ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

46 

 

alınması  və kompensasiya sisteminin təşkilinə yönəlmişdir. 



İstehsalatda baş verən bədbəxt hadisə və peşə xəstəliklərinin qarşısının 

alınması  və profilaktikası sahəsində uzun müddət ciddi işlər həyata 

keçirilməmişdir.  İş yerlərində  əməyin mühafizəsi xidmətlərinin 

fəaliyyəti zəifləmiş, yeni yaranan müəssisələrin bir çoxunda 

ümuiyyətlə belə xidmətlər nəzərdə tutulmamışdır. Son illərdə 

istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına yönələn bir sıra 

tədbirlər həyata keçirilməkdədir. Bu yalniz iş yerlərində yoxlamaların 

aparılması ilə kifayətlənmir, həmçinin nəzarəti həyata keçirən vəzifəli 

şəxslərin-əmək müfəttişlərini potensialının artırılmasına və texniki 

təchizatın müasir standartlar əsasında təşkilidir. Bununla belə 

istehsalatda peşə xəstəliklərinin qarşısının alınmasına yönələn tədbirlər 

qənaətbəxş deyildir. Səhiyyə Nazirliyinin cavabdeh müvafiq qurumları 

iş yerlərində insan sağlamlığına zərər vuran  Fiziki, Kimyəvi, Bioloji 

və  Psixofizioloji faktorların müəyyən edilməsi və profilaktikası 

sahəsində hər hansı ciddi işlər həyata keçirmir. Ümümiyyətlə əməyin 

mühafizəsi sahəsində dövlət nəzarətinin  vahid  təsisatda olmamasının 

mənfi fəsadları vardır. Hazırda Dövlət  Əmək Müfəttişliyi Xidməti 

müfəttişləri iş yerlərində sağlamlığa zərər vuran faktorları müəyyən 

etmək üçün müasir avadanlıqlarla təchiz olunmuşdur. Bununla belə 

səhiyyə orqanları ilə koordinasiyanın olması  və  səhiyyə  təsisatlarının 

peşə  xəstəliklərinin qarşısının alınmasına yönələn fəalyyətinin yox 

dərəcəsində olması istehsalat risklərini artırır. Müasir dünya 

praktikasında həm texniki təhliükəsizlik, həm də peşə  xəstəlikləri 

hallarının profilaktikası  və qeydə alınması vahid struktur tərəfindən 

həyata keçirilir ki, bu da əmək müfəttişlyi xidmətləridir. 

İstehsal sahələrində risklərin azaldılması sahəsində dövlət siyasəti 

nəzarət və preventiv tədbirlərinin vahid və ixtisaslaşmış qurumda 

cəmləşməsinə yönəlməlidir. 



 

 7.6.İstehsalatda bədbəxt hadisə  və peşə  xəstəliklərinə  şərait 

yaradan əsas səbəblər 

 

Konsepsiyada nəzərdə tutulan Dövlət Proqramının hazırlanması 

zamanı  iş yerlərində  əməyin mühafizəsinin təşkilinin vəziyyəti 

öyrənilməli,  əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərini 




47 

 

tənzimləyən qanunvericilik təhlil edilməlidir.  Həyata keçirdiyimiz 



monitorinqlərin nəticəsi olaraq iş yerlərində  əməyin mühafizəsi, o 

cümlədən texniki təhlükəsizliyin təmin olunması ilə bağlı problemləri 

doğuran əsas səbəblər aşağıdakılardır: 

  İstehsalatın qeyri-qənaətbəxş  təşkili

  Texnoloji proseslərin pozulması; 

  İşçilərin  əməyin mühafizəsi tələblərini yerinə yetirmək üçün 

hazırlanmaması və ya qeyri-qənaətbəxş hazırlanması; 

  İşçilərin istifadə etdikləri əmək vasitələri ilə düzgün davran-

maq vərdişlərinin və biliklərinin olmaması; 

  İşçilərin texniki təhlükəsizlik qaydalarına  əməl etməməsi, 

əmək intizamını pozması; 

  İş icraçılarının, sex rəislərinin, briqadirlərin və s. istehsalat 

prosesində işçilərə bilavasitə rəhbərlik edənlərin səhlənkarlığı və  təc-

rübəsizliyi; 

  Ölkədə Əməyin mühafizəsinin təşkili üzrə kommersiya yönlü 

xidmət sahələrinin təşəkkül tapmaması; 

 

7.7. Peşə xəstəlikləri ilə bağlı əsas səbəblər  

 

  İş yerlərində  zəruri sanitar gigienik şəraitin olmaması; 

  İşçilərin tibbi yoxlanışdan keçirilməməsi (zəruri iş yerlərində); 

  Hava axınından mühafizənin olmaması; 

  İşçilərin zəruri qoruyucu vasitələrlə təchiz  edilməməsi; 

  İşçilərin soyuq və isti havа şəraitində xüsusi geyim vasitələri 

ilə təchiz edilməməsi; 

  İstifadə olunan avadanlıqların  texniki standartlara cavab 

verməməsi və s. 

  Peşə xəstəliklərinin ucotu və profilaktikası sahəsində səhiyyə 

orqanlarının fəaliyyətsizliyi;  

 

 



 

 


48 

 

8. MƏŞĞULLUĞUN TƏMİN OLUNMASINDA TƏHSİLİN 



ROLU 

 

8.1.Yüksək ixtisaslı kadrların hazırlanması 

 

Ölkə iqtisadiyyatının dinamik inkişafı  əmək bazarının ixtisaslı 

kadrlara olan ehtiyaclarını artırmışdır.  İşçi qüvvəsinin kifayət qədər 

olmasına baxmayaraq iqtisadiyyatın bir çox sahələrində müasir 

tələblərə cavab verən yüksək ixtisaslı kadrların çatışmamazlığı hiss 

olunur. Ölkənin ali məktəbləri müasir tələblərə tam cavab verə biləcək 

kadrlar hazırlamağa hazır deyildir. Bu baxımdan Azərbaycan 2020: 

gələcəyə baxış”  İnkişaf Konsepsiyasında göstərilir ki, “Ali təhsil 

müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq 

texnoparklar yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-

iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis 

yetişdirməsinə  və onların təhsil tədqiqat-innovasiya mərkəzlərinə 

çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır”

27



Ali təhsil siteminin yenidən qurulması  təbii ki, gələcəkdə ölkə 

daxilində yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir. 

Lakin hazırda bu proses davam etməkdədir.  Əmək bazarının hazırkı 

tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası 

Prezidentinin 2007-ci il 16 aprel   tarixli 2090 saylı  Sərəncamı ilə 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 

təhsili üzrə Dövlət Proqramı”  təsdiq edilmişdir. Proqramın məqsədi  

“Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi 

sistemin  

formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından 

ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi

Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil 

almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın 

aparıcı ölkələrində  təhsil almaq imkanlarının genişləndirilməsi 

prosesinin mütəşəkkilliyi və  səmərəliliyinin artırılmasını  təmin 

                                                            

27

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 


Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə