ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

28 

 

Bu fəhlə heyəti üçün nəzərdə tutulan məzuniyyət müddətinin iki misli 



qədərdir; 

  Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü bəndinə  əsasən 

“İşçinin səhhəti və fizioloji  vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək 

sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki  xəstəliyi olan 

uşağının və digər ailə üzvünün  səhhəti müvafiq tibbi rəyə görə əmək 

funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, 

habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları  məhdud 

uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, 

yaxud iş həftəsi) müəyyən etməlidir”; 

  Əmək Məcəlləsinin 66-cı maddəsinə görə “vətənin müdafiəsi, 

azadlığı və ərazi bütövlüyü 

uğrunda hərbi əməliyyatlarda xəsarət 

(yaralanma, travma, kontuziya) almış  və əlil olmuş işçilər”in 

attestasiyası keçirilmir; 

  Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən 1-ci və 2-ci qrup 

əlillər üçün qısaldılmış iş saat müəyyən olunur. Bu qruplar üzrə əlilliyi 

olan şəxslər üçün iş həftəsinin müddəti 36 saatdan artıq ola bilməz;  

  Əmək Məcəlləsinin 133-cü maddəsinə görə  əlilliyi olan 

şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan 

vaxtda verilə bilər; 

  Əmək Məcəlləsinin 131-ci maddəsinə  əsasən  əlilliyi olan 

şəxslərin  Əmək müqaviləsinin bağlandığı vaxt  nəzərə alınmadan işin 

birinci ili üçün əmək məzuniyyətindən  istifadə etmək hüququ vardır; 

  Əmək Məcəlləsinin 130-cu maddəsinə  əsasən  əlilliyi olan 

şəxslərin xahişi ilə onlara iş ili ərzində 1 təqvim ayınadək ödənişsiz 

məzuniyyət verilir; 

  Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən Kollektiv sazişlər 

bağlanarkən  əlilliyi olan şəxslər üçün əlavə imtiyazlar və güzəştlər 

müəyyən oluna bilər.  

 

Nəticədə bir çох  əlilliyi olan insanlar əlilliklərinin olmasın 



işəgötürənlərdən gizli saхlamaq məcburiyyətindədirlər. Belə  оlan 

halda  оnlar  Əmək Məcəlləsində  nəzərdə tutulan imtiyazlardan, о 

cümlədən 42 təqvim günü müddətində  məzuniyyət hüququndan 

məhrum оlurlar və ən yaхşı halda sağlam işçilər üçün nəzərdə tutulan 




29 

 

müddətdə ödənişli məzuniyyət hüququndan istifadə edirlər. Beləliklə, 



Azərbaycanda əlilliyi olan şəxslərin də bir qismi  əmək bazarında açıq 

rəqabət  şəraitində  işləyirlər. Qeyd olunduğu kimi, bu şəxslərin bir 

çoxu  əlilliyi olmalarını  işəgötürəndən gizlədirlər, digər qismi isə 

əksinə  əlillər üçün nəzərdə tutulan imtiyaz və üstünlüklərdən 

bəhrələnir, həmçinin əlilliyi olmayan işçilərlə  birlikdə eyni işi yerinə 

yetirirlər.  

Əlilliyi olan şəxslərin bir qisminin əlilliyi olmaların işəgötürəndən 

gizlətməsinin əsas səbəbləri aşağıdakılardır: 

  Müvafiq icra hakimiyyəti orqanı  əlillik dərəcəsi müəyyən 

edərkən bir çox hallarda müvafiq  əmək fəaliyyəti ilə məşğul olmanı 

qadağan edir. Əslində  əlillik müəyyən olunarkən  əmək fəaliyyətinin 

mümkün olmamağını göstərmək beynəlxalq standartlara cavab vermir. 

Bu baxımdan hazırda nəzərdə tutulan əlilliyin müəyyən olunması  və 

reablitasiyası ilə bağlı islahat belə qadağanı tövsiyə ilə əvəz edəcəkdir. 

Lakin hal-hazırda bu norma qüvvədədir. Lakin elə əlilliyi olan şəxslər 

vardır ki, onlar üçün 2-ci qrup əlillik müəyyən olunsa da əmək 

qabiliyyətlidirlər. Bu səbəbdən belə şəxslərin bir qismi əmək fəaliyyəti 

ilə  məşğul olur, lakin əlilliyinin olmasını  işəgötürənə bildirmir. 

