ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   2   3   4   5   6   7   8   9   ...   19

10 

 

statistikaya görə 



 

Azərbaycanda iqtisadi fəal  əhalinin sayı 4 761 300 

nəfər olub, onlardan 4 525100 nəfərini iqtisadi əmək fəaliyyəti ilə 

məşğul olan əhali təşkil edib. Bu halda işsiz  əhalinin sayı 236 200 

nəfər təşkil edir.2014-cü ilin  yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 

510,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində   900,2 

min nəfər, qeyri-dövlət bölməsində isə 609,9 min nəfər təşkil edib. 

İqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda 

isə 1 472,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-

kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 466,7 

min nəfər təşkil edib.Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 

23,0%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i 

emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə  təsərrüfatı  və 

balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i 

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və  təchizatı 

sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı 

sahəsində məşğul olublar.Xidmət sahəsində çalışanların 22,4%-i təhsil, 

18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə  səhiyyə 

və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və 

müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i 

istirahət,  əyləncə  və incəsənət sahəsində  fəaliyyət, 3,6%-i peşə, elmi 

və texniki fəaliyyət, 1,9%-i maliyyə  və  sığorta fəaliyyəti, 1,7%-i 

informasiya və rabitə, 1,5%-i inzibati və yardımçı xidmətlərin 

göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i 

digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz  əmlakla 

əlaqədar 

əməliyyatlar sahələrində 

cəmlənib


5

 



Əvvəlki illərin rəsmi statistikasına görə 2010-cu ilin yekunlarına 

görə  işsizlər  əmək qabiliyyəti olanların 6,1%-təşkil edir. Lakin bu 

zaman ölkənin qeyri formal əmək sektoru nəzərə alınmır. 2008-2009-

cu illərdə başlanmış qlobal krizis zamanı qeyri formal sektordan daha 

çox işçi qüvvəsi tərk etmşdir. 2010-cu ilin göstəricilərinə görə dövlət 

məşğulluq xidmətində  işsiz kimi qeydiyyatda olanlar 40 000 nəfərə 

                                                            

5

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumat. 



Mənbə

http://az.apa.az/ 




11 

 

qədərdir. Bu isə ölkənin əsas əmək qabiliyyətli əhalisinin 1%-indən də 



azdır. 

1995-ci ildə Beynəlxalq  Əmək Təşkilatı  tərəfindən aparılan 

tədqiqatlara əsasən ölkə üzrə işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ilin 

əhalinin siyahıya alınmasının məlumatlarına əsasən 16,25 faiz, 2003-

cü ildə BMT-nin İnkişaf Proqramının və Beynəlxalq  Əmək 

Təşkilatının iştirakı ilə respublikanın bütün ərazisində əhalinin iqtisadi 

fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən 9,7 

faiz təşkil etmiş, sonrakı illərdə ilbəil azalmışdır. 2008-ci ildə dünyada 

baş verən qlobal maliyyə böhranı  nəticəsində bir çox dünya 

ölkələrində, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrində müşahidə 

olunan işsizlik səviyyəsinin artımı fonunda ölkəmizdə makroiqtisadi 

sabitlik qorunmuş  və iqtisadi artıma nail olunmuşdur. Belə ki, 

ölkəmizdə işsizlik səviyyəsi 2009-cu ildə 6,0 faiz və 2010-cu ildə 5,6 

faiz təşkil etmişdir

6

.  


 

3.2.Məşğulluq sahəsində nəzərdə tutulan Dövlət tədbirləri 

 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə 

“Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından 

istifadə edir”. Həmin maddənin digər müddəasına görə  “İşsizlərin 

dövlətdən sosial müavinət almaq hüququ vardır”.  

2001-ci ilin iyun ayında “Məşğulluq Haqqında” Azərbaycan 

Respublikası Qanunu qəbul оlunmuşdur. 

2006-2015-ci illər üçün “Azərbaycan Respublikasının 



məşğulluq strategiyası”, 2007-2010-cu illər üçün “Azərbaycan 

Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə 

Dövlət Prоqramı”   

 

“Azərbaycan Respublikasının Məşğulluq 



Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət 

Proqramı”

 

 qəbul edilmişdir. 



Dövlət Proqramının effektiv həayata keçirilməsindən gözlənilən 

əsas nəticələr aşağıdakılar olacaqdr: 

                                                            

6

 



Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 

2011-2015-ci illər üçün Dövlət Proqramı.

 http://www.president.az/articles/3565 



12 

 

  səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün 



əlverişli şəraitin yaradılması; 

  əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması  və iqtisadi 

fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı 

sisteminin, o cümlədən peşə hazırlığı  və  əlavə  təhsil  şəbəkəsinin 

fəaliyyətinin dinamik inkişaf edən  əmək bazarının tələblərinə 

uyğunlaşdırılması; 

   işaxtaran və  işsiz  şəxslərin sosial müdafiəsinin 

gücləndirilməsi; 

   əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun 

gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi; 

   yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin 

formalaşdırılması; 

   struktur  islahatların dərinləşdirilməsi, investisiya fəallığının 

artırılması; 

   insan  kapitalının yüksək inkişaf səviyyəsinin təmin 

edilməsi


7

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il 



tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan 

hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində 

Milli Fəaliyyət Proqramı”ında (MFP) məşğulluğn təmin olunması, 

təhlükəsiz və layiqli əmək  şəratinin yaradılması, qadınların  əmək 

bazarına çıxışının asanladırılması, işsizliyin aradan qaldırılması üçün 

əmək bazarında iş axtaranların rəqabət qabiliyyətinin artırılması, uşaq 

əməyinin tətdiqinin beynəlxalq normalara uyğun tənzimlənməsi ilə 

bağlı  fəaliyyətlər nəzərdə tutulmuşdur. Bu məqsədlə MFP-da 

aşağıdakı tədbirlər nəzrdə tutulur: 

  İşsizlərin  əmək bazarında rəqabət qabiliyyətinin artırılması, 

onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili 

  İşçilərin  əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, 

istehsalatda və tikintidə  əməyin təhlükəsizliyinin təmin edilməsi 

sahəsində tədbirlərin səmərəliliyinin artırılması 

                                                            

7

 



Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 

2011-2015-ci illər üçün Dövlət Proqramı.

 http://www.president.az/articles/3565 



Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə