ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

49 

 

etməkdən ibarətdir”



28

.  


 Bu  baxımdan Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf 

Konsepsiyasında qeyd olunur ki, “Eyni zamanda, xarici ölkələrin 

aparıcı universitetlərində dövlət xətti ilə  təhsil alan azərbaycanlı 

tələbələrin sayı 2015-ci ilədək  əhəmiyyətli dərəcədə artacaq,xaricdə 

təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin 

inkişafında səmərəli istifadə olunması təmin ediləcəkdir. 2015–2020-ci 

illər üçün gənclərin xarici ölkələrdə  təhsil almasına dair yeni Dövlət 

Proqramı qəbul ediləcəkdir”

29



Məşğulluğun təmin olunması üçün yeni təhsil metodlarının tətbiqi 



də nəzərdə tutulur. 

Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata 

keçirilməsi üzrə Dövlət Prоqramı (2007-2010-cu illər) da 

qanunvericiliyin təkmilləşdirilməsi üçün tədbirlərin həyata 

keçirilməsinin zəruri оlduğunu qeyd etmişdir. Dövlət Prоqramının 2.8. 

bəndində “işləyən vətəndaşların sərbəstləşmə nəticəsində işini itirmək 

təhlükəsi və ya istehsalın tələblərinə uyğun  оlaraq peşə  və  iхtisasını 

dəyişməsi zərurəti yarandıqda peşə hazırlığının, yenidən hazırlıq və 

iхtisasların artırılmasının təşkil edilməsi sahəsində qanunvericiliyin 

təkmilləşdirilməsi barədə  təkliflərin hazırlanması”

30

 nəzərdə tutulur. 



İkinci dövlət proqramı da təhsilin yeni metodlarının tətbiqinə dair 

tədbirləri əhatə edir. 

 

 8.2.Məşğulluğun təmin olunmasında peşə təhsilinin rolu 



 

İqtisadiyyatın yüksək ixtisaslı kadrlarla təmin edilməsinə yönələn 

fəaliyyətlərlə yanaşı ixtisaslı  fəhlə peşələrinin verilməsi üçün texniki 

peşə  təhsilinin inkişafı olduqca zəruridir. Təəssüflə qeyd olunmalıdır 

                                                            

28

 



2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 

Proqramı. 

http://www.edu.gov.az/upload/file/xaricde-tehsil-dovlet-proqrami.pdf

 

29



 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 

http://www.president.az/files/future_az.pdf 

30

 

Azərbaycan Respublikasinın məşğulluq strategiyası (2006-2015-ci illər): 



Azərbaycan Respublikasi Prezidentinin 26 oktyabr 2005-ci il,  1068 saylı sərəncamı 

ilə təsdiq edilmişdir.

 



50 

 

ki, ölkədə peşə  təhsilinin müasir tələblərə çatdırılması istiqamətində 



dövlət proqramı və digər sənədlərin tələbləri yerinə yetirilməmişdir. 

Konsepsiyada göstərilir ki, “Peşə  təhsili infrastrukturu da əsaslı 

şəkildə müasirləşdiriləcək, peşə  təhsilinə  cəlb olunan vətəndaşların 

sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaqdır. 

Bölgələrin inkişafı və mütəxəssislərə tələbatı nəzərə alınaraq, regional 

çoxprofilli kolleclərin yaradılması istiqamətində  tədbirlər görüləcək, 

təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil 

pillələri üzrə mütəxəssislər hazırlayan təhsil komplekslərinin 

yaradılmasına başlanılacaqdır”

31

. 



Təhsil Nazirliyinin tabeliyində 108 peşə  təhsili müəssisəsi, o 

cümlədən 47 peşə liseyi, 1 peşə  tədris mərkəzi və 59 peşə  məktəbi 

fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin 

nəzdindədir. 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 

Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə  təhsilinin 

inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilib. 

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 30.07.2007-ci il tarixli 

əmrinə  əsasən Dövlət Proqramının icrası ilə  əlaqədar Fəaliyyət Planı 

təsdiq edilib. 

Dövlət Proqramının Tədbirlər Planının 5.13-cü bəndini, 

işəgötürənlərlə texniki peşə  təhsili müəssisələri arasında tərəfdaşlıq 

əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə 

Təhsil Nazirliyinin müvafiq əmri ilə  Əlaqələndirmə  Şurası yaradılıb. 

Əlaqələndirmə  Şurasına müvafiq dövlət qurumlarının nümayəndələri 

ilə yanaşı, qeyri-dövlət təşkilatlarının təmsilçiləri də daxil edilib

32



Bunlardan əlavə ayrı-ayrı nazirliklərin və iri biznes qurumlarının 



da bəzilərində peşə  təhsili verən tədris müəssisələri vardır. Bununla 

belə texniki peşə  məktəblərinin maddi-texniki bazası  zəifdir və 

müəllimlərin kvalifikasiyasının aşağı olması, texniki peşə  təhsili ilə 

istehsalat arasında  əlaqələrin yox dərəcəsində olması bu təhsili 

                                                            

31

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 

32

 Mənbə. Təhsil Nazirliynin rəsmi veb səhifəsi. 



http://www.edu.gov.az/view.php?lang=az&menu=259 


51 

 

səmərəsiz edir. Təhsil nazirliynin texniki peşə  təhsili ilə istehsalın 



əlaqələndirilməsi istiqamətindəki fəaliyyəti səmərəsizdir.  

Bununla belə bəzi biznes qurumlarının tədris mərkəzləri nisbətən 

effektiv fəaliyyət göstərə bilir. Buna misal olaraq Dövlət Neft 

Şirkətinin Təlim Mərkəzini göstərmək olar. 

Lakin hazıda ölkədə  ən böyük ehtiyac peşəyönümünün 

dəyişdirilməsi ilə bağlı  qısamüddətli və  səmərəli təhsilin təşkil 

olunması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin 

Məşğulluq Xidməti nəzdində    belə kurslar yaradılmışdır. Lakin bu 

tədrisin əhatəsi o qədər də böyük deyildir və bu baxımdan ehtiyacları 

ödəmir. Məhz müvafiq ixtisaslar üzrə kadrların olmaması səbəbindən 

rəsmi statistikaya görə ölkədə 10 000-dən artıq vakant iş yeri vardır. 

 

 

9. ƏMƏK VƏ MƏŞĞULLUQ SAHƏSİNDƏ MİLLİ 

İNFORMASİYA SİSTEMİNİN YARADILMASI  SAHƏSİNDƏ 

VƏZİYYƏT 

 

Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasında 



göstərilir ki, “ Əmək və məşğulluq sahəsində milli informasiya sistemi 

yaradılacaq, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili 

sistemi qurulacaq, qeyri-formal məşğulluğun qarşısının alınması üzrə 

ciddi tədbirlər görüləcəkdir”

33



 



Əmək Məcəlləsinə  və 27 dekabr 2013-cü il tarixində qüvvəyə 

minən dəyişikliklərə görə  əmək müqavilələrinin elektron informasiya 

sistemində qeydiyyatı aparılmalıdır.  Əmək Məcəlləsinin 49-cu 

maddəsinə edilən dəyişikliyə görə  “Bu Məcəllənin 7-ci maddəsinin 2-

1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək 

müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam 

verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş 

əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində 

qeydiyyata alınmasından və bu barədə  işəgötürənə elektron qaydada 

                                                            

33

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 


Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə