ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

40 

 

İsveçrədə  işsizliyə görə müavinət 200 gündən 520 günədək 

müəyyən edilir. Müavinətin həcmi ödənilməsi yaşdan və ödəmələrdən 

asılı olaraq dəyişir. Maksimal müavinət həcmi 6 986 avro ola bilər

25



 



 

7.TƏHLÜKƏSİZ VƏ SAĞLAM ƏMƏK ŞƏRAİTİINİN 

TƏMİN OLUNMASI 

 

7.1.Əməyin Mühafizəsi sahəsində qanunvericilik 

 

 “



Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasıda göstərilir 

ki, “


 İşləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin 

edilməsi sahəsində  iş gücləndiriləcək,  əməyin mühafizəsi və  əmək 

şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanacaqdır”

26



Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci 

maddəsinə görə  “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək.... 

hüququ vardır”.  Əmək Məcəlləsinin  215-ci maddəsinə görə 

“Müəssisənin mülkiyyətçisi və  

işəgötürəni işçilərin 

iş  

yerlərində   əməyin mühafizəsi normalarının və qaydalarının 



yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər...”. Həmin məcəllənin 

195-ci maddəsinin c) bəndinə görə “işəgötürən tərəfindən əməyin 

mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat 

qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin 

sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak 

olması  


ilə 

 əlaqədar onun ailə  

üzvlərinə, 

himayəsində  

olan  

şəxslərə  



müvafiq maddi ziyan dəydikdə” 

işəgötürən  tam  maddi  məsuliyyət  daşıyır. 

2011-ci ilin yanvar ayına qədər işəgötürənlər istehsalatda bədbəxt 

hadisə  və peşə  xəstəlikləri hallarına görə  işçinin sağlamlığına dəyən 

zərərin ödənilməsini həyata keçirərkən çəkilən xərcləri  bir qayda 

                                                            

25

 Mənbə: http://finance.bigmir.net/career/29825-Zhizn--na-posobie--Skol-ko-v-



Evrope-platjat-bezrabotnym 

26

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 

 

 




41 

 

olaraq müəssisənin  vəsaiti hesabına həyata keçirirdi. İşəgötürənin işçi 



qarşısında olan bu məsuliyyətini sığorta etmək hüququ olsa belə bu 

hüquqdan nadir hallarda istifadə olunurdu və belə sığortalama ilə bağlı 

müvafiq normativ hüquqi baza yox idi (yalnız ümumi qaydada həyat 

sığorta sistemi tətbiq oluna bilərdi). 

11 may 2010-cu il tarixində imzalanmış  və 2011-ci ilin yanvar 

ayının 1-dən tətbiq olunmağa başlamış  “İstehsalatda bədbəxt 



hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından icbari sığorta haqqında  Azərbaycan 

Respublikasının Qanunu və qanunun tətbiqi məqsədi ilə  qəbul 

olunmuş bir sıra normativ hüquqi aktlar istehsalatda bədbəxt hadisə və 

peşə  xəstəliklərindən icbari sığortanın tətbiqini məcburi etdi. Bütün 

işəgötürənlər Qanuna uyğun olaraq muzdlu əməyə cəlb etdiyi işçiləri 

bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta etməlidir. 

Qanunun tətbiqi ilə  əlaqədar  Əmək Məcəlləsinin 225-ci maddəsi 

də yeni redaksiyada qəbul olundu. Həmin maddəyə görə  “1. 



İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin 

istehsalatda bədbəxt hadisələr və peşə  xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını 

təmin etməlidir.  Əmək müqaviləsində  işçinin sığortalanması barədə 

müvafiq məlumatların göstərilməsi mütləqdir. 

2.  İstehsalatda bədbəxt hadisələr və peşə  xəstəlikləri nəticəsində 

peşə  əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir”. 

Beləliklə  “İstehsalatda bədbəxt hadisələr və peşə  xəstəlikləri 



nəticəsində peşə  əmək qabiliyyətinin itirilməsi hallarından icbari 

sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul 

olunması ilə əmək sferasında işəgötürənin işçinin sağlamlığına dəyən 

zərərlə bağlı məsuliyyətinin sığortası icbari xarakter aldı. 

Lakin,  Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində 

problemlər ciddir və  məhz bu baxımdan konsepsiyada xüsusi dövlət 

proqramının qəbul olunması nəzərdə tutulmuşdur.  

 

 

 




42 

 

7.2.İstehsalatda bədbəxt hadisələr və peşə  xəstəlikləri 



hallarından icbari sığorta 

 

İstehsalatda bədbəxt hadisə  və peşə  xəstəlikləri  hallarından   



icbari sığorta sisteminin tətbiqi özlüyündə  işçilərin sağlam  əmək 

şəraitində  işləmək hüququnun təmin olunmasına yönələn müsbət bir 

prosesdir. Bu qanunun tətbiqinə  qədər olan vəziyyətin təhlili onu 

göstərir ki, işəgötürənlərin işçinin sağlamlığına dəyən zərərin  əvəzini 

ödəməsi  ilə bağlı çoxsaylı problemlər mövcud idi. Bu problemlər 

əsasən aşağıdakılardın ibarət idi: 

1.  İşəgötürənlər işçinin sağlamlığına dəyən zərərin  əvəzini 

ödəməkdə maraqlı deyildi və bu baxımdan müxtəlif vasitə  və 

üsullardan istifadə etməkdə belə ödənişləri həyata keçirməkdən 

yayınırdı; 

2.  Bir çox hallada işçinin zədə aldığı  və ya peşə  xəstəliyinə 

tutulduğu müəssisə sonradan ləğv olunurdu, təşkilati hüquqi formasını 

və ya mülkiyyətçisini dəyişirdi. Belə olan halda istehsalat zədəsi və ya 

peşə  xəstəliyi nəticəsində sağlamlığını  və peşə  əmək qabiliyyətinin 

tam və ya qismən itirən işçi və ya həmin işçi yuxadakı  səbəblərdən 

vəfat etmişdirsə onun vərəsələri  təyin olunmuş kompensasiyaları ya 

ümumiyyətlə ala bilmirdi, tam ala bilmirdi və ya olduqca çətinliklə 

alırdı; 


3.  Bir çox iş yerlərində istehsalat zədələnməsi və peşə xəstəlikləri 

nəticəsində kompensasiya alan işçilərin sayı həddən artıq çox olduğu 

üçün həmin müəssisə hətta gəlirlə işləsə belə işçilərə kompensasiyaları 

verməkdə  çətinlik çəkirdi. Bu səbəbdən həmin müəssisələrin yerinə 

yetirdikləri işlər və ya göstərdikləri xidmət üçün daha çox vəsait tələb 

edirdi ki, bu da bu müəssisələrin rəqabət qabiliyyətini aşağı salırdı; 

4.  İşəgötürən tərəfdən kompensasiyaların ödənilməsi onun 

 

gəlirlərinə    mənfi təsir göstərirdi və bu da dolayısı ilə orada çalışan 



işçilərin  əmək haqlarının və sosial güzəştlərin artırılmasına imkan 

vermirdi. və s. 

İstehsalat zədələnməsi və peşə  xəstəlikləri hallarından icbari 

sığorta sisteminin tətbiqi isə yuxarıda göstərilən bütün problemləri həll 

etmiş olur. Bununla belə qanunun tətbiq olunmasından keçən 3 ildən 



Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə