28
Bu fəhlə heyəti üçün nəzərdə tutulan məzuniyyət müddətinin iki misli
qədərdir;
Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü bəndinə əsasən
“İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan
uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək
funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə,
habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud
uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü,
yaxud iş həftəsi) müəyyən etməlidir”;
Əmək Məcəlləsinin 66-cı maddəsinə görə “vətənin müdafiəsi,
azadlığı və ərazi bütövlüyü
uğrunda hərbi əməliyyatlarda xəsarət
(yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər”in
attestasiyası keçirilmir;
Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən 1-ci və 2-ci qrup
əlillər üçün qısaldılmış iş saat müəyyən olunur. Bu qruplar üzrə əlilliyi
olan şəxslər üçün iş həftəsinin müddəti 36 saatdan artıq ola bilməz;
Əmək Məcəlləsinin 133-cü maddəsinə görə əlilliyi olan
şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan
vaxtda verilə bilər;
Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən əlilliyi olan
şəxslərin Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin
birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır;
Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən əlilliyi olan
şəxslərin xahişi ilə onlara iş ili ərzində 1 təqvim ayınadək ödənişsiz
məzuniyyət verilir;
Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən Kollektiv sazişlər
bağlanarkən əlilliyi olan şəxslər üçün əlavə imtiyazlar və güzəştlər
müəyyən oluna bilər.
Nəticədə bir çох əlilliyi olan insanlar əlilliklərinin olmasın
işəgötürənlərdən gizli saхlamaq məcburiyyətindədirlər. Belə оlan
halda оnlar Əmək Məcəlləsində nəzərdə tutulan imtiyazlardan, о
cümlədən 42 təqvim günü müddətində məzuniyyət hüququndan
məhrum оlurlar və ən yaхşı halda sağlam işçilər üçün nəzərdə tutulan
29
müddətdə ödənişli məzuniyyət hüququndan istifadə edirlər. Beləliklə,
Azərbaycanda əlilliyi olan şəxslərin də bir qismi əmək bazarında açıq
rəqabət şəraitində işləyirlər. Qeyd olunduğu kimi, bu şəxslərin bir
çoxu əlilliyi olmalarını işəgötürəndən gizlədirlər, digər qismi isə
əksinə əlillər üçün nəzərdə tutulan imtiyaz və üstünlüklərdən
bəhrələnir, həmçinin əlilliyi olmayan işçilərlə birlikdə eyni işi yerinə
yetirirlər.
Əlilliyi olan şəxslərin bir qisminin əlilliyi olmaların işəgötürəndən
gizlətməsinin əsas səbəbləri aşağıdakılardır:
Müvafiq icra hakimiyyəti orqanı əlillik dərəcəsi müəyyən
edərkən bir çox hallarda müvafiq əmək fəaliyyəti ilə məşğul olmanı
qadağan edir. Əslində əlillik müəyyən olunarkən əmək fəaliyyətinin
mümkün olmamağını göstərmək beynəlxalq standartlara cavab vermir.
Bu baxımdan hazırda nəzərdə tutulan əlilliyin müəyyən olunması və
reablitasiyası ilə bağlı islahat belə qadağanı tövsiyə ilə əvəz edəcəkdir.
Lakin hal-hazırda bu norma qüvvədədir. Lakin elə əlilliyi olan şəxslər
vardır ki, onlar üçün 2-ci qrup əlillik müəyyən olunsa da əmək
qabiliyyətlidirlər. Bu səbəbdən belə şəxslərin bir qismi əmək fəaliyyəti
ilə məşğul olur, lakin əlilliyinin olmasını işəgötürənə bildirmir.
Beləliklə, o əmək fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edir, lakin
əlilliyi olan şəxslər üçün Əmək Məcəlləsində nəzərdə tutulan imtiyaz
və üstünlüklərdən istifadə edə bilmirlər;
Əlilliyi olan insanlardan bir qisminin müvafiq əmək fəaliyyəti
ilə məşğul olmasına qadağa olmasa belə bəzi əlilliyi olan insanlar bu
haqda işəgötürənə bildirmirlər. Bunun əsas səbəbi əlilliyi olan
insanlara qarşı gizli ayrı-seçkiliyin olması ilə bağlıdır. Belə ki, Əmək
Məcəlləsində əlillik qrupundan asılı olmayaraq əlilliyi olan şəxslər
üçün bir sıra imtiyaz və üstünlüklər nəzərdə tutulur. Lakin bu
imtiyazlar və üstünlüklər üçün tələb olunan xərcləri işəgötürənlər
çəkməli olur (bir çox dövlətlərdə bu imtiyazlarla bağlı məsrəfləri
dövlət qarşılayır);
İstehsalatda zədə almış və ya peşə xəstəliyinə tutulmuş əlilliyi
olan şəxslərin bir qismi zədə və ya peşə xəstəliyi aldığı iş yerində
deyil, başqa iş yerində çalışırlar və bu barədə yeni iş yerinin
işəgötürəninə məlumat vermirlər;
30
Əlilliyi olan şəxslər içərisində həmçinin özünüməşğul olan
insanlar da vardır. Belə şəxslər vergi orqanlarında fiziki şəxs qismində
qeydiyyatdan keçməklə və ya keçməməklə fərdi qaydada müxtəlif
işləri yerinə yetirirlər.
Hazırda bu istiqamətdə siyasətin dəyişdirilməsi üçün həm hüquqi
müstəvidə, həm də praktiki fəaliyyətlərdə mühüm irəlləyişlər vardır.
Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi, Dünya Bankı ilə birgə
səylər bu qəbildən olan fəaliyyətlərdəndir.
2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının
məşğulluq strategiyası əlillərə kömək məqsədi ilə bir sıra tədbirlər
nəzərdə tutur. Bu tədbirlər aşağıdakılardır:
• Sоsial müdafiəyə ehtiyacı оlan şəхsləri, о cümlədən əlilləri işlə
təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada
kvоta üzrə iş yerlərinin müəyyən edilməsi və bu kvоtaların yerinə
yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi;
• Sоsial müdafiəyə хüsusi ehtiyacı оlan şəхslərin, о cümlədən
əlilliyi olan şəxslərin işə düzəlməsi üçün nəzərdə tutulan kvоtanı təmin
etməyən və ya оnları işə qəbul etməkdən imtina edən müəssisə, idarə
və təşkilatlara qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət
növlərinin tətbiq edilməsi;
• “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda
nəzərdə tutulan sоsial müdafiəyə хüsusi ehtiyacı оlan və işə
düzəlməkdə çətinlik çəkən vətəndaşlar, о cümlədən əlilliyi olan şəxslər
üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə
qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Qanunvericiliyin təkmilləşdirilməsi həmçinin Dövlət Prоqramında
nəzərdə tutulan tədbirlər planına da daхil edilmişdir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
bir sıra normativ-hüquqi aktların layihələri hazırlanmışdır.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Əlilliyi
olan şəxslərin Hüquqlarına dair Konvensiyanı və ona əlavə olunan
protokolu 28.01.2008-ci il tarixində ratifikasiya etmişdir.
Azərbaycan Respublikası BMT-nin Əlilliyi olan insanların
Hüquqlarının Müdafiəsi üzrə Komitəsinə Konvensiyadan irəli gələn
Dostları ilə paylaş: |