Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

331 

Daha sonra kitabda Azərbaycan dövlətinin ərazisində və ona qonşu ərazilərdə yaşayan 

bir  etnik  qrup  kimi  tatların  daha  kompakt  yaşadıqları  ərazi  müstəqil  Azərbaycan  dövlətinin 

Xəzər dənizi sahilləri, Dağıstan MSSR-ın cənubu və İranın Qəzvin rayonu kimi göstərilmişdir. 

Tatların  sayı  keçmiş  SSRİ-də  22  min  nəfər  kimi  qeyd  olunmuşdur  (1979),  dili  tat  dili  kimi 

verilir.  Onlar  Azərbaycan  dilində  müstəqil  danışırlar,  mədəniyyət  və  məişətinə  görə  demək 

olar  ki,  azərbaycanlılardan  fərqlənmirlər,  dininə  gəldikdə  dindarları  müsəlman,  xristian  və 

iudaistdirlər. 

Kitabda əhalinin əkinçilik, maldarlıq, xalçaçılıq və misgərliklə məşğul olmaları haqqın-

da  ətraflı  məlumat  verilmişdir.  Müəllif  tat  sözünün  mənşəyi  haqqında  müxtəlif  mülahizələri 

sadalamaqla  yanaşı,  Gümür  tatlarının  şəcərəsi  haqqında  da  maraqlı  məlumat  vermişdir.  O, 

qeyd edir ki, Gümür tatlarının şəcərəsi qədim Şam vilayəti əsilzadə şeyxlərindən baş alıb gəlir. 

82 yaşlı informator Sabir Cabