ƏMƏk və MƏŞĞulluq sahəSİNDƏ DÖVLƏt siyasəTİ TƏHLİl səNƏDİ



Yüklə 429,26 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix07.11.2017
ölçüsü429,26 Kb.
#8786
1   ...   11   12   13   14   15   16   17   18   19

52 

 

məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 



Elektron informasiya sisteminə daxil edilmiş  əmək müqaviləsi 

bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq 

sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir”

34



“Azərbaycan Respublikasının  Əmək Məcəlləsində  dəyişikliklər 

edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr 

tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan 

Respublikası Prezidentinin Fərmanında

35

 göstərilir ki, “Azərbaycan 



Respublikası  Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə 

uyğun olaraq, əmək müqaviləsi bildirişinin formasını və onun elektron 

informasiya sisteminə daxil edilməsi qaydalarını,  əmək müqaviləsi 

bildirişinin qeydiyyata alınması ilə bağlı  işəgötürənə göndərilən 

məlumat formasını, habelə qeydiyyata alınmış  əmək müqaviləsi 

bildirişinin məlumatlarını real vaxt rejimində  əldə etməklə bağlı 

qaydaları bir ay müddətində müəyyən edib Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin” 

Bu sistem əmək  əmək və  məşğulluq sahəsində milli informasiya 

sisteminin yaradılması üçün əsas baza rolunu oyanaya bilər. Bu 

sistemin mükəmməl yaradılacağı  təqdirdə,  əmək kitabçalarının ləğvi 

və  əmək stajına görə  məlumatlarin real vaxt ərzində elektron 

informasiya daşıyıcılarındən  əldə edilməsi təmin oluna bilər. Eyni 

zamanda işçi işəgötürənlə bağlanmış  əmək müqaviləsi barədə 

məlumatı həmçinin elektron informasiya sistemindən əldə edə bilər. 

 

 

10. TÖVSİYƏLƏR 

 

10.1.Məşğulluğun təmin olunması üzrə tövsiyələr 

 

  Məşğulluq Haqqında Qanunda  işsız statusunu müəyyən edən 

müddəalara yenidən baxılmalıdır. Torpaq mülkiyyəti olan şəxsin və 

onun  əmək qabiliyyətli üzvlərinin məsğul sayılması, habelə müddətli 

                                                            

34

 Mənbə:http://e-



qanun.gov.az/print.php?internal=view&target=1&docid=7&doctype=1 

35

 Mənbə:



 http://president.az/articles/10937

 



53 

 

hərbi xidmətdə olanların məşğul sayılması



36

 ilə bağlı müddəalar 

qanundan çıxarılmalıdır. Mülkiyyətində torpaq sahəsi olan lakin ondan 

əsaslandırılmış  səbəblərə görə  gəlir  əldə edə bilməyən (gəlir gətirmə 

məqsədi ilə istifadə edilə bilməyən) halda belə  şəxslərin də  işsiz 

statusu almaları ilə bağlı hüquqları olmalıdır; 

  Sоsial çəhətdən təminatsız insanların (əlililliyi olan şəxslər, 

qaçqın və  məcburi köçkünlər, regiоnlarda yaşayan qadınlar və s.) 

məşğulluğunun təmin edilməsi məqsədi ilə  оnların peşə yönümünün 

dəyişdirilməsi, prоfessiоnal hazırlığının yüksəldilməsi məqsədi ilə 

yerlərdə dövlət hesabına maliyyələşdirilən tədris-kurs müəssisələri 

şəbəkələrinin yaradılması, müyyən iхtisaslar və peşələr üzrə kvоtaların 

müəyyənləşdirilməsi zəruridir. Lakin bu zaman işəgötürənlərin 

stimullaşdırılması,  оnlara vergi güzəştlərinin müəyyən  оlunması üçün 

qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi vacibdir;  

   Əməyin ödənişinin nisbətən aşağı  оlduğu müəssisələr üçün

хüsusən də yüngül sənaye müəssisələri üçün vergi güzəştləri müəyyən 

оlunmalıdır. Belə güzəştlərdən  əldə edilən  əlavə  vəsait  əmək haqlarının 

yüksəldilməsinə yönəldilməlidir. Belə  оlduqda kişilərlə qadınların  əmək 

haqlarının ümumi Respublika üzrə  оrta həcmi arasında  оlan fərq  хeyli 

azalmış  оlacaqdır. Belə ki, yüngül sənaye müəssisələrində bir qayda 

оlaraq işçi qadınlar kişilərə nisbətən üstünlük təşkil edir; 

  Hazırda ölkədə ev qulluqçuları, dayələr,  şəхsi sürücülər,  şəхsi 

mülklərin mühafizəçiləri və s. kateqоriya işçilərin sayı artmaqdadır. 

Lakin bu kateqоriya işçilərə  əmək qanunvericiliyi ümumiyyətlə  şamil 

edilmir.  Əmək Məcəlləsində bu kateqоriya işçilərin  əmək fəaliyyətinin 

хüsusiyyətləri nəzərə alınmaqla хüsusi fəsil nəzərdə tutulmalıdır. Muzdlu 

əməyə  cəlb edilmiş bu kateqоriya işçilərin sığоrtalanması,  əməyinin və 

sağlamlığının mühafizəsi və s. digər məsələlər qanunvericiliklə 

tənzimlənməlidir. Praktikada belə  işlərlə  məşğul  оlan insanlarla rəsmi 

əmək münasibətlərinin yaradılması halı demək оlar ki, yохdur.  

                                                            

36

 Məşğulluq Haqqında Qanunda məşğul şəхslər sırasında Silahlı qüvvələr sırasında 



хidmət keçənlərin məşğul sayılması həmin qanunun 1.0.1 maddəsinə yuğun deyil. 

Həmin maddədə deyilir ki,”Məşğulluq-Azərbaycan Respublikası vətəndaşlarının, 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı оlmayan şəхslərin və 

əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinə zidd оlmayan və bir qayda 

оlaraq оnlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətdir. Müddətli hərbi xidmət 

qazanc gətirən fəaliyyət növünə aid deyildir. 




54 

 

10.2. Qadınların Əmək bazarına çıxışının asanlaşdırılması ilə 



bağlı tövsiyələr 

 

  Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında 



Qanuna,  Əmək Məcəlləsinə  və  Əmək mühasibətlərini tənzimləyən 

digər normativ-hüquqi aktlara qadınların 

əməyə 

çıxışını 



məhdudlaşdıran  qarşısının alınmasına yönələn müddəalara yenidən 

baxılmalıdır. Qanunvericilik aktları beynəlxalq standartlara 

uyğunlaşdırılmalıdır; 

  Qadınların işə qəbulu prosesində ayrı-seçkilik hallarına məruz 

qalmalarının qarşısının alınması üçün Əmək Məcəlləsində  əlavə 

mexanizmlər nəzərdə tutulmalıdır. Hazırkı müddəalara  əsasən işə 

qəbuldan ayrı-seçkilik zəminində imtina almış qadınların ayrı-seçkilik 

qurbanı olmalarını sübut edə biləcək müddəa və mexanizmlər yoxdur. 

Məhz bu səbəbdən işə  qəbul zamanı ayrı-seçkiliklə bağlı olan hər 

hansı məhkəmə praktikası yoxdur. 

 

  Əmək Məcəlləsində qadınlar üçün iş yerləri və  iş rejimi ilə 



bağlı müəyyən edilən məhdudiyyətlərin qadağanedici normalarla 

müəyyən edilməsi məqsədəuyğun deyildir və beynəlxalq tələblərlə 

uzlaşmır. Qadın sağlamlığının, o cümlədən reproduktiv sağlamlığın 

mühafizəsi ilə bağlı olan məhdudiyyətlər fərdi yanaşma üsulu və 

səriştəli tibbi rəy  əsasında müəyyən edilə bilər. Belə olan halda 

sağlamlığa, o cümlədən reproduktiv sağlamlığa təhlükənin olmaması 

halda qadınların kişilərlə bərabər bütün iş yerlərinə və peşələrə bərabər 

çıxiş imkanı təmin oluna bilər. 

 

10.3. Gənclərin Əmək bazarına çıxışının asanlaşdırılması üzrə 

tövsiyələr 

 

  Gənclərin məşğulluğunun təmin olunması üçün ilk işə başlayan 

gənclərin praktiki vərdişlərinin artırılması ilə bağlı dövlət hesabına 

ödənilən staj keçmə və praktikalar təşkil olunmalıdır.  

  Heç bir praktiki təcrübəsi olmayan gənclərin işə  qəbulu üçün 

işəgötürənlər üçün müəyyən güzəştlər nəzərdə tutula bilər ki, bu da 




Yüklə 429,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə