ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   2   3   4   5   6   7   8   9   ...   19

 

2. GİRİŞ 



 

Azərbaycan Respublikasının Prezidenti cənab  



İlham 

Əliyev  2011-ci il  noyabr ayının 29-da  “Azərbaycan 2020:  gələcəyə 

baxış”  İnkişaf Konsepsiyasının hazırlanması barədə” Sərəncam 

imzalamışdır. Həmin ilin Dekabrın 29-da “Azərbaycan 2020: gələcəyə 

baxış”  İnkişaf Konsepsiyasının hazırlanması ilə  əlaqədar Prezident 

Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə 

“dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da Azərbaycanın dövlət 

və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm 

xadimləri, araşdırma mərkəzlərinin nümayəndələri iştirak etmişlər. 

Cənab Ramiz Mehdiyev “dəyirmi masa”nı açaraq qeyd etmişdir ki, 

“müzakirəyə çıxarılmış mövzunun fövqəl əhəmiyyət kəsb etməsi hamı 

üçün aydındır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 

noyabr tarixli Sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin 

gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək” 

Sonrakı dövrdə Konsepsiyanın hazırlanması istiqamətində 

müxtəlif  təbirlər keçirilmış bütün maraqlı  tərəflərin təklif və  rəyləri 

nəzərə alınmışdır.  

Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə 

verilmiş  və yekun sənəd maraqlı  tərəflərin, o cümlədən vətəndaş 

cəmiyyəti təsisatlarının və  vətəndaşların çoxsaylı  rəy və  təklifləri 

nəzərə alınmaqla ərsəyə gətirilmişdir

1



Azərbaycan Respublikas Prezidentinin 29 dekabr 2012-ci il tarixli 



Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyası 

təsdiq edilmişdir. Prezident tərəfindən imzalanan Fərmanda göstərilir 

ki, “Ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, 

əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, 

orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı 

uzlaşma yaratmaqla, eləcə  də  cəmiyyətin bütün istiqamətlərdə 

tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini 

                                                            

1

 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi 



haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

 

Bakı şəhəri, 29 dekabr 



2012-ci il. Mənbə

:

 http://www.president.az/articles/7022 




 

formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində  mərkəzi yer 



tutur

2

 



Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və 

resursları  nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və 

yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, 

insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması  və 

vətəndaş  cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə 

səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır

3



Qəbul olunmuş  sənəddə Azərbaycanın 2020-ci ilə  qədər  əsas 



strateji hədəfləri müəyyən olunmuşdur. Bunlar: 

 

Yüksək rəqabət qabiliyyətli iqtisadiyyata doğru;  

 

Nəqliyyat, tranzit və logistika infrastrukturunun 

təkmilləşdirilməsi;  

 

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı 



və informasiya  cəmiyyətinə keçidin təmin edilməsi;  

 

İnsan kapitalının inkişafı  və  səmərəli sosial müdafiə 



sisteminin  qurulması;  

 

Qanunvericiliyin təkmilləşdirilməsi və institusional 



potensialın  gücləndirilməsi;  

 

Vətəndaş cəmiyyətinin inkişafı;  

 

Mədəni irsin qorunması və səmərəli idarə edilməsi; 

Kimi mühüm istiqamətlərdir. Sənəddə əks olunan hər bir istiqamət 

üzrə ayrı ayrı sahələrin inkişafına dair konseptual əsaslar və tezislər 

müəyyən edilmişdir.  

“Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf  Konsepsiyasında  əks 

olunan  mühüm əhəmiyyət kəsb edən istqamətlərdən biri də  “İnsan 



kapitalının inkişafı  və  səmərəli sosial müdafiə sisteminin 

 

qurulması” istiqamətidir. Konsepsiyada əks olunan bu istiqamət üzrə 

Dövlətin prioritet verdiyı əsas sahələr aşaığdakılardır: 

                                                            

2

 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi 



haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

 

Bakı şəhəri, 29 dekabr 



2012-ci il. Mənbə

:

 http://www.president.az/articles/7022 



3

  Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə: 

http://www.president.az/files/future_az.pdf 

 



 

 



Əhalinin sağlamlığı  və  səhiyyə sahəsində qarşıda duran 

başlıca vəzifələr; 

 

Müasir təhsil sisteminin formalaşdırılması; 



 

Sosial müdafiə sisteminin təkmilləşdirilməsi; 

 

Gender bərabərliyinin təmin olunması və ailənin inkişafı; 



 

Gənclərin potensialının və idmanın inkişafı. 

 

Sənədin “Sosial müdafiə sisteminin təkmilləşdirilməsi” fəsili bir 



sıra sosial sahələri, o cümlədən pensiya və digər sosial sığorta 

məslələrini,  əhalinin kəmiyyət və keyfiyyət artımı məsələlərini əhatə 

etməklə yanaşı  əmək münasibətlərinnin təkmilləşdirilməsinə, o 

cümlədən  əməyin ödənilməsi, iş yerlərində sosial müdafiə 

məsələlərinin həllli, təhlükəsiz və sağlam  əmək  şəraitiinin təmin 

olunması,  əmək və  məşğulluq sahəsində milli informasiya sistemi 

yaradılması sahəsində  fəaliyyətlər,  əmək miqrasiyası  məsələlərinin 

təkmilləşdirilməsi, məşğulluq sahəsində faktiki bərabərliyin, o 

cümlədən əlilliyi olan şəxslərin və qadınların əmək bazarına çıxışının 

asanladırılmasına yönələn strateji hədəfləri müəyyən etmişdir. 

 

 

3.AZƏRBAYCAN RESPUBLİKASINDA MƏŞĞULLUQ 



 

3.1Məşğulluq göstəriciləri 

 

Azərbaycan Respublikasında daxili potensialdan səmərəli istifadə 

edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət 

iştirakçılarına sağlam rəqabət  şəraitinin yaradılması, kiçik və orta 

sahibkarlığın inkişafının təmin edilməsi nəticəsində 2003-cü ilin 1 

oktyabr tarixindən 2011-ci ilin 1 yanvar tarixinə olan vəziyyətə 

respublikada 912899, o cümlədən 654809 daimi iş yeri açılmışdır. 

Yeni iş yerlərinin 79,1 faizi regionlarda, 87,0 faizi qeyri-dövlət 

sektorunda, mütləq 

əksəriyyəti isə qeyri-neft sektorunda 

yaradılmışdır

4

.2014-cü ilin fevral ayının  əvvəlinə olan rəsmi 



                                                            

4

 



Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 

2011-2015-ci illər üçün Dövlət Proqramı.

 

http://www.president.az/articles/3565



 


Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə