ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

31 

 

vəzifələrin yerinə yetirilməsi və  əlilliyi olan şəxslərə yönələn dövlət 



siyasəti və  əsas fəaliyyətlərə dair ilk hesabatını  təqdim etmişdir. 

Hesabat BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə 

Komitəsi tərəfindən, Komitənin Cenevrə  şəhərində 01 aprel-17 aprel 

2014-cü il tarixində keçirdiyi 11-ci sessiyada Azərbaycan nümayəndə 

heyəti ilə birgə müzakirə edilmiş  və ümumi xarakterli qeyd-şərtlər 

qəbul edilmişdir. 

Əlilliyi olan şəxslərin  əmək bazarına çıxışını  məhdudlaşdıran 

digər  səbəblər aşağıdakılardır. 

  Əlilliyi olan insanların işləməsi üçün iş yerlərində  zəruri 

infrastrukturun zəif olması; 

  Əlilliyi olan insanlar əmək fəaliyyəti zamanı üçün nəzərdə 

tutulan bütün  imtiyazlar və güzəştlər üçün xərclərin işəgötürənlərin 

üzərinə qoyulması. Bu hal əlilliyi olan şəxslərə münasibətdə gizli ayrı-

seçkilik yaradır; 

  Alternativ məşğulluq sisteminin təşəkkül tapmaması; 

  Əlilliyi olan insanların bir qayda olaraq təhsilə  çıxışının 

məhdud olması; 

  Biznesin üzərinə qoyulan vəzifələrin effektivsizliyi; 

  Biznesin stimullaşdırılması üçün nəzərdə tutulan güzəştlərin 

formal xarakter daşıması; 

  Biznesin cəmiyyət qarşısında məsuliyyət hissinin (Korporativ 

sosial məsuliyyət) aşağı olması; 

  Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının qanunvericiliklə 

məhdudlaşdırılması; 

  Mobillik imkanları, görmə və eşitmə qabiliyyəti olmayan və ya 

aşağı olan şəxslərin sərbəst və kənar yardım olmadan hərəkət etmələri 

(o cümlədən müvafiq ictimai nəqliyyatın olmaması) üçün yaşayış 

yerlərində hər hansı şəraitin olmaması; 

  Əlilliyi olan insanların  ətraf sosial mühitlə uyğunlaşmaq 

problemləri; 



 

 

 


32 

 

5. ƏMƏK MİQRASİYASI İLƏ BAĞLI ОLAN 



PRОBLEMLƏR 

 

5.1.Əmək miqrasiyası üzrə vəziyyət 

 

Həm daхili miqrasiyanın yüksək səviyyəsi, həm də sоn dövrlərdə 

ölkəyə  əsasən qeyri-leqal yоlla ucuz işçi qüvvəsinin daхil  оlması da 

ölkənin məşğulluq prоblemlərinin həllində  mənfi rоl  оynamaqdadır. 

Baхmayaraq ki, хarici işçi qüvvəsinin ölkəyə  aхını bir о  qədər də 

yüksək deyildir və  hələ ki, bu aхın  əmək bazarı üçün ciddi təhlükə 

yaratmır. 2006-2015-ci illər üçün Azərbaycan Respublikasının 

məşğulluq strategiyasında da bu prоblemin həlli vacib hesab оlunur. 

“Sоn illər məşğulluq sahəsində yaranmış prоblemlərdən biri də əmək 

bazarında  хarici işçi qüvvəsinin mövcudluğu ilə  əlaqədardır. 

Miqrasiya prоseslərinin miqyasının genişlənməsi ölkə üçün yeni оlan 

bir sıra məsələlərin həll edilməsini vacib etmişdir. Azərbaycan 

Respublikasının bu sahədə dövlət maraqlarının qоrunmasını, qeyri-

qanuni əmək miqrasiyasının qarşısının alınmasını, əməkçi miqrantların 

sоsial müdafiəsi və оnların hüquqlarının qоrunmasını, əmək bazarının 

tələblərinə uyğun yerli kadrların hazırlanmasını, bazar iqtisadiyyatı 

şəraitində  işləmək təcrübəsinin  əldə edilməsində  хarici  əmək 

miqrasiyasının imkanlarının tam istifadəsini təmin etmək məqsədi ilə 

müvafiq tədbirlərin görülməsi zərurəti yaranmışdır” 

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir 

ki, “ Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin 

təkmilləşdirilməsi istiqamətində beynəlxalq  əməkdaşlıq davam 

etdiriləcək, ölkə  vətəndaşlarının  əməkçi miqrantlar qismində xarici 

ölkələrə göndərilməsi işinin beynəlxalq təcrübəyə uyğun 

tənzimlənməsi təmin olunacaqdır. Eyni zamanda, başqa ölkələrdən 

gələn qaçqınların sosial təminatlardan yararlanmasını  tənzimləyən 

işlək mexanizmyaradılması, xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz 

axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın 




33 

 

sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlər 



görüləcəkdir”

18



Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədəki hüquqi 

vəziyyətini tənzimləyən çoxsaylı qanunlar, qanunaltı aktlar bir çox 

hallarda təkmil deyildir və bir-biri ilə ziddiyyət təşkil edir. Yeni qəbul 

olunmuş Miqrasiya Məcəlləsi miqrasiya sahəsində, o cümlədən əmək 

miqrasiyası sahəsində mövcud olan bir sıra problemləri aradan 

qaldırsa da bu istiqamətdə xeyli problemlər qalmaqdadır.  Əməkçi 

miqrantların iş icazəsi proseduru mürəkkəb olaraq qalmaqdadır. 

“Vahid pəncərə” sisteminin yaradılması da bu prosedurları 

sadələşdirmir.  İş icazəsinin alınması üçün nəzərdə tutulan rüsum 45 

manatdan (təqribən 55 ABŞ dolları) 1000 manatadək (1200 ABŞ 

dollarından artıq) artırılmışdır. Bu isə ölkədə  əməkçi miqrantların 

qeyri-leqal vəziyyətdən leqal vəziyyətə keçməsini çətinləşdirir. Nəzərə 

almaq lazımdır ki, əməkçi miqrant üçün işəgötürən hər il iş icazəsi 

almalıdır. İcazənin alınması üçün xərcləri işəgötürən çəkməlidir. Lakin 

praktikada bir çox hallarda, bu xərclərə görə ödənişlər qeyri rəsmi 

olaraq işəgötürən tərəfindən əməkçi miqrantdan alınır.  

 

5.2.Əmək Miqrasiyası ilə bağlı olan əsas problemlər 

 

  Qeyri-formal sektor ölkənin  əmək bazarının xeyli hissəsini 



(70%-ə yaxın)  təşkil edir. Bu isə qeyri     formal sektorda əməkçi 

miqrantların əksəriyyət təşkil etməsinə şərait yaradır.  

 Əməkçi Miqrantların  əksəriyyəti qeyri formal əmək sektorunda 

cəmləşmişdir. Bu isə onların  əməyinin mühafizəsi, layiqli 

məşğulluğunun təmin olunması, istirahət və  iş rejiminin 

qanunvericiliyə uyğun olmasına mane olur. Əməkçi Miqrantları 

işəgötürəndən tam asılı  vəziyyətə salır. Onların  əmək və sosial 

hüquqlarının pozulmasına gətirib çıxarır. 

  Rəsmi statusu olmadan və qeyri leqal şəkildə ölkədə olan 

əməkçi miqrantların ailə üzvlərinin təhsilə  və tibbi yardıma çıxışı 

                                                            

18

 Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 



http://www.president.az/files/future_az.pdf 


Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə