ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ

Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

55 

işəgötürənlərə yeni işə başlayan gənclərə  praktiki vərdişləri olmayan 

gənclərin peşəkarlığının artırılmasına yönələn təlim kursları, mübadilə 

proqramlarının təşkilinə imkan verər; 

  Orta məktəblərdə  şagirdlərin peşəyönümünün müəyyən 

edilməsi istiqamətində  tədris təşkil edilməli,  şagirdlərdə müəyyən 

peşələr üzrə vərdişlərin yaradılması üçün praktikalar. 

  10.4.  Əlilliyi olan şəxslərin  əmək bazarına çıxışının 

asanlaşdırılması  ilə bağlı tövsiyələr 

•  Əlilliyi olan şəxslərin açıq (rəqabətli) əmək bazarında rəqabət 

qabiliyyətinin artırılması  və onların  əlilliyi olmayanlarla birgə  əmək 

bazarında iştirakına  şəraitin yaradılması üçün onların təhsil 

səviyyəsinin və peşə bacarıqlarının artırılmasına yönələn 

uzunmüddətli və  qısamüddətli təhsil sisteminin formalaşdırılması 

zəruridir. Bunun üçün mövcud təhsil bazasından istifadə edilə bilər bir 

şərtlə ki, bu təhsil müəssisələri texniki təchizat və peşəkar müəllim və 

usta heyəti ilə  təmin olunsun. Həmçinin Avropada və digər qabaqcıl 

təcrübəyə malik olan ölkələrdə tətbiq olunan qısa müddətli və əsasən 

peşə yönümünün dəyişdirilməsinə yönələn modul tipli təhsil 

sisteminin tətbiqi məqsədəuyğundur; 

  Əlilliyi olan insanların əməyə çıxışına yardım edən vasitələrin 

istehsalı ilə  məşğul olan müəssisələrin yaradılması  və belə 

müəssisələrin hər növ vergilərdən azad edilməsi yolu ilə bu vasitələrə 

olan qiymətlərin maksimum aşağı salınması üçün dövlət proqramına 

müvafiq əlavələr edilə bilər

  Əlilliyi olan insanların açıq (rəqabətli) əmək bazarına çıxışının 

asanlaşdırılması  istiqamətində  fəaliyyətləri genişləndirməklə yanaşı, 

açıq (rəqabətli)  əmək bazarında  əməyə  çıxış imkanı olmayan əlilliyi 

olan  şəxslər üçün sosial müəssisələrin yaradılması  zəruridir. Sosial 

müəssisələr haqqında hazırda mövcud olan qanun layihəsinin yeni 

çağırış və təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəuyğun 

olardı; 

56 

  Əlilliyi olan şəxsləri işlə  təmin edən işəgötürənlər onlar üçün 

nəzərdə tutulan bütün güzəşt və imtiyazların qarşılanması üçün tələb 

olunan xərcləri çəkməli olurlar. Yuxarıda, Əmək Məcəlləsində əlilliyi 

olan  şəxslər üçün nəzərdə  tutulan imtiyaz və güzəştlər barədə    bəhs 

olunmuşdur. Bu güzəşt və imtiyazların qarşılanması üçün tələb olunan 

xərclərin bir hissəsi dövlət tərəfindən yaradılan xüsusi fond(lar) 

tərəfindən həyata keçirilməlidir; 

  Müəssisələrdə  əlilliyi olan şəxslər üçün tələb olunan 

infrastrukturun yaradılması  və saxlanılması üçün tələb olunan 

xərclərin ödənilməsi üçün xüsusi fond(lar) yaradılması; 

  Əlilliyi olan şəxslərin özünü məşğulluğunun 

stimullaşdırılmasına yönələn coxşaxəli tədbirlərin və  fəaliyyətlərin 

həyata keçirilməsi zəruridir. Bu tədbirlər özünü məşğul  əlilliyi olan 

şəxslərin vergilərdən azad edilməsi (istehsal etdiyi məhsula, gördüyü 

işə və ya göstərdiyi xidmətə görə), özünü məşğulluğun təmin edilməsi 

üçün bacarıqların və biliklərin artırılmasına yönələn tədbirlərin həyata 

keçirilməsi, belə şəxslərə əmək alətlərinin və iş yerlərinin yaradılması 

üçün  əvəzsiz maliyə  dəstəyinin verilməsi, onların istehsal etdiyi 

məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması və s. kompleks 

tədbirlərin həyata keçirilməsi zərurəti vardır; 

  Əlillərin əmək bazarına çıxışının asanlasdırılmasında vətəndaş 

cəmiyyəti ilə dövlət və yerli özünüidarə orqanlarının birgə  səyləri 

müsbət nəticələr verə bilər. Bu baxımdan  əlillərin  əmək bazarına 

çıxışının təmin edilməsinə yönələn bütün fəaliyyətlərə  vətəndaş 

cəmiyyəti qurumların cəlb olunması zəruridir; 

  Əlilliyi olan şəxslərlə bağlı olan qeyri hökumət təşkilatlarının 

sosial xidmətlərin göstərilməsinə  cəlb edilməsi üçün zəruri olan 

hüquqi, təşkilati tədbirlər görülməlidir; 

  Əlilliyi olan şəxslərin  əmək qabiliyyətli hissəsinin  əmək 

bazarına, o cümlədən açıq (rəqabətli)  əmək bazarına çıxışını 

əngəlləyən hüquqi baryerlər aradan qaldırılmalı, imperativ normalar 

tövsiyyə xarakterli normalara çevrilməlidir; 

  Əlilliyi olan insanların məşğulluğu üzrə stimullaşdırıcı 

tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericilikdə əlavə 

və  dəyişikliklərin edilməsi zərurəti vardır; 

57 

10.5. Kadr hazırlığı sahəsində fəaliyyətlər üzrə 

  Yüksək ixtisaslı kadrların hazırlanmsı üçün nəzərdə tutulan 

xarucdə  təhsil dövlət proqramının davam etdirilməsi və ölkənin ali 

təhsil sferasında islahatların ilə yanaşı peşə  təhsilinin inkişafı üçün 

zəruri tədbirlər həyata keçirilməli, peşə təhsili müasir tələblərə cavab 

verən işçilərin hazırlanması üçün zəruri texniki vastitələr və  tədrisi 

həyata keçirən müəllim heyəti ilə təmin olunmalıdır; 

  Peşəyönümünün dəyişdirilməsi, köhnəlmiş peşələr və  əmək 

bazarının indiki tələbatına uyğun olmayan peşələri olan şəxslər üçün 

qısamüddətli kursların bütün ölkə  ərazisində  təşkil edilməsi və 

beləliklə  iş axtaranların müvafiq peşələrə yiyələnmələrinə  şəraitin 

yaradılmasına yönlən qısamüddətli təhsil sistemi formalaşdırılmalıdır. 

10.6.Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin 

olunması ilə bağlı tövsiyələr 

10.6.1.İstehsalatda bədbəxt hadisə  və peşə  xəstəliklərinin 

qaşısının alınması  və profilaktikası üzrə vahid nəzarət sisteminin 

təşkili ilə bağlı dövlət siyasətinə dair 

İstehsalatda bədbəxt hadisələrin uçotu, profilaktikası sahəsində 

müvafiq fəaliyyətlərin fonunda peşə  xəstəliklərinin uçotu, 

profilaktikası sahəsində ciddi problemlər qalmaqdadır. Səhiyyə 

Nazirliyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunundan 

irəli gələn vəzifələri yerinə yetirmir və bu baxımdan istehsalatda peşə 

xəstəliklərinin profilaktikasına yönələn ciddi tədbirlər həyata 

keçirilmir. 

Səhiyyə Nazirliyinin özü də daxil olmaqla heç bir qurumda peşə 

xəstəliklərinə dair dəqiq statistika yoxdur. “Azərbaycan 

Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 

DövlətƏmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də bu xidmətin 

vəzifələri sırasında peşə xəstəliklərinin qeydə alınması və uçotu barədə 

müddəalar yoxdur.  

Bu baxımdan istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin 

58 

qeydə alınması, uçotu, profilaktikası sahəsində siyasətin formalaşması 

və fəaliyyətlərin həyata keçirilməsi sahəsində vahid idarəçilik yoxdur.  

Peşə  xəstəliklərinin müəyyən olunması, profilaktikası  və onun 

uçotunun aparılması sahəsində Dövlət  Əmək Müfəttişliyi Xidmətinin 

rolu artırılmalıdır. 

10.6.2. Qanunvericiliklə bağlı 

İş yerlərində  ədalətli və  əlverişlı  əmək  şəraitinin yaradılması, o 

cümlədən işçilərin  əmək hüquqlarının təmin edilməsi,  əməyin 

mühafizəsi sahəsində siyasəti müəyyən edən və dövlət nəzarətini 

həyata keçirən vahid dövlət orqanı olmalıdır. Hazırda fəaliyyət 

göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət 

Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət prinsipləri və sferaları, 

səlahiyyət və vəzifələri Əmək Məcəlləsində əks olunmalıdır.  

Əmək Məcəlləsinə  “Əmək qanunvericiliyinə  əməl edilməsinə 

dövlət nəzarəti həyata keçirilməsi” adlı  fəsil daxil edilməli və Dövlət 

Əmək Müfəttişliyinin səlahiyyətləri, vəzifələri və  fəaliyyət dairəsinə 

dair müddəalar daxil edilməlidir. 

Peşə  xəstəliklərinin müəyyən edilməsi və profilaktikası ilə bağlı 

məsələlər də Dövlət  Əmək  Müfəttişliyi Xidməti tərəfindən həyata 

keçirilməlidir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral 

tarixli, 27 nömrəli qərarı ilə  təsdiq olunmuş“İstehsalatda baş verən 

bədbəxt hadisələrin təhqiqi və uçota alınması”  Qaydalarının 1.2. 

bəndində  “İşçilərin səhhətinin pozulmasının hansı hallarda təhqiq 

olunması  əks olunur. Həmin maddədə göstərilən hallardan biri də 

(həmin maddənin ikinci bəndi) “müəssisəyə  məxsus və müəssisənin 

müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda 

işə gedərkən, yaxud işdən qayıdarkən” sağlamlığa dəyən zərərin (o 

cümlədən ölüm halları) təhqiqi həyata keçirilir. 

Belə olan halda işçi işə ictimai nəqliyyatla, öz avtomobili ilə, 

piyada və s. yolla gedərkən bədbəxt hadisə baş verərsə bu siğorta 

hadisəsi sayılmır (praktikada belədir ki, müvafiq orqan, işəgötürənlər 

və siğorta  şirkətləri bu halda təhqiqat aparmır və kompensasiyalar 

ödənmir). 

59 

Normativ sənədə sonradan bu müddəanın daxil edilməsi çoxsaylı 

mənfi nəticələrə  gətirir. Hər il işə gedən (və ya işdən qayıdan) 

müəyyən sayda insanın məhz yolda sağlamlığına zərər dəyir. 

Normativ sənəddə bu müddəanın dəyişdirilməsi zəruridir. 

Təhqiqat nəticəsində  işçinin işə getməsi və  işdən qayıtması halında 

sağlamlığına zərər dəyməsi müəyyən edildikdə, bu da sığorta hadisəsi 

kimi qeyd olunmalı  və  şəxsə (o bədbəxt hadisə  nəticəsində  vəfat 

etdikdə qanuni vərəsələrinə) kompensasiyalar verilməlidir. 

10.6.3.Əməyin mühafizəsi və istehsalat risklərinin azaldılması 

sahəsində dövlət siyasətinə dair tövsiyələr 

Dövlət  Əmək Müfəttişliyi Xidməti, Həmkarlar  İttifaqları, 

işəgötürən birlikləri, həyat sığortasını həyata keçirən sığorta şirkətləri, 

ixtisaslaşmış QHT nümayəndələri, ekspertlərdən ibarət daimi 

monitorinq qrupunun yaradılması  məqsədəuyğundur. Xüsusi 

normativ-hüquqi aktla səlahiyyət dairəsi və vəzifələri müəyyən olunan 

bu daimi orqan il ərzində istehsalat risklərinin dinamikasının 

monitorinqini keçirməli və tövsiyələri də özündə  əks etdirən illik 

hesabat hazırlamalıdır. 

Hesabatın  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 

Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası,  İşəgötürənlər 

(sahibkarlar) Konfederasiyasının təmsil olunduğu sosial şuraya təqdim 

olunması  və monitorinq prosesində müəyyən olunmuş risklərin 

azaldılması üçün strategiya müəyyənləşməsi  üçün prosedurlar və 

qaydaların hazırlanması məqsədəuyğundur; 

10.6.4. Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili 

sahəsində 

İstehsalat sahələrində və digər iş yerlərində təhlükəsiz və sağlam 

əmək  şəraitinin yaradılması üçün kommersiya fəaliyyəti  əsasında 

xidmət sahələrinin yaradılması  zərurəti vardır. Belə xidmətin təşkili 

özəl strukturlar tərəfindən həyata keçirilə bilər. Lakin belə xidmət 

sferasının formalaşmasında Dövlət nəzarətini həyata keçirən orqanın 

iştirakı  təmin olunmalıdır. Bu baxımdan belə xidmət sahələri ilk 

60 

növbədə dövlət nəzarətini həyata keçirən orqanın nəzdində yaradıla 

bilər. Xidmətin  əsas fəaliyyəti iş yerləri üçün əməyin mühafizəsinə 

dair sənədlərin hazırlanması, təhlükəsizlik texnikası qaydalarının 

tətbiqi (yanğın, elektrik xətləri və avadanlıqlarının təhlükəsizliyinin 

təmin olunması  və s.), işçi heyətin təlimatlandırılması,  əyani 

vasitələrin hazırlanması  və yerləşdirilməsi, iş yerlərində  əməyin 

mühafizəsi üzrə  xidmətin təşkili üçün məsləhətlərin verilməsi və 

personalın bilik və bacarıqlarının artırılması  və s.olmalıdır. Hazırda 

belə ixtisaslaşmış xidmət sahələrinin olmaması kiçik və orta 

sahibkarlıq subyektlərində  əməyin mühafizəsinin təşkili, o cümlədən 

istehsalat risklərinin azaldılması istiqamətində  fəaliyyətlərin 

qurulmasını problemli edir; 

10.6.5.Əməyin mühafizəsi və 

təhlükəsizlik texnikası 

qaydalarına dair standart təlimatların hazırlanması sahəsində 

İqtisadi inkişaf və texniki tərəqqı istehsalatda əməyin 

mühafizəsinin təmin olunmasına yönələn tədbirlərin xarakterinin və 

məzmununun dəyişməsini tələb edir. Əməyin mühafizəsinə dair 

sahələr arası standart təlimatların yeni redaksiyada işlənilməsi zərurəti 

vardır. Bu təlimatlar: 

-Əməyin Mühafizəsinə dair ümumi tələblər; 

-İş başlanmazdan əvvəl əməyin mühafizəsinə dair tələblər; 

-İş vaxtı ərzində əməyin mühafizəsinə dair tələblər; 

-Qəza hallarında  əməyin mühafizəsinə dair tələblər və s. ümumi 

təlimatlar ola bilər. 

Belə  təlimatların iş yerlərində mütləq qaydada yerləşdirilməsi 

müvafiq normalarda əks olunmalıdır.İşçilər və  iş növləri üzrə 

təlimatların təkmilləşdirilməsi və yeni təlimatların hazırlanması 

istiqamətində müvafiq icra hakimiyyəti orqanı  tərəfindən strategiya 

hazırlanmalı və sistemli şəkildə həyata keçirilməlidir. 

10.7. Əməyin ödənişi, müavinətlər və minimum əmək haqqı ilə 

bağlı tövsiyələr 

•  İşçilərin  əmək haqları  оnların  əməyinin dəyərinə  və  nəticələrinə, 

61 

işçilərin iхtisasına və  iхtisas dərəcəsinə, peşəkarlığına uyğun  оlaraq elə 

artırılmalıdır ki, işçilər bu əmək haqqını almaqla minimum tələbatlarını 

ödəyə bilsinlər. Belə оlan halda iş yerində qazanılan vəsait işçilərin əsas 

qazanc mənbəyinə çevriləcəkdir. Bu isə öz növbəsində istehsalın 

keyfiyyət və  kəmiyyət göstəricilərinə müsbət təsir etməklə yanaşı 

əhalinin rifah halının artmasına gətirib çıхaracaqdır. Mülkiyyət 

fоrmasından asılı оlmayaraq bütün iş yerlərində əməyin minimal ödənişi 

üçün dövlət nəzarəti və dövlət təminatı bərqərar edilməlidir. Heç kəs sərf 

etdiyi əməyin müqabilində ödənişsiz qalmamalıdır.  

• 

Hökumət  əməyin ödənişində  nоrmativ baza kimi istifadə edilən 

minimum  əmək haqqı sistemindən imtina etməli, bunun əvəzində yeni 

sоsial standart hesab  оlunan  saatlıq minimal əmək haqqı  sistemini 

tətbiq etməlidir. Saat üzrə minimal ödəniş müəyyən  оlunarkən  əmək 

qabiliyyətli insanın yaşayış minimumu nəzərə alınmalıdır

•  İşsizliyə görə müavinətlərin ödənilməsi üçün ayrılan vəsaitin 

həcmi real tələbata uyğun olaraq artırılmalıdır. İşsizlik müavinətlərinin 

təyin olunmasında subyektiv kriteriyalar aradan qaldırılmalı  və bu 

sahədə mövcud olan koorrupsiya hallarının qarşısının alınması üçün 

mexanizmlər yaradılmalıdır. 

10.8. Sosial Tərəfdaşlığın inkişafı ilə əlaqədar tövsiyələr 

  Sоsial partnyоrluğun kağız üzərindən praktikaya gətirilməsi 

üçün dövlət, işəgötürən, işçi və ya оnların nümayəndəli  оrqanları 

arasında işgüzar  əməkdaşlığın bərqərar  оlunması üçün zəruri  оlan 

təsisatlar möhkəmləndirilməlidir. Ilk növbədə  Həmkarlar itifaqları 

haqqında qanun yenidən işlənməlidir. Sahibkarların və işəgötürənlərin 

birlikləri haqqında qanun qəbul edilməlidir.  

• Müəssisələrdə, sahələrdə  kоllektiv müqavilə  və sazişlərin 

bağlanması fоrmallıqdan çıхaraq həyati tələbata çevrilməlidir. İşçilərin 

nümayəndəli  оrqanları  оlan həmkarlar ittifaqları danışıqları  həm 

işəgötürənlərlə, həm də оnların birlikləri ilə aparmalıdırlar. Təəssüf ki, 

indiydək ölkədə  işəgötürən birliklərinin təşəkkül tapması üçün nə 

qanunvericilikdə, nə də praktikada ciddi addımlar atılmamışdır.  

• Üçtərəfli Baş Sazişdə  əməyin ödənişinə  kоnkret nəzarət 

meхanizmləri daхil edilməli, əməyin ödəniş prinsiplərini pоzan şəхslər 

üçün ciddi inzibati və cinayət məsuliyyəti müəyyən оlunmalıdır.  

62 

QEYD 

_____________________________________________________

_________________________________________________________

63 

ƏMƏK VƏ MƏŞĞULLUQ SAHƏSİNDƏ DÖVLƏT 

SİYASƏTİ 

TƏHLİL SƏNƏDİ 

Azərbaycan Respublikasının Prezidenti yanında 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 

“QHT Nəşriyyatı” mətbəəsində çap edilmişdir. 

Çapa imzalanmışdır: 27.06.2014 

Format: 60x90, Həcm: 4 çap vərəqi 

Sifariş: 35 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 

Bakı şəhəri, AZ1078, Ə.Hüseynov küçəsi, 

1061-ci məhəllə, ev 7,  mənzil 347 

http://labourrights-az.org/en 

e-mail: office@labourrights-az.org 

Telefon: (+99412) 530 86 25 

"QHT NƏŞRİYYATI" 

Bakı şəh., Bakıxanov qəs.,Telman küç.,6 

E-mail:qhtnesriyyati@gmail.com 

Tel.:    (+994 12) 429 87 85 

Mob.:  (+994 55) 831 27 78 

Document Outline

  • Sahib Məmmədov 2 (2)
  • Meshgulluq

Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə