ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

43 

 

artıq müddət  ərzində formal əmək  sektoru üzrə  işçilərin icbari 



sığortaya cəlb edilmə göstəriciləri istənilən səviyyədə deyildir.  

İcbari sığorta müqaviləsi yalnız həyat sığortası üçün lisenziyayası 

olan və bu qanunla əhatə olunan icbari sığorta növü üzrə  fəaliyyətin 

həyata keçirilməsinə  sığorta nəzarəti orqanının verdiyi icazəyə malik 

olan sığortaçı tərəfindən bağlanıla bilər. 

Ölkə üzrə  sığortaya cəlb olunan işçilərin kəmiyyət göstəriciləri 

hər rüb üzrə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 

tərəfindən  ümumiləşdirilir və iqtisadi fəaliyyət növləri üzrə 

qruplaşdırılır. 

 

7.3. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili 



 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında 

Qanununun 3.1.1. maddəsinə əsasən icbari sığorta olunanlar “hüquqi 



şəxslə  və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 

məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış 

əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə  əsasında  əmək 

funksiyalarını yerinə yetirən şəxslər” dir. Bu da o deməkdir ki, qeyri 

formal  əmək sektorunun iştirakçılarının hamısı istehsalatda bədbəxt 

hadisə  və peşə  xəstəliklərindən sığortalanmırlar. Yuxarıda göstərilən 

rəqəmlərə  nəzər salsaq onda icbari sığorta olunmadan kənarda qalan 

və faktiki əmək fəaliyyəti həyata keçirən işçilərin sayının çox böyük 

olmasını müəyyən etmək olar. 

Biz yuxarıda formal əmək sektorunda sığorta olunanların 

göstəriciləri ilə tanış olduq. Burada illər üzrə artım tendensiyası olsa 

da  əhatəlilik  təmin olunmamışdır. 

Qeyri formal əmək sektorunda isə  vəziyyət daha mürəkkəbdir. 

Əmək münasibətlərinin rəsmiləşdirilmədiyi halda işçinin icbari sığorta 

olunması mümkün deyildir. Bununla belə  işəgötürənin işçini icbari 

sığortaya cəlb etməməyi (icbari sığorta etməməyi) onu məsuliyyətdən 

azad etmir. Yuxarıda göstərildiyi kimi işəgötürən hətta faktiki əmək 

münasibətində olduğu işçi qarşısında onun sağlamlığına vurduğu 

zərərə görə tam maddi məsuliyyət daşıyır. 




44 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 



əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında 

Qanununun 7.3. maddəsinə görə  “Bu Qanunla sığorta etdirmək 

vəzifəsi daşıyan sığortalı  həmin vəzifəni yerinə yetirmədikdə  və ya 

icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə 

müqayisədə  sığorta olunanın vəziyyətini pisləşdirən  şərtlərlə 

bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun 

olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu 

Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır”.  

Lakin,  əmək müqaviləsi bağlanmadan muzdlu işə  cəlb edilən, 

həmçinin qeyri-rəsmi qaydada əmək haqqı alan şəxslə bağlı  bədbəxt 

hadisə  və ya peşə  xəstəliyi halı baş verdikdə bir neçə ciddi problem 

ortaya çıxır. Bunlar: 

● Belə hal mövcuddursa deməli işçi icbari sığorta olunmamışdır 

və maddi məsuliyyət işəgötürənin üzərinə düşür

●  Rəsmi əmək münasibətləri olmadığı üçün işəgötürənlər işçi ilə 

əmək münasibətində olmadıqlarını bildirir və könüllü olaraq hər hansı 

maddi ödənişlər həyata keçirmək istəmirlər; 

●  Məhkəməyə müraciət edərkən sağlamlığına zərər dəyən  şəxs 

(və ya onun vərəsələri) bir neçə halı sübut etməlidir. Əvvəla o həmin 

müəssisədə  işləməsini, yəni faktiki olaraq əmək münasibətlərində 

olmasını, daha sonra əmək haqqının miqdarını  və ümumiyyətlə 

hadisənin və ya xəstəliyin həmin iş yeri ilə bağlı olmasını. 

