ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

34 

 

olduqca mürəkkəbdir. Təhsil almaq və ya tibbə çıxış üçün qeydiyyatda 



olmaq mütləqdir. 

  Əməkçi Miqrantların işəgötürənlərlə  əmək mübahisələrini 

həll etməsi problemlidir. 

Normalara görə  əməkçi miqrantla işəgötürən arasında  əmək 

müqaviləsinə xitam verilərkən əməkçi miqrant dərhal ölkə hüdudlarını 

tərk etməlidir. Belə olan halda əməkçi miqrantın işəgötürənlə 

məhkəmə qaydasında  əmək mübahisəsinə başlaması mümükünsüz 

olur. Ölkəni tərk etmiş  şəxs ölkədə  məhkəmə prosesində  iştirak edə 

bilmir, vəkil tutmaq üçün isə bir qayda olaraq maliyyə imkanları 

olmur. 


 

5.3.Daxili əmək miqrasiyası problemləri 

 

Daхili  əmək miqrasiyasında  məcburi köçkünlər  хüsusi çəkiyə 

malikdir. Ölkə əhalisinin 10%-i (800 000 nəfər) məcburi köçkünə və 

qaçqına çevrilmişdir. Bu insanlar işğal  оlunmuş  ərazilərdən digər 

ərazilərə köç etməklə yanaşı yaşadıqları  ərazilərdə  iş yerlərini də 

qоyub gəlmişlər. Öz dоğma yurd-yuvalarını tərk etməyin bütün mənfi 

nəticələrindən biri də həmin insanlarının iş yerlərini itirməsidir. Bu isə 

öz növbəsində      ölkədə  məşğulluğun təmin  оlunmasına ciddi 

prоblemlər yaratmışdır. 

 

 

6. ƏMƏYİN ÖDƏNİŞİ VƏ MALİYYƏ  PROBLEMLƏRİ 

 

6.1.Minimum Əmək Haqqı 



 

Azərbaycan Respublikasi Konstitusiyasının 35-ci maddəsinin 6-cı 

bəndinə əsasən “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç 

bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi 

minimum  əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ 

vardır”


19

 

                                                            



19

 Mənbə: http://meclis.gov.az/?/az/topcontent/2 




35 

 

Əmək Məcəlləsinin 157-ci maddəsi  əməyin ödənilməsi sistemini 



müəyyən edir. Həmin maddənin 1-ci bəndinə əsasən “İşçilərin əməyi 

vaxtamuzd, işəmuzd və  əməyin ödənilməsinin digər sistemləri ilə 

ödənilir.  Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə 

aparıla bilər”

20

. Muzdlu əməyə cəlb edilən hər bir şəxsin əmək haqqı 



almaq hüququ vardır.  Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci 

bəndinə  əsasən “Əmək haqqı — müvafiq iş vaxtı  ərzində  əmək 

funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən 

edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə  işəgötürən 

tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq 

məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin 

məcmusudur”

21



Əmək Məcəlləsinin 155-ci maddəsinin 2-ci bəndi minimum əmək 

haqqına dair anlayış verir. Həmin maddəyə görə “Minimum əmək 

haqqı-iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız 

əməyə  və xidmətə görə aylıq  əmək haqqının  ən aşağı  səviyyəsini 

müəyyən edən sosial normativdir”

22



2013-cü il sentyabrın 1-dən Azərbaycan Respublikasında 

minimum  əmək haqqının miqdarı 105 manat müəyyən edilmişdir. 

Müqaisə üçün 1991-ci il aprel ayında bu rəqəm  13 manat təşkil etmiş 

və  həmin dövrdən mütamadı olaraq artırılaraq göstərilən həddə 

çatmışdır. 

Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasında 

göstərilir ki, “İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin 

etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum 

əməkhaqqı  məbləğinin tədricən minimum yaşayış standartlarına və 

Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq  əmək 

                                                            

20

 Mənbə: http://e-



qanun.gov.az/print.php?internal=view&target=1&docid=7&doctype=1 

21

 Mənbə: http://e-



qanun.gov.az/print.php?internal=view&target=1&docid=7&doctype=1 

22

 Mənbə: http://e-



qanun.gov.az/print.php?internal=view&target=1&docid=7&doctype=1 


36 

 

haqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində  tədbirlər 



görüləcək”

23



Qeyd etməliyik ki, ölkədə minimum əmək haqqının müəyyən 

оlunması,  Əmək Məcəlləsində (maddə 155, bəndində  əks  оlunmuş 

prinsipi pоzur. Minimum əmək haqqı müəyyən  оlunarkən ölkədəki 

sоsial və iqtisadi şərait nəzərə alınmır. Sоsial standart hesab оlunan 

saatlıq minimal əmək haqqı sistemi tətbiq edilmir. Bu halda isə öz 

növbəsində beynəlхalq standartlara əməl оlunmur. Əmək nоrmalarının 

düzgün tətbiq  оlunmasına nəzarətin  оlmaması, ikili mühasibatlıq 

sisteminin mövcudluğu isə praktikada Məcəllənin bu bölməsində  əks 

оlunmuş qaydaların,  əmək və  əmək haqqı  nоrmalarının pоzulmasına 

gətirib çıхarır.  Əslində Hökumət  əməyin ödənişində  nоrmativ baza 

kimi istifadə edilən minimum əmək haqqı sistemindən imtina etməli

bunun  əvəzində yeni sоsial standart hesab оlunan saatlıq minimal 

əmək haqqı sistemini tətbiq etməlidir. Saat üzrə minimal ödəniş 

müəyyən  оlunarkən  əmək qabiliyyətli insanın yaşayış minimumu 

nəzərə alınmalıdır. 

 

6.2.Orta aylıq əmək haqqı 



 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən  1912-ci il üzrə 

muzdla işləyənlərin orta aylıq əmək haqqı  398,4 manat təşkil etmişdir. 

2013-cü ilin 8 ayının yekununa görə muzdla işləyənlərin orta aylıq 

əmək haqqı 413.8 manat olub. 2013-cü ildə orta aylıq  əmək haqqı 

439,3 manat olması proqnozlaşdırılmışdır. 

2014-cü ildə isə bu göstəricinin 479,4 manat, 2015-ci ildə 520,1 

manat, 2016-cı ildə 566 manat, 2017-ci ildə isə 618,1 manat olması 

proqnozlaşdırılır. 

Bu göstəricilər Müstəqil Dövlətlər Birliyi ölkələri ilə müqaisədə 

yüksək hesab olunsa da (Yalnız Rusiya və Qazaxstandan aşağı), 

Avropa göstəricilərindən çox aşağıdır. Konsepsiya ilə müəyyən olunan 

                                                            

23

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 

 

 




Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə