ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   2   3   4   5   6   7   8   9   ...   19

 

7.5.Əməyin Mühafizəsinin  idarə olunma sistemi.................... 



 7.6.İstehsalatda bədbəxt hadisə  və peşə  xəstəliklərinə  şərait 

yaradan əsas səbəblər..... 

7.7. Peşə xəstəlikləri ilə bağlı əsas səbəblər..............................  

8. MƏŞĞULLUĞUN TƏMİN OLUNMASINDA TƏHSİLİN 

ROLU................................................................... 

8.1.Yüksək ixtisaslı kadrların hazırlanması.................................... 

 8.2.Məşğulluğun təmin olunmasında peşə təhsilin rolu............. 

9.  ƏMƏK VƏ  MƏŞĞULLUQ SAHƏSİNDƏ  MİLLİ 

İNFORMASİYA SİSTEMİ YARADILMASI  SAHƏSİNDƏ 

VƏZİYYƏT............................................................... 

10. TÖVSİYƏLƏR............................................................ 

10.1.Məşğulluğun təmin olunması üzrə tövsiyələr.......................... 

10.2. Qadınların  Əmək bazarına çıxışının asanlaşdırılması ilə 

bağlı tövsiyələr......................................................................... 

10.3. Gənclərin  Əmək bazarına çıxışının asanlaşdırılması üzrə 

tövsiyələr....................... 

10.4.Əlilliyi olan şəxslərin 

əmək bazarına çıxışının 

asanlaşdırılması  ilə bağlı tövsiyələr........................................ 

10.5.Kadr hazırlığı sahəsində fəaliyyətlər üzrə....................... 

10.6.Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması 

ilə bağlı tövsiyələr....... 

10.6.1.İstehsalatda bədbəxt hadisə və pesə xəstəliklərinin qaşısının 

alınması və profilaktikası üzrə vahid nəzarət sisteminin təşkili ilə 

bağlı dövlət siyasətinə dair......................................... 

10.6.2.Qanunvericiliklə bağlı...................................................... 

10.6.3.Əməyin muhafizəsi və istehsalat risklərinin azaldılması 

sahəsində dövlət siyasətinə dair tövsiyələr................................... 

10.6.4.  Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili 

sahəsində.................................. 

10.6.5.Əməyin mühafizəsi və  təhlükəsizlik texnikası qaydalarına 

dair standart təlimatların hazırlanması sahəsində.................... 

10.7.  Əməyin ödənişi, müavinətlər və minimum əmək haqqı ilə 

bağlı tövsiyələr........................ 

10.8. Sosial Tərəfdaşlığın inkişafı ilə əlaqədar tövsiyələr.............. 

 



 

1.İCMAL 



 

Azərbaycanda  məşğulluq könüllülük prinsipinə  əsaslanmışdır. 

Ümumiyyətlə ölkə  Kоnstitusiyasının müvafiq maddələrini təhlil edərkən 

məşğulluqla bağlı dövlətin pоzitsiyasının aşağıdakılardan ibarət  оlduğu 

müəyyən оlunur:  

• Hər kəs özünün istehsal və yaradıcılıq pоtensialı üzərində müstəsna 

sərəncam vermək hüququna malikdir. Hər kəs bu pоtensialından könüllü 

surətdə istifadə edə bilər. Heç kəs məcburi əməyə cəlb edilə bilməz. Əməyə 

icbari cəlb edilmə yalnız qanunvericilikdə müəyyən edilən hallarda yоl verilə 

bilər.  


• Dövlət hər kəsin əmək hüquqlarının təmin edilməsini özünün pоzitiv 

öhdəliyi kimi bəyan edir. Hər kəsin öz istehsal və yaradıcılıq pоtensialından 

istifadə etməsi üçün dövlət səyləri həyata keçirməlidir. Əgər dövlət belə bir 

şəraiti tam yarada bilmirsə,  оnda ölkədəki sоsial-iqtisadi  şərait nəzərə 

alınmaqla işsizlərə müavinətlər verilməlidir. 

Azərbaycan Respublikas Prezidentinin 29 dekabr 2012-ci il tarixli 

Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasında 

mühüm  əhəmiyyət kəsb edən istqamətlərdən biri də  “İnsan kapitalının 



inkişafı  və  səmərəli sosial müdafiə sisteminin  qurulması”  istiqamətidir. 

Təqdim olunan tədqiqat sənədində həmin istiqamətin əmək münasibətlərinə 

aid olan hissəsi təhlil edilir. Konsepsiyada əmək münasibətlərinə  və 

məşğulluq məsələlərinə dair nəzərdə tutulan əsas tədbirlər aşağıdakılardır: 

  İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi 

iləiqtisadiyyatın inkişafından asılı olaraq minimum əmək haqqı  məbləğinin 

tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən 

edilmiş normativə -orta aylıq əmək haqqının 60 faizi məbləğinə çatdırılması 

istiqamətində tədbirlər; 

  Əhalinin ümumi gəlirlərində  əməyin ödənilməsi payının artırılması 

üçün işlərin davam etdirilməsi; 

  İşləyən vətəndaşların təhlükəsiz və sağlam  əmək  şəraitinin təmin 

edilməsi sahəsində  işlərin gücləndirilməsi,  əməyin mühafizəsi və  əmək 

şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanması; 

  Əmək və  məşğulluq sahəsində milli informasiya sisteminin 

 

yaradılması,  əmək bazarında yaranan vəziyyətin monitorinqi və  təhlili 



sisteminin qurulması; 

  Qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlərin 

görülməsi; 



 

  Əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf 



etdirilməsi,onlar üçün məşğulluq imkanlarının artırılması  məqsədi ilə sosial 

və peşə reabilitasiya müəssisələrinin sayının artırılması; 

  Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin 

təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın davam etdirilməsi, 

ölkə vətəndaşlarının əməkçi miqrantlar qismində xarici ölkələrə göndərilməsi 

işinin beynəlxalq təcrübəyə uyğun tənzimlənməsinin təmin olunması. 

Tədqiqat sənədində ölkənin  əmək bazarı üzrə  məşğulluq göstəriciləri, 

məşğulluğun təmin olunmasına yönələn dövlət siyasəti, məşğulluğun təmin 

olunmasında, o cümlədən ayrı-ayrı kateqoriyalardan olan şəxslərin, o 

cümlədən qadınların, gənclərin,  əlilliyi olan şəxslərin məşğulluğunun təmin 

olunmasıda mövcud olan problemlər göstərilmişdir. 

Sonrakı  fəsillərdə  əmək miqrasiyası problemləri və onun 

tənzimlənməsində mövcud olan problemlər əks olunur. 

Sənəddə daha sonra, əməyin ödəniş sisteminin vəziyyəti, o cümlədən 

orta  əmək haqqı, minimum əmək haqqı  və  işsizlik müavinətləri ilə bağlı 

vəziyyət təhlil edilmişdir. 

Sənədin sorakı  fəslində  əməyin mühafizəsi və texniki təhlükəsizliyin 

təmin edilməsi istiqamətində qanunvericilik, istehsalatda bədbəxt hadısə  və 

peşə  xəstəlikləri hallarından icbari sığorta sisteminin tətbiqi problemləri, 

əməyin mühafizəsinə dövlət nəzarəti sahəsində problemlər və idarəetmə 

problemlərinin, həmçinin istehsalatda bədbəxt hadisə  və peşə  xəstəliklərini 

doğuran səbəblərin təhlili verilir. 

Sonuncu fəsildə  əmək bazarının yüksək ixtisaslı kadrlarla və ixtisaslı 

fəhlə qüvvəsi ilə  təmin olunmasında təhsilin rolu və texniki peşə  təhsili ilə 

bağlı problemlər və  əmək və  məşğulluq sahəsində milli informasiya 

sisteminin  yaraddılması istiqamətində qnunvericilik və onun tətbiqinə 

yönələn fəaliyyətlər əhatə olunmuşdur.  

Sənədin sonunda əmək bazarında və  məşğulluq sahəsində dövlət 

siyasətinin təkmilləşdirilməsi,  əmək münasibətlərinin müasir tələblərə 

uyğunlaşıdırlması, məşğulluğun təmin edilməsi, o cümlədən qadınların, 

gənclərin,  əlilliyi olan şəxslərin  əmək bazarına çıxışının asanlaşdırılması, 

kadr hazırlığı,  əməyin mühafizəsinin təmin olunması, sosial tərəfdaşlığın 

inkişafı ilə bağlı tövsiyələr daxil edilmişdir. 

 

 



 

 

 




Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə