4
7.5.Əməyin Mühafizəsinin idarə olunma sistemi....................
7.6.İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə şərait
yaradan əsas səbəblər.....
7.7. Peşə xəstəlikləri ilə bağlı əsas səbəblər..............................
8. MƏŞĞULLUĞUN TƏMİN OLUNMASINDA TƏHSİLİN
ROLU...................................................................
8.1.Yüksək ixtisaslı kadrların hazırlanması....................................
8.2.Məşğulluğun təmin olunmasında peşə təhsilin rolu.............
9. ƏMƏK VƏ MƏŞĞULLUQ SAHƏSİNDƏ MİLLİ
İNFORMASİYA SİSTEMİ YARADILMASI SAHƏSİNDƏ
VƏZİYYƏT...............................................................
10. TÖVSİYƏLƏR............................................................
10.1.Məşğulluğun təmin olunması üzrə tövsiyələr..........................
10.2. Qadınların Əmək bazarına çıxışının asanlaşdırılması ilə
bağlı tövsiyələr.........................................................................
10.3. Gənclərin Əmək bazarına çıxışının asanlaşdırılması üzrə
tövsiyələr.......................
10.4.Əlilliyi olan şəxslərin
əmək bazarına çıxışının
asanlaşdırılması ilə bağlı tövsiyələr........................................
10.5.Kadr hazırlığı sahəsində fəaliyyətlər üzrə.......................
10.6.Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması
ilə bağlı tövsiyələr.......
10.6.1.İstehsalatda bədbəxt hadisə və pesə xəstəliklərinin qaşısının
alınması və profilaktikası üzrə vahid nəzarət sisteminin təşkili ilə
bağlı dövlət siyasətinə dair.........................................
10.6.2.Qanunvericiliklə bağlı......................................................
10.6.3.Əməyin muhafizəsi və istehsalat risklərinin azaldılması
sahəsində dövlət siyasətinə dair tövsiyələr...................................
10.6.4. Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili
sahəsində..................................
10.6.5.Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
dair standart təlimatların hazırlanması sahəsində....................
10.7. Əməyin ödənişi, müavinətlər və minimum əmək haqqı ilə
bağlı tövsiyələr........................
10.8. Sosial Tərəfdaşlığın inkişafı ilə əlaqədar tövsiyələr..............
5
1.İCMAL
Azərbaycanda məşğulluq könüllülük prinsipinə əsaslanmışdır.
Ümumiyyətlə ölkə Kоnstitusiyasının müvafiq maddələrini təhlil edərkən
məşğulluqla bağlı dövlətin pоzitsiyasının aşağıdakılardan ibarət оlduğu
müəyyən оlunur:
• Hər kəs özünün istehsal və yaradıcılıq pоtensialı üzərində müstəsna
sərəncam vermək hüququna malikdir. Hər kəs bu pоtensialından könüllü
surətdə istifadə edə bilər. Heç kəs məcburi əməyə cəlb edilə bilməz. Əməyə
icbari cəlb edilmə yalnız qanunvericilikdə müəyyən edilən hallarda yоl verilə
bilər.
• Dövlət hər kəsin əmək hüquqlarının təmin edilməsini özünün pоzitiv
öhdəliyi kimi bəyan edir. Hər kəsin öz istehsal və yaradıcılıq pоtensialından
istifadə etməsi üçün dövlət səyləri həyata keçirməlidir. Əgər dövlət belə bir
şəraiti tam yarada bilmirsə, оnda ölkədəki sоsial-iqtisadi şərait nəzərə
alınmaqla işsizlərə müavinətlər verilməlidir.
Azərbaycan Respublikas Prezidentinin 29 dekabr 2012-ci il tarixli
Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
mühüm əhəmiyyət kəsb edən istqamətlərdən biri də “İnsan kapitalının
inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” istiqamətidir.
Təqdim olunan tədqiqat sənədində həmin istiqamətin əmək münasibətlərinə
aid olan hissəsi təhlil edilir. Konsepsiyada əmək münasibətlərinə və
məşğulluq məsələlərinə dair nəzərdə tutulan əsas tədbirlər aşağıdakılardır:
İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi
iləiqtisadiyyatın inkişafından asılı olaraq minimum əmək haqqı məbləğinin
tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən
edilmiş normativə -orta aylıq əmək haqqının 60 faizi məbləğinə çatdırılması
istiqamətində tədbirlər;
Əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması
üçün işlərin davam etdirilməsi;
İşləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin
edilməsi sahəsində işlərin gücləndirilməsi, əməyin mühafizəsi və əmək
şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanması;
Əmək və məşğulluq sahəsində milli informasiya sisteminin
yaradılması, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili
sisteminin qurulması;
Qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlərin
görülməsi;
6
Əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf
etdirilməsi,onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə sosial
və peşə reabilitasiya müəssisələrinin sayının artırılması;
Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin
təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın davam etdirilməsi,
ölkə vətəndaşlarının əməkçi miqrantlar qismində xarici ölkələrə göndərilməsi
işinin beynəlxalq təcrübəyə uyğun tənzimlənməsinin təmin olunması.
Tədqiqat sənədində ölkənin əmək bazarı üzrə məşğulluq göstəriciləri,
məşğulluğun təmin olunmasına yönələn dövlət siyasəti, məşğulluğun təmin
olunmasında, o cümlədən ayrı-ayrı kateqoriyalardan olan şəxslərin, o
cümlədən qadınların, gənclərin, əlilliyi olan şəxslərin məşğulluğunun təmin
olunmasıda mövcud olan problemlər göstərilmişdir.
Sonrakı fəsillərdə əmək miqrasiyası problemləri və onun
tənzimlənməsində mövcud olan problemlər əks olunur.
Sənəddə daha sonra, əməyin ödəniş sisteminin vəziyyəti, o cümlədən
orta əmək haqqı, minimum əmək haqqı və işsizlik müavinətləri ilə bağlı
vəziyyət təhlil edilmişdir.
Sənədin sorakı fəslində əməyin mühafizəsi və texniki təhlükəsizliyin
təmin edilməsi istiqamətində qanunvericilik, istehsalatda bədbəxt hadısə və
peşə xəstəlikləri hallarından icbari sığorta sisteminin tətbiqi problemləri,
əməyin mühafizəsinə dövlət nəzarəti sahəsində problemlər və idarəetmə
problemlərinin, həmçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərini
doğuran səbəblərin təhlili verilir.
Sonuncu fəsildə əmək bazarının yüksək ixtisaslı kadrlarla və ixtisaslı
fəhlə qüvvəsi ilə təmin olunmasında təhsilin rolu və texniki peşə təhsili ilə
bağlı problemlər və əmək və məşğulluq sahəsində milli informasiya
sisteminin yaraddılması istiqamətində qnunvericilik və onun tətbiqinə
yönələn fəaliyyətlər əhatə olunmuşdur.
Sənədin sonunda əmək bazarında və məşğulluq sahəsində dövlət
siyasətinin təkmilləşdirilməsi, əmək münasibətlərinin müasir tələblərə
uyğunlaşıdırlması, məşğulluğun təmin edilməsi, o cümlədən qadınların,
gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması,
kadr hazırlığı, əməyin mühafizəsinin təmin olunması, sosial tərəfdaşlığın
inkişafı ilə bağlı tövsiyələr daxil edilmişdir.
Dostları ilə paylaş: |