Göründüyü kimi  kifayət qədər mürəkkəb proseslərdən keçmək 

tələb olunur. Məhkəmə praktikasına nəzər saldıqda nadir hallarda 

məsələ sağlamlığına zərər dəyən  şəxsin və ya onun vərəsələrinin 

xeyrinə həll olunur. 

Hətta bu prosesləri uğurla başa çatdırdıqda, yəni məhkəmə zərərin 

əvəzinin ödənilməsi ilə bağlı işəgötürən üzərində vəzifə qoyduqda belə 

bir çox hallarda zərər çəkən şəxs və ya onun vərəsələri bu vəsaiti ala 

bilmirlər. Bunun da əsas səbəbi  belə müəssisələrin bir qayda olaraq 

müvəqqəti  (Məsələn bir bina tikmək üçün yaradılmış MMC) 

yaradılması, iflas və ya süni iflas vəziyyətdə olması  zərərin  əvəzinin 

ödənilməsinə imkan vermir. 

Ölkə praktikasında belə hallar geniş yayılmışdır. 

 



45 

 

7.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına 



yönələn tədbirlər 

 

Son illərdə  iş yerlərində  əməyin mühafizəsi və  əmək 

qanunvericiliyinə  əməl edilməsinə dövlət nəzarətinin keyfiyyətinin 

artması müşahidə olunur. Yoxlamaların kəmiyyət göstəricilərinin 

azalması fonunda keyfiyyət gəstəriciləri artmaqdadır. Nəzarəti həyata 

keçirən vəzifəli  şəxslərin bilik və bacarıqlarının artırılması, yoxlama 

nəzarət avadanlıqlarının müasirləşdirilməsi effektivliyin artırılmasında 

daha çox rol oynayır. Dövlət nəzarətini həyata keçirən vəzifəli 

şəxslərin potensialının artırılması ilə yanaşı  həmkarlar ittifaqlrının 

ictimai nəzarəti həyata keçirən  əmək müfəttişlərinin də bilik və 

bacarıqlarının artırılması üçün Beynəlxalq  Əmək Təşkilatı tarəfindən 

təlimlərin təşkili mübət rol oynamışdır. 

Bununla belə yoxlamaların həyata keçirilməsində yaranan 

çətinliklər dövlət nəzarətinin effektivliyini aşağı salır. Belə ki, 

Azərbaycan Respublikasi Beynəlxalq  Əmək Təşkilatının 81 saylı 

konvensiyasına tərafdar çıxmasına baxmayaraq əmək müfəttişlərinin 

səlahiyyətlərinə dair müddəalar düzgün tətbiq olunmur. Dövlət Əmək 

Müfəttişliyi iş yerlərində yoxlamaları digər dövlət orqanlarının iştirakı 

ilə  həyata keçirir (Yoxlama barədə  Ədliyyə Nazirliyində  əvvəlcədən 

reyestrə daxil edilir).  

Nazirlər Kabinеtinin 06. 03. 2004- cü  il  tariхli      38    nömrəli  

Qərarı  ilə  «İş yеrlərinin attеstasiyası»  qaydaları təsdiq оlunmuşdur. 

Lakin bu qaydaların praktikada tətbiq  оlunması  оlduqca qüsurludur. 

Nəticədə istеhsalatda bədbəхt hadisələrin və  pеşə  хəstəliklərinin 

dinamikası artmaqdadır. 

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan 

Respublikası Qanununu tələblərinə müvafiq olaraq iş yerlərində peşə 

xəstəliklərinin qarşısının alınmasına nəzarəti dövlət sanitariya nəzarəti 

orqanları  həyata keçirir. Bu nəzarətin təmin olunması ilə bağlı 

normativ hüquqi bazanın olmasına baxmayaraq, onların tətbiqi 

praktikasında ciddi problemlər vardır.  



7.5.Əməyin Mühafizəsinin  idarə olunma sistemi 

Əməyin mühafizəsi sisteminin idarə olunması sahəsində 

əvvəllərdə mövcüd olan sistem daha çox baş verən hadisələrin qeydə 



Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə