31
vəzifələrin yerinə yetirilməsi və əlilliyi olan şəxslərə yönələn dövlət
siyasəti və əsas fəaliyyətlərə dair ilk hesabatını təqdim etmişdir.
Hesabat BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə
Komitəsi tərəfindən, Komitənin Cenevrə şəhərində 01 aprel-17 aprel
2014-cü il tarixində keçirdiyi 11-ci sessiyada Azərbaycan nümayəndə
heyəti ilə birgə müzakirə edilmiş və ümumi xarakterli qeyd-şərtlər
qəbul edilmişdir.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışını məhdudlaşdıran
digər səbəblər aşağıdakılardır.
Əlilliyi olan insanların işləməsi üçün iş yerlərində zəruri
infrastrukturun zəif olması;
Əlilliyi olan insanlar əmək fəaliyyəti zamanı üçün nəzərdə
tutulan bütün imtiyazlar və güzəştlər üçün xərclərin işəgötürənlərin
üzərinə qoyulması. Bu hal əlilliyi olan şəxslərə münasibətdə gizli ayrı-
seçkilik yaradır;
Alternativ məşğulluq sisteminin təşəkkül tapmaması;
Əlilliyi olan insanların bir qayda olaraq təhsilə çıxışının
məhdud olması;
Biznesin üzərinə qoyulan vəzifələrin effektivsizliyi;
Biznesin stimullaşdırılması üçün nəzərdə tutulan güzəştlərin
formal xarakter daşıması;
Biznesin cəmiyyət qarşısında məsuliyyət hissinin (Korporativ
sosial məsuliyyət) aşağı olması;
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının qanunvericiliklə
məhdudlaşdırılması;
Mobillik imkanları, görmə və eşitmə qabiliyyəti olmayan və ya
aşağı olan şəxslərin sərbəst və kənar yardım olmadan hərəkət etmələri
(o cümlədən müvafiq ictimai nəqliyyatın olmaması) üçün yaşayış
yerlərində hər hansı şəraitin olmaması;
Əlilliyi olan insanların ətraf sosial mühitlə uyğunlaşmaq
problemləri;
32
5. ƏMƏK MİQRASİYASI İLƏ BAĞLI ОLAN
PRОBLEMLƏR
5.1.Əmək miqrasiyası üzrə vəziyyət
Həm daхili miqrasiyanın yüksək səviyyəsi, həm də sоn dövrlərdə
ölkəyə əsasən qeyri-leqal yоlla ucuz işçi qüvvəsinin daхil оlması da
ölkənin məşğulluq prоblemlərinin həllində mənfi rоl оynamaqdadır.
Baхmayaraq ki, хarici işçi qüvvəsinin ölkəyə aхını bir о qədər də
yüksək deyildir və hələ ki, bu aхın əmək bazarı üçün ciddi təhlükə
yaratmır. 2006-2015-ci illər üçün Azərbaycan Respublikasının
məşğulluq strategiyasında da bu prоblemin həlli vacib hesab оlunur.
“Sоn illər məşğulluq sahəsində yaranmış prоblemlərdən biri də əmək
bazarında хarici işçi qüvvəsinin mövcudluğu ilə əlaqədardır.
Miqrasiya prоseslərinin miqyasının genişlənməsi ölkə üçün yeni оlan
bir sıra məsələlərin həll edilməsini vacib etmişdir. Azərbaycan
Respublikasının bu sahədə dövlət maraqlarının qоrunmasını, qeyri-
qanuni əmək miqrasiyasının qarşısının alınmasını, əməkçi miqrantların
sоsial müdafiəsi və оnların hüquqlarının qоrunmasını, əmək bazarının
tələblərinə uyğun yerli kadrların hazırlanmasını, bazar iqtisadiyyatı
şəraitində işləmək təcrübəsinin əldə edilməsində хarici əmək
miqrasiyasının imkanlarının tam istifadəsini təmin etmək məqsədi ilə
müvafiq tədbirlərin görülməsi zərurəti yaranmışdır”
Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir
ki, “ Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin
təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam
etdiriləcək, ölkə vətəndaşlarının əməkçi miqrantlar qismində xarici
ölkələrə göndərilməsi işinin beynəlxalq təcrübəyə uyğun
tənzimlənməsi təmin olunacaqdır. Eyni zamanda, başqa ölkələrdən
gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən
işlək mexanizmyaradılması, xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz
axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın
33
sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlər
görüləcəkdir”
18
.
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədəki hüquqi
vəziyyətini tənzimləyən çoxsaylı qanunlar, qanunaltı aktlar bir çox
hallarda təkmil deyildir və bir-biri ilə ziddiyyət təşkil edir. Yeni qəbul
olunmuş Miqrasiya Məcəlləsi miqrasiya sahəsində, o cümlədən əmək
miqrasiyası sahəsində mövcud olan bir sıra problemləri aradan
qaldırsa da bu istiqamətdə xeyli problemlər qalmaqdadır. Əməkçi
miqrantların iş icazəsi proseduru mürəkkəb olaraq qalmaqdadır.
“Vahid pəncərə” sisteminin yaradılması da bu prosedurları
sadələşdirmir. İş icazəsinin alınması üçün nəzərdə tutulan rüsum 45
manatdan (təqribən 55 ABŞ dolları) 1000 manatadək (1200 ABŞ
dollarından artıq) artırılmışdır. Bu isə ölkədə əməkçi miqrantların
qeyri-leqal vəziyyətdən leqal vəziyyətə keçməsini çətinləşdirir. Nəzərə
almaq lazımdır ki, əməkçi miqrant üçün işəgötürən hər il iş icazəsi
almalıdır. İcazənin alınması üçün xərcləri işəgötürən çəkməlidir. Lakin
praktikada bir çox hallarda, bu xərclərə görə ödənişlər qeyri rəsmi
olaraq işəgötürən tərəfindən əməkçi miqrantdan alınır.
5.2.Əmək Miqrasiyası ilə bağlı olan əsas problemlər
Qeyri-formal sektor ölkənin əmək bazarının xeyli hissəsini
(70%-ə yaxın) təşkil edir. Bu isə qeyri formal sektorda əməkçi
miqrantların əksəriyyət təşkil etməsinə şərait yaradır.
Əməkçi Miqrantların əksəriyyəti qeyri formal əmək sektorunda
cəmləşmişdir. Bu isə onların əməyinin mühafizəsi, layiqli
məşğulluğunun təmin olunması, istirahət və iş rejiminin
qanunvericiliyə uyğun olmasına mane olur. Əməkçi Miqrantları
işəgötürəndən tam asılı vəziyyətə salır. Onların əmək və sosial
hüquqlarının pozulmasına gətirib çıxarır.
Rəsmi statusu olmadan və qeyri leqal şəkildə ölkədə olan
əməkçi miqrantların ailə üzvlərinin təhsilə və tibbi yardıma çıxışı
18
Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə:
http://www.president.az/files/future_az.pdf
Dostları ilə paylaş: |