ecomomic),
S – sosial-mədəni mühiti (Sosial), 
T - elmi-texniki və texnoloji mühit (Technological), 
L – hüquqi mühiti (Legal), 
E - ətraf (ekoloji) mühiti (Environmental) ifadə edir. (27) 


53 
Rəqabət amillərinin analizi - “Porterin beş qüvvəsi” - Sahədə rəqabətin intensivlik 
səviyyəsini qiymətləndirmək üçün strateji planlaşdırmada “Rəqabətin hərəkətverici 
qüvvələri” modelindən istifadə edilir. Bu modeli M. Porter təklif edib, buna görə də 
onu həm də “Potterin beş qüvvəsi” kimi də adlandırırlar.
“Rəqabətin hərəkətverici qüvvələri” modelində göstərilən rəqabət amilləri 
aşağıdakılardır:
a)
Sahədə mövcud firmaların rəqabəti;
b)
Sahəyə yeni daxil ola biləcək potensial rəqiblər;
c)
Əvəzedici məhsulların təhlükəsi; 
d)
Alıcılar (alıcıların bazar hakimiyyəti;
e)
Tədarükçülərin bazar hakimiyyəti. 
Bu sahədə mövcud şirkətlərarası rəqabətin intensivliyi rəqiblərin istehsal etdikləri 
eyni məhsulların çeşidini, keyfiyyətini, qiymətini və hansı fəallıqla dəyişməsi 
cəhdlərindən asılıdır.
Sahə daxilində mövcud rəqiblərin bazar rəqabəti amilləri:

sahədə rəqabət aparan firmaların sayı;

istehlakçıların ticarət markalarına loyallığı;

məhsula tələbatın getdikcə azalması; 

rəqib şirkətlər arasında olan böyük fərqlər.

başqa sahənin böyük şirkəti tərəfindən bu sahənin bir müəssisəsinin 
alınması(28) 
Bazarda yeni rəqiblərin meydana çıxmasının mümkün təhlükələri mövcud rəqiblərin 
reaksiyasından və sahəyə (bazara) giriş maneələrindən asılıdır. Aşağıdakılar bazara 
giriş maneələrini yaradan zəmin hesab edilir: 

miqyas artımından qənaət;

məhsulun differensasiyalaşdırılması;

kapitala olan tələbat;

bölgü kanallarına çıxış.


54 

hökumətin sahəyə münasibətdə siyasəti; 
Firmanın bazara nəzarət imknları çox böyük olduqda əvəzedici məhsullar nə zaman 
firma üçün rəqabət təhlükəsi yaratmır.
Tədarükçülərin bazar hakimiyyətini müəyyən edən amillər:

tədarükçülərin və tədarük olunan malların sayı;

bazarda tədarükçülərin təmərküzləşmə səviyyəsi;

tədarük xərcləri; 

tədarük olunan malların əvəzedicilərinin mövcudluğu.

Malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi; 
Tədarükçülər müqavilələrin bağlanması zamanı qiymətlərin qaldırılması yaxud 
göndərilən malın keyfiyyətinin azaldılması yolu ilə bazar iştirakçılarına təzyiq 
göstərirlər.Tədarükçülərin təzyiqinin səviyyəsi sahədə istehlakçılarla tədarükçülərin 
qarşılıqlı fəaliyyət səviyyəsindən asılıdr. Tədarükçünün göndərdiyi malların 
əvəzediciləri az olduqda və ya heç olmadıqda, habelə alıcı şirkət üçün mühüm 
əhəmiyyət kəsb etdikdə tədarükçünün daha güclü təzyiq göstərmək imkanı yaranır.
Alıcıların bazar hakimiyyəti amilləri:

alıcıların sayı və təmərküzləşmə səviyyəsi;

alıcıların ərazi strukturu;

alıcıların informasiya təminatı; 

əvəzedici məhsulların mövcudluğu;

əvəzedici məlların mövcudluğu və onların qiyməti 
Aşağıdakılar alıcıların qiymət həssaslığı amilləri hesab edilir: 

ticarət markasının (brendin) tanınası;

rəqiblərin mallarında olan fərqlər; 

məhsulların istehlak xarakteristikaları;

alıcıların gəlirləri və tədiyə qabiliyyəti;

alıcıların qərarlarının qəbul edilməsi motivləri. (29)


55 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə