ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

37 

 

müddətlər çərçivəsində, konkret olaraq 2020-ci ilə  qədər bu rəqəmin 



orta Avropa göstəricilərinin 60%-nə çatdırılması (infilyasiya templəri 

və Avropada da bu rəqəmlərin artması da nəzərə alınmaqla) üçün 

əmək haqqı sistemində  əhəmiyyətli reformalar həyata keçirilməlidir. 

Əməyin ödəniş sistemi təkmilləşdirilməli,  əməyin minimal ödəniş 

sistemi saatlıq tarif sisteminə keçirilməlidir. Ən əsası isə qeyri-formal 

əmək bazarının miqyasları əhəmiyyətli şəkildə məhdudlaşdırılmalıdır. 

 

6.3. İşsizliyə görə müavinətlərin verilməsi 

 

         Rəsmi statistikaya görə 2008-ci ildə işsizlər üçün müavinətin 

ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 2 880 000 manat, 

2009-cu ildə 4 050 000 manat və 2010-cu ildə 4 254 000 manat təşkil 

etmişdir. 

Bu illər  ərzində  işsizliyə görə müavinət almağa nail olmuş 

işsizlərin sayı 5000 nəfərə qədər olur (rəsmi işsiz kimi qeydiyyata olan 

digər 35 000 nəfər isə belə müavinətləri ala bilmir). 

2008-ci ildə işsizliyə görə verilən orta aylıq müavinət 115 manat, 

2009-cu ildə 161 manat  və 2010-cu ildə 163 manat təşkil edib. 

2014-cü ilin əvvəlinə məşğulluq xidməti orqanları tərəfindən ölkə 

üzrə  rəsmi işsiz statusu verilmiş  şəxslərin sayı 36,5 min nəfər olub, 

onların 41,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta 

məbləği 256,1 manat olub. 

Dövlət büdcəsində işsizlərə müavinətlərin verilməsi üzrə nəzərdə 

tutulan xərclər 5 milyon manat həddində müəyyən olunur ki, bu da 

həddən artıq kiçik məbləğdir.  

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 7-ci 

bəndinə  əsasən “İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ 

vardır”


24

. Lakin dövlət büdcəsindən ayrılan vəsaitin minimal olması 

səbəbindən işsiz statusu alan şəxslərin Konstitusiya ilə müəyyən 

olunan hüquqları pozulur. Müqaisə üçün qeyd edək ki, əhalisi 

Azərbaycan əhalisinin təqribən yarsı qədər olan Xorvatiyada bu rəqəm 

Azərbaycana nisbətən 100 dəfə çoxdur. 

                                                            

24

 Mənbə: http://meclis.gov.az/?/az/topcontent/2 



 


38 

 

İşsizlik müavinətləri ilə bağlı digər problemlər aşağıdakılardır: 



  İş axtaranların yalnız bir qismi işsiz statusu ala bilir. Eyni 

zamanda belə statusun əldə edilməsi üçün də bütün iş axtaranlar 

müraciət etmir. Bunun əsas səbəbi məşğulluq xidməti strukturlarının 

müxtəlif səbəb və  bəhanələr göstərməklə  iş axtaranlar işsiz statusu 

verməmələri ilə, belə status əldə edildikdə isə müavinətin təyin 

olunmasının mürəkkəb olması ilə bağlıdır.  

  İşsiz statusu alanlardan təqribən 7 nəfərindən 1 nəfəri 6 ay 

müddətində işsizliyə görə müavinət ala bilir və bir çox hallarda hətta 

müavinət təyin edildikdən sonra vəsait çatışmamazlığı  və digər 

səbəblərdən müavinətləri almaq mümkün olmur; 

 

Beynəlxalq  Əmək Təşkilatının (BƏT) müvafiq Konvensiyasına 



görə işsizliyə görə verilən müavinətin həcmi işsiz şəxsin axırıncı əmək 

haqqının 50%-dən az olmamalıdır. 

Azərbaycanda BƏT Konvensiyasının tələbinə qismən əməl olunsa 

da işsizlərin  əksəriyyətinin müavinət ala bilməməsi belə  şəxslərin 

sosial vəziyyətini ağırlaşdırır. 

 

6.4.İşsizliyə görə müavinətlərin verilməsində Avropa təcrübəsi 

 

İşsizliyə görə müavinətlərin verilməsi vəziyyəti  MDB ölkələrində 

müəyyən fərqlərlə oxşardır. Bir qayda olaraq iş axtaranların 5-10 5-i 

müəyyən prosedurları keçdikdən sonra müəyyən müddətə müavinət 

ala bilirlər. Bunun da səbəbi yuxarıda göstərildiyi kimi əsasən bu 

ödənişlər üçün büdcədə cüzi vəsaitin nəzrdə tutulması  və korrupsiya 

göstəricilərinin yüksək olmasıdır. 

Avropa ölkələrində işsizliyə görə müavinətlərin verilməsi ölkələr 

üzrə fərqlidir. Bir sıra ölkələrdə müavinətlərin həcmi nisbətən yüksək, 

verilmə müddəti isə nisbətən uzun olduğu halda digərlərində bu 

müavinətin həcmi nisbətən az və verilmə müddəti nisbətən qısadır. 

Fransada  müavinətlərin alınması  şərti üzvülük haqqının 

ödənilməsindən asılıdır (Əmək haqqının 6,4 %-i miqdarında. Bunun 

4%-ni işəgötürən, 2,8%-ni işçi ödəyir).  Bu zaman müavinətin həcmi 

işçinin işdən azad edilidiyi zaman mövcud olan son əmək haqqının 




39 

 

57,4%-ni təşkil edir. Ölkədə  işsizliyə görə müavinət 4 aydan 2 ilə 



qədər davam edə bilər (50 yaşdan yuxarı işsizlərə 3 ilə qədər). 

Almaniyada  işsiz qalan şəxs işsizlik müavinəti o halda ala bilər 

ki, onun işlədiyi son 24 ayının ən azı 12 ayı üçün 3% həcmində ödəmə 

həyata keçirilmişdir. Müavinətin həcmi son əmək haqqının 60%-i 

həcmində olur. Uşaqlılar üçün bu həcm 67% təşkil edir. Ödəniş üçün 

yüksək hədd 2 215 avro müəyyən olunur. Bu həddən yuxarı müavinət 

ödənilmir. Müavinətin ödənişi 6 aydan 24 aya qədər ola bilər. 



Böyük Britaniyada  vəziyyət bir qədər başqadır. Burada 6 aya 

qədər işsizlik müavinəti ödənilə bilər və müavinətin həcmi  ayda 381 

avro təşkil edir. Bunun üçün ən azı 1 il işçi üçün ödəniş  həyata 

keçirilməlidir. 



İtaliyada  işsizlik müavinətinin həcmi işsiz şəxsin işləmiş olduğu 

sahədən asılıdır. Bu zaman 50 yaşınadək olan şəxslər üçün müavinət 

ödənişi maksimum 240 gün, 50 yaşdan yuxarı  şəxslər üçün isə 

maksimum 360 gün ola bilər. 2 014 avroya qədər  əmək haqqı almış 

şəxslərə müavinətin miqdarı  maksimum 931 avro, 2 014 avrodan çox 

alanlar üçün isə 1 119 avro təşkil edir. 



İspaniyada  işsizliyə görə müavinətin verilməsi 4 aydan 2 ilə 

qədər davam edə bilər. Maksimal müavinət miqdarı 1 397 avro 

müəyyən edilir. 

Danimarkada  işsizlik müavinəti 2 ilə  qədər və 2 295 avro 

miqdarına qədər ola bilər. 



Belçikada  ilk 3 ayda işsiz şəxsə son iş yerindəki əmək haqqının 

65% miqdarında, sonrakı dövrdə isə 60% miqdarında müavinət 

ödənilir. Müavinətin maksimal həddi 1 541 avro təşkil edir. 

Avstryada işsiz  son iş yerindəki əmək haqqının 55%-i həcmində 

müavinət ala bilər. Bu zaman müavinətin maksimal həddi 4 020 avro  

ola bilər. Müavinətin ödənilmə müddəti yaşdan və iş dövründə edilən 

ödənişlərin müddətindən asılıdır. Bəzi hallarda işsizliyə görə müavinət 

9 ilə qədər ödənilə bilər. 

Niderlandda  işsiz üçün müavinət 3 aydan 38 aya qədər verilə 

bilər. Müavinətin həcmi 1 gün üçün maksimum 144,75 avro ola bilər. 




Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə