55
işəgötürənlərə yeni işə başlayan gənclərə praktiki vərdişləri olmayan
gənclərin peşəkarlığının artırılmasına yönələn təlim kursları, mübadilə
proqramlarının təşkilinə imkan verər;
Orta məktəblərdə şagirdlərin peşəyönümünün müəyyən
edilməsi istiqamətində tədris təşkil edilməli, şagirdlərdə müəyyən
peşələr üzrə vərdişlərin yaradılması üçün praktikalar.
10.4. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının
asanlaşdırılması ilə bağlı tövsiyələr
• Əlilliyi olan şəxslərin açıq (rəqabətli) əmək bazarında rəqabət
qabiliyyətinin artırılması və onların əlilliyi olmayanlarla birgə əmək
bazarında iştirakına şəraitin yaradılması üçün onların təhsil
səviyyəsinin və peşə bacarıqlarının artırılmasına yönələn
uzunmüddətli və qısamüddətli təhsil sisteminin formalaşdırılması
zəruridir. Bunun üçün mövcud təhsil bazasından istifadə edilə bilər bir
şərtlə ki, bu təhsil müəssisələri texniki təchizat və peşəkar müəllim və
usta heyəti ilə təmin olunsun. Həmçinin Avropada və digər qabaqcıl
təcrübəyə malik olan ölkələrdə tətbiq olunan qısa müddətli və əsasən
peşə yönümünün dəyişdirilməsinə yönələn modul tipli təhsil
sisteminin tətbiqi məqsədəuyğundur;
Əlilliyi olan insanların əməyə çıxışına yardım edən vasitələrin
istehsalı ilə məşğul olan müəssisələrin yaradılması və belə
müəssisələrin hər növ vergilərdən azad edilməsi yolu ilə bu vasitələrə
olan qiymətlərin maksimum aşağı salınması üçün dövlət proqramına
müvafiq əlavələr edilə bilər;
Əlilliyi olan insanların açıq (rəqabətli) əmək bazarına çıxışının
asanlaşdırılması istiqamətində fəaliyyətləri genişləndirməklə yanaşı,
açıq (rəqabətli) əmək bazarında əməyə çıxış imkanı olmayan əlilliyi
olan şəxslər üçün sosial müəssisələrin yaradılması zəruridir. Sosial
müəssisələr haqqında hazırda mövcud olan qanun layihəsinin yeni
çağırış və təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəuyğun
olardı;
56
Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlər onlar üçün
nəzərdə tutulan bütün güzəşt və imtiyazların qarşılanması üçün tələb
olunan xərcləri çəkməli olurlar. Yuxarıda, Əmək Məcəlləsində əlilliyi
olan şəxslər üçün nəzərdə tutulan imtiyaz və güzəştlər barədə bəhs
olunmuşdur. Bu güzəşt və imtiyazların qarşılanması üçün tələb olunan
xərclərin bir hissəsi dövlət tərəfindən yaradılan xüsusi fond(lar)
tərəfindən həyata keçirilməlidir;
Müəssisələrdə əlilliyi olan şəxslər üçün tələb olunan
infrastrukturun yaradılması və saxlanılması üçün tələb olunan
xərclərin ödənilməsi üçün xüsusi fond(lar) yaradılması;
Əlilliyi olan şəxslərin özünü məşğulluğunun
stimullaşdırılmasına yönələn coxşaxəli tədbirlərin və fəaliyyətlərin
həyata keçirilməsi zəruridir. Bu tədbirlər özünü məşğul əlilliyi olan
şəxslərin vergilərdən azad edilməsi (istehsal etdiyi məhsula, gördüyü
işə və ya göstərdiyi xidmətə görə), özünü məşğulluğun təmin edilməsi
üçün bacarıqların və biliklərin artırılmasına yönələn tədbirlərin həyata
keçirilməsi, belə şəxslərə əmək alətlərinin və iş yerlərinin yaradılması
üçün əvəzsiz maliyə dəstəyinin verilməsi, onların istehsal etdiyi
məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması və s. kompleks
tədbirlərin həyata keçirilməsi zərurəti vardır;
Əlillərin əmək bazarına çıxışının asanlasdırılmasında vətəndaş
cəmiyyəti ilə dövlət və yerli özünüidarə orqanlarının birgə səyləri
müsbət nəticələr verə bilər. Bu baxımdan əlillərin əmək bazarına
çıxışının təmin edilməsinə yönələn bütün fəaliyyətlərə vətəndaş
cəmiyyəti qurumların cəlb olunması zəruridir;
Əlilliyi olan şəxslərlə bağlı olan qeyri hökumət təşkilatlarının
sosial xidmətlərin göstərilməsinə cəlb edilməsi üçün zəruri olan
hüquqi, təşkilati tədbirlər görülməlidir;
Əlilliyi olan şəxslərin əmək qabiliyyətli hissəsinin əmək
bazarına, o cümlədən açıq (rəqabətli) əmək bazarına çıxışını
əngəlləyən hüquqi baryerlər aradan qaldırılmalı, imperativ normalar
tövsiyyə xarakterli normalara çevrilməlidir;
Əlilliyi olan insanların məşğulluğu üzrə stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericilikdə əlavə
və dəyişikliklərin edilməsi zərurəti vardır;
57
10.5. Kadr hazırlığı sahəsində fəaliyyətlər üzrə
Yüksək ixtisaslı kadrların hazırlanmsı üçün nəzərdə tutulan
xarucdə təhsil dövlət proqramının davam etdirilməsi və ölkənin ali
təhsil sferasında islahatların ilə yanaşı peşə təhsilinin inkişafı üçün
zəruri tədbirlər həyata keçirilməli, peşə təhsili müasir tələblərə cavab
verən işçilərin hazırlanması üçün zəruri texniki vastitələr və tədrisi
həyata keçirən müəllim heyəti ilə təmin olunmalıdır;
Peşəyönümünün dəyişdirilməsi, köhnəlmiş peşələr və əmək
bazarının indiki tələbatına uyğun olmayan peşələri olan şəxslər üçün
qısamüddətli kursların bütün ölkə ərazisində təşkil edilməsi və
beləliklə iş axtaranların müvafiq peşələrə yiyələnmələrinə şəraitin
yaradılmasına yönlən qısamüddətli təhsil sistemi formalaşdırılmalıdır.
10.6.Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin
olunması ilə bağlı tövsiyələr
10.6.1.İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin
qaşısının alınması və profilaktikası üzrə vahid nəzarət sisteminin
təşkili ilə bağlı dövlət siyasətinə dair
İstehsalatda bədbəxt hadisələrin uçotu, profilaktikası sahəsində
müvafiq fəaliyyətlərin fonunda peşə xəstəliklərinin uçotu,
profilaktikası sahəsində ciddi problemlər qalmaqdadır. Səhiyyə
Nazirliyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunundan
irəli gələn vəzifələri yerinə yetirmir və bu baxımdan istehsalatda peşə
xəstəliklərinin profilaktikasına yönələn ciddi tədbirlər həyata
keçirilmir.
Səhiyyə Nazirliyinin özü də daxil olmaqla heç bir qurumda peşə
xəstəliklərinə dair dəqiq statistika yoxdur. “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
DövlətƏmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də bu xidmətin
vəzifələri sırasında peşə xəstəliklərinin qeydə alınması və uçotu barədə
müddəalar yoxdur.
Bu baxımdan istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin
58
qeydə alınması, uçotu, profilaktikası sahəsində siyasətin formalaşması
və fəaliyyətlərin həyata keçirilməsi sahəsində vahid idarəçilik yoxdur.
Peşə xəstəliklərinin müəyyən olunması, profilaktikası və onun
uçotunun aparılması sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin
rolu artırılmalıdır.
10.6.2. Qanunvericiliklə bağlı
İş yerlərində ədalətli və əlverişlı əmək şəraitinin yaradılması, o
cümlədən işçilərin əmək hüquqlarının təmin edilməsi, əməyin
mühafizəsi sahəsində siyasəti müəyyən edən və dövlət nəzarətini
həyata keçirən vahid dövlət orqanı olmalıdır. Hazırda fəaliyyət
göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət prinsipləri və sferaları,
səlahiyyət və vəzifələri Əmək Məcəlləsində əks olunmalıdır.
Əmək Məcəlləsinə “Əmək qanunvericiliyinə əməl edilməsinə
dövlət nəzarəti həyata keçirilməsi” adlı fəsil daxil edilməli və Dövlət
Əmək Müfəttişliyinin səlahiyyətləri, vəzifələri və fəaliyyət dairəsinə
dair müddəalar daxil edilməlidir.
Peşə xəstəliklərinin müəyyən edilməsi və profilaktikası ilə bağlı
məsələlər də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata
keçirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral
tarixli, 27 nömrəli qərarı ilə təsdiq olunmuş“İstehsalatda baş verən
bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2.
bəndində “İşçilərin səhhətinin pozulmasının hansı hallarda təhqiq
olunması əks olunur. Həmin maddədə göstərilən hallardan biri də
(həmin maddənin ikinci bəndi) “müəssisəyə məxsus və müəssisənin
müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda
işə gedərkən, yaxud işdən qayıdarkən” sağlamlığa dəyən zərərin (o
cümlədən ölüm halları) təhqiqi həyata keçirilir.
Belə olan halda işçi işə ictimai nəqliyyatla, öz avtomobili ilə,
piyada və s. yolla gedərkən bədbəxt hadisə baş verərsə bu siğorta
hadisəsi sayılmır (praktikada belədir ki, müvafiq orqan, işəgötürənlər
və siğorta şirkətləri bu halda təhqiqat aparmır və kompensasiyalar
ödənmir).
59
Normativ sənədə sonradan bu müddəanın daxil edilməsi çoxsaylı
mənfi nəticələrə gətirir. Hər il işə gedən (və ya işdən qayıdan)
müəyyən sayda insanın məhz yolda sağlamlığına zərər dəyir.
Normativ sənəddə bu müddəanın dəyişdirilməsi zəruridir.
Təhqiqat nəticəsində işçinin işə getməsi və işdən qayıtması halında
sağlamlığına zərər dəyməsi müəyyən edildikdə, bu da sığorta hadisəsi
kimi qeyd olunmalı və şəxsə (o bədbəxt hadisə nəticəsində vəfat
etdikdə qanuni vərəsələrinə) kompensasiyalar verilməlidir.
10.6.3.Əməyin mühafizəsi və istehsalat risklərinin azaldılması
sahəsində dövlət siyasətinə dair tövsiyələr
Dövlət Əmək Müfəttişliyi Xidməti, Həmkarlar İttifaqları,
işəgötürən birlikləri, həyat sığortasını həyata keçirən sığorta şirkətləri,
ixtisaslaşmış QHT nümayəndələri, ekspertlərdən ibarət daimi
monitorinq qrupunun yaradılması məqsədəuyğundur. Xüsusi
normativ-hüquqi aktla səlahiyyət dairəsi və vəzifələri müəyyən olunan
bu daimi orqan il ərzində istehsalat risklərinin dinamikasının
monitorinqini keçirməli və tövsiyələri də özündə əks etdirən illik
hesabat hazırlamalıdır.
Hesabatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İşəgötürənlər
(sahibkarlar) Konfederasiyasının təmsil olunduğu sosial şuraya təqdim
olunması və monitorinq prosesində müəyyən olunmuş risklərin
azaldılması üçün strategiya müəyyənləşməsi üçün prosedurlar və
qaydaların hazırlanması məqsədəuyğundur;
10.6.4. Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili
sahəsində
İstehsalat sahələrində və digər iş yerlərində təhlükəsiz və sağlam
əmək şəraitinin yaradılması üçün kommersiya fəaliyyəti əsasında
xidmət sahələrinin yaradılması zərurəti vardır. Belə xidmətin təşkili
özəl strukturlar tərəfindən həyata keçirilə bilər. Lakin belə xidmət
sferasının formalaşmasında Dövlət nəzarətini həyata keçirən orqanın
iştirakı təmin olunmalıdır. Bu baxımdan belə xidmət sahələri ilk
60
növbədə dövlət nəzarətini həyata keçirən orqanın nəzdində yaradıla
bilər. Xidmətin əsas fəaliyyəti iş yerləri üçün əməyin mühafizəsinə
dair sənədlərin hazırlanması, təhlükəsizlik texnikası qaydalarının
tətbiqi (yanğın, elektrik xətləri və avadanlıqlarının təhlükəsizliyinin
təmin olunması və s.), işçi heyətin təlimatlandırılması, əyani
vasitələrin hazırlanması və yerləşdirilməsi, iş yerlərində əməyin
mühafizəsi üzrə xidmətin təşkili üçün məsləhətlərin verilməsi və
personalın bilik və bacarıqlarının artırılması və s.olmalıdır. Hazırda
belə ixtisaslaşmış xidmət sahələrinin olmaması kiçik və orta
sahibkarlıq subyektlərində əməyin mühafizəsinin təşkili, o cümlədən
istehsalat risklərinin azaldılması istiqamətində fəaliyyətlərin
qurulmasını problemli edir;
10.6.5.Əməyin mühafizəsi və
təhlükəsizlik texnikası
qaydalarına dair standart təlimatların hazırlanması sahəsində
İqtisadi inkişaf və texniki tərəqqı istehsalatda əməyin
mühafizəsinin təmin olunmasına yönələn tədbirlərin xarakterinin və
məzmununun dəyişməsini tələb edir. Əməyin mühafizəsinə dair
sahələr arası standart təlimatların yeni redaksiyada işlənilməsi zərurəti
vardır. Bu təlimatlar:
-Əməyin Mühafizəsinə dair ümumi tələblər;
-İş başlanmazdan əvvəl əməyin mühafizəsinə dair tələblər;
-İş vaxtı ərzində əməyin mühafizəsinə dair tələblər;
-Qəza hallarında əməyin mühafizəsinə dair tələblər və s. ümumi
təlimatlar ola bilər.
Belə təlimatların iş yerlərində mütləq qaydada yerləşdirilməsi
müvafiq normalarda əks olunmalıdır.İşçilər və iş növləri üzrə
təlimatların təkmilləşdirilməsi və yeni təlimatların hazırlanması
istiqamətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən strategiya
hazırlanmalı və sistemli şəkildə həyata keçirilməlidir.
10.7. Əməyin ödənişi, müavinətlər və minimum əmək haqqı ilə
bağlı tövsiyələr
• İşçilərin əmək haqları оnların əməyinin dəyərinə və nəticələrinə,
61
işçilərin iхtisasına və iхtisas dərəcəsinə, peşəkarlığına uyğun оlaraq elə
artırılmalıdır ki, işçilər bu əmək haqqını almaqla minimum tələbatlarını
ödəyə bilsinlər. Belə оlan halda iş yerində qazanılan vəsait işçilərin əsas
qazanc mənbəyinə çevriləcəkdir. Bu isə öz növbəsində istehsalın
keyfiyyət və kəmiyyət göstəricilərinə müsbət təsir etməklə yanaşı
əhalinin rifah halının artmasına gətirib çıхaracaqdır. Mülkiyyət
fоrmasından asılı оlmayaraq bütün iş yerlərində əməyin minimal ödənişi
üçün dövlət nəzarəti və dövlət təminatı bərqərar edilməlidir. Heç kəs sərf
etdiyi əməyin müqabilində ödənişsiz qalmamalıdır.
•
Hökumət əməyin ödənişində nоrmativ baza kimi istifadə edilən
minimum əmək haqqı sistemindən imtina etməli, bunun əvəzində yeni
sоsial standart hesab оlunan saatlıq minimal əmək haqqı sistemini
tətbiq etməlidir. Saat üzrə minimal ödəniş müəyyən оlunarkən əmək
qabiliyyətli insanın yaşayış minimumu nəzərə alınmalıdır.
• İşsizliyə görə müavinətlərin ödənilməsi üçün ayrılan vəsaitin
həcmi real tələbata uyğun olaraq artırılmalıdır. İşsizlik müavinətlərinin
təyin olunmasında subyektiv kriteriyalar aradan qaldırılmalı və bu
sahədə mövcud olan koorrupsiya hallarının qarşısının alınması üçün
mexanizmlər yaradılmalıdır.
10.8. Sosial Tərəfdaşlığın inkişafı ilə əlaqədar tövsiyələr
Sоsial partnyоrluğun kağız üzərindən praktikaya gətirilməsi
üçün dövlət, işəgötürən, işçi və ya оnların nümayəndəli оrqanları
arasında işgüzar əməkdaşlığın bərqərar оlunması üçün zəruri оlan
təsisatlar möhkəmləndirilməlidir. Ilk növbədə Həmkarlar itifaqları
haqqında qanun yenidən işlənməlidir. Sahibkarların və işəgötürənlərin
birlikləri haqqında qanun qəbul edilməlidir.
• Müəssisələrdə, sahələrdə kоllektiv müqavilə və sazişlərin
bağlanması fоrmallıqdan çıхaraq həyati tələbata çevrilməlidir. İşçilərin
nümayəndəli оrqanları оlan həmkarlar ittifaqları danışıqları həm
işəgötürənlərlə, həm də оnların birlikləri ilə aparmalıdırlar. Təəssüf ki,
indiydək ölkədə işəgötürən birliklərinin təşəkkül tapması üçün nə
qanunvericilikdə, nə də praktikada ciddi addımlar atılmamışdır.
• Üçtərəfli Baş Sazişdə əməyin ödənişinə kоnkret nəzarət
meхanizmləri daхil edilməli, əməyin ödəniş prinsiplərini pоzan şəхslər
üçün ciddi inzibati və cinayət məsuliyyəti müəyyən оlunmalıdır.
62
QEYD
_____________________________________________________
_________________________________________________________

63

ƏMƏK VƏ MƏŞĞULLUQ SAHƏSİNDƏ DÖVLƏT
SİYASƏTİ
TƏHLİL SƏNƏDİ
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
“QHT Nəşriyyatı” mətbəəsində çap edilmişdir.
Çapa imzalanmışdır: 27.06.2014
Format: 60x90, Həcm: 4 çap vərəqi
Sifariş: 35
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
Bakı şəhəri, AZ1078, Ə.Hüseynov küçəsi,
1061-ci məhəllə, ev 7, mənzil 347
http://labourrights-az.org/en
e-mail: office@labourrights-az.org
Telefon: (+99412) 530 86 25
"QHT NƏŞRİYYATI"
Bakı şəh., Bakıxanov qəs.,Telman küç.,6
E-mail:qhtnesriyyati@gmail.com
Tel.: (+994 12) 429 87 85
Mob.: (+994 55) 831 27 78
Document Outline - Sahib Məmmədov 2 (2)
- Meshgulluq
Dostları ilə paylaş: |