10
statistikaya görə
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 761 300
nəfər olub, onlardan 4 525100 nəfərini iqtisadi əmək fəaliyyəti ilə
məşğul olan əhali təşkil edib. Bu halda işsiz əhalinin sayı 236 200
nəfər təşkil edir.2014-cü ilin yanvarın 1-nə muzdla işləyənlərin sayı 1
510,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 900,2
min nəfər, qeyri-dövlət bölməsində isə 609,9 min nəfər təşkil edib.
İqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda
isə 1 472,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-
kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 466,7
min nəfər təşkil edib.Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin
23,0%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i
emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı
sahəsində məşğul olublar.Xidmət sahəsində çalışanların 22,4%-i təhsil,
18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və
müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6%-i peşə, elmi
və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i
informasiya və rabitə, 1,5%-i inzibati və yardımçı xidmətlərin
göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i
digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla
əlaqədar
əməliyyatlar sahələrində
cəmlənib
5
.
Əvvəlki illərin rəsmi statistikasına görə 2010-cu ilin yekunlarına
görə işsizlər əmək qabiliyyəti olanların 6,1%-təşkil edir. Lakin bu
zaman ölkənin qeyri formal əmək sektoru nəzərə alınmır. 2008-2009-
cu illərdə başlanmış qlobal krizis zamanı qeyri formal sektordan daha
çox işçi qüvvəsi tərk etmşdir. 2010-cu ilin göstəricilərinə görə dövlət
məşğulluq xidmətində işsiz kimi qeydiyyatda olanlar 40 000 nəfərə
5
APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumat.
Mənbə
:
http://az.apa.az/
11
qədərdir. Bu isə ölkənin əsas əmək qabiliyyətli əhalisinin 1%-indən də
azdır.
1995-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan
tədqiqatlara əsasən ölkə üzrə işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ilin
əhalinin siyahıya alınmasının məlumatlarına əsasən 16,25 faiz, 2003-
cü ildə BMT-nin İnkişaf Proqramının və Beynəlxalq Əmək
Təşkilatının iştirakı ilə respublikanın bütün ərazisində əhalinin iqtisadi
fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən 9,7
faiz təşkil etmiş, sonrakı illərdə ilbəil azalmışdır. 2008-ci ildə dünyada
baş verən qlobal maliyyə böhranı nəticəsində bir çox dünya
ölkələrində, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrində müşahidə
olunan işsizlik səviyyəsinin artımı fonunda ölkəmizdə makroiqtisadi
sabitlik qorunmuş və iqtisadi artıma nail olunmuşdur. Belə ki,
ölkəmizdə işsizlik səviyyəsi 2009-cu ildə 6,0 faiz və 2010-cu ildə 5,6
faiz təşkil etmişdir
6
.
3.2.Məşğulluq sahəsində nəzərdə tutulan Dövlət tədbirləri
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə
“Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından
istifadə edir”. Həmin maddənin digər müddəasına görə “İşsizlərin
dövlətdən sosial müavinət almaq hüququ vardır”.
2001-ci ilin iyun ayında “Məşğulluq Haqqında” Azərbaycan
Respublikası Qanunu qəbul оlunmuşdur.
2006-2015-ci illər üçün “Azərbaycan Respublikasının
məşğulluq strategiyası”, 2007-2010-cu illər üçün
“Azərbaycan
Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə
Dövlət Prоqramı” və
“Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci
illər üçün Dövlət
Proqramı”
qəbul edilmişdir.
Dövlət Proqramının effektiv həayata keçirilməsindən gözlənilən
əsas nəticələr aşağıdakılar olacaqdr:
6
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı.
http://www.president.az/articles/3565
12
səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün
əlverişli şəraitin yaradılması;
əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi
fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı
sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsinin
fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə
uyğunlaşdırılması;
işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi;
əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun
gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi;
yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin
formalaşdırılması;
struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının
artırılması;
insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin
edilməsi
7
.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı”ında (MFP) məşğulluğn təmin olunması,
təhlükəsiz və layiqli əmək şəratinin yaradılması, qadınların əmək
bazarına çıxışının asanladırılması, işsizliyin aradan qaldırılması üçün
əmək bazarında iş axtaranların rəqabət qabiliyyətinin artırılması, uşaq
əməyinin tətdiqinin beynəlxalq normalara uyğun tənzimlənməsi ilə
bağlı fəaliyyətlər nəzərdə tutulmuşdur. Bu məqsədlə MFP-da
aşağıdakı tədbirlər nəzrdə tutulur:
İşsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması,
onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili
İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi,
istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi
sahəsində tədbirlərin səmərəliliyinin artırılması
7
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı.
http://www.president.az/articles/3565