Beləliklə, o əmək fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edir, lakin 

əlilliyi olan şəxslər üçün Əmək Məcəlləsində nəzərdə tutulan imtiyaz 

və üstünlüklərdən istifadə edə bilmirlər; 

  Əlilliyi olan insanlardan bir qisminin müvafiq əmək fəaliyyəti 

ilə məşğul olmasına qadağa olmasa belə bəzi əlilliyi  olan insanlar  bu 

haqda işəgötürənə bildirmirlər. Bunun əsas səbəbi  əlilliyi olan 

insanlara qarşı gizli ayrı-seçkiliyin olması ilə bağlıdır. Belə ki, Əmək 

Məcəlləsində  əlillik qrupundan asılı olmayaraq əlilliyi olan şəxslər 

üçün bir sıra imtiyaz və üstünlüklər nəzərdə tutulur. Lakin bu 

imtiyazlar və üstünlüklər üçün tələb olunan xərcləri işəgötürənlər 

çəkməli olur (bir çox dövlətlərdə bu imtiyazlarla bağlı  məsrəfləri 

dövlət qarşılayır); 

  İstehsalatda zədə almış və ya peşə xəstəliyinə tutulmuş əlilliyi 

olan  şəxslərin bir qismi zədə  və ya peşə  xəstəliyi aldığı  iş yerində 

deyil, başqa iş yerində çalışırlar və bu barədə yeni iş yerinin 

işəgötürəninə məlumat vermirlər; 




30 

 

  Əlilliyi olan şəxslər içərisində  həmçinin özünüməşğul olan 



insanlar da vardır. Belə şəxslər vergi orqanlarında fiziki şəxs qismində 

qeydiyyatdan keçməklə  və ya keçməməklə  fərdi qaydada müxtəlif 

işləri yerinə yetirirlər. 

 

Hazırda bu istiqamətdə siyasətin dəyişdirilməsi üçün həm hüquqi 



müstəvidə, həm də praktiki fəaliyyətlərdə mühüm irəlləyişlər vardır. 

Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi, Dünya Bankı ilə birgə 

səylər bu qəbildən olan fəaliyyətlərdəndir. 

2006-2015-ci illəri  əhatə edən Azərbaycan Respublikasının 

məşğulluq strategiyası  əlillərə kömək məqsədi ilə bir sıra tədbirlər 

nəzərdə tutur. Bu tədbirlər aşağıdakılardır:  

• Sоsial müdafiəyə ehtiyacı оlan şəхsləri, о cümlədən əlilləri işlə 

təmin etmək məqsədilə qanunvericiliklə  nəzərdə tutulmuş qaydada 

kvоta üzrə  iş yerlərinin müəyyən edilməsi və bu kvоtaların yerinə 

yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi;  

• Sоsial müdafiəyə  хüsusi ehtiyacı  оlan  şəхslərin,  о cümlədən 

əlilliyi olan şəxslərin işə düzəlməsi üçün nəzərdə tutulan kvоtanı təmin 

etməyən və ya оnları işə qəbul etməkdən imtina edən müəssisə, idarə 

və  təşkilatlara qanunvericilikdə  nəzərdə tutulan inzibati məsuliyyət 

növlərinin tətbiq edilməsi;  

• “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda 

nəzərdə tutulan sоsial müdafiəyə  хüsusi ehtiyacı  оlan və  işə 

düzəlməkdə çətinlik çəkən vətəndaşlar, о cümlədən əlilliyi olan şəxslər 

üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə 

qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur. 

Qanunvericiliyin təkmilləşdirilməsi həmçinin Dövlət Prоqramında 

nəzərdə tutulan tədbirlər planına da daхil edilmişdir.  

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 

bir sıra normativ-hüquqi aktların layihələri hazırlanmışdır. 

Azərbaycan Respublikası  Birləşmiş Millətlər Təşkilatının  Əlilliyi 

olan  şəxslərin Hüquqlarına dair Konvensiyanı    və ona əlavə olunan 

protokolu  28.01.2008-ci il tarixində  ratifikasiya etmişdir.  

Azərbaycan Respublikası BMT-nin Əlilliyi olan insanların 

Hüquqlarının Müdafiəsi üzrə Komitəsinə Konvensiyadan irəli gələn 



Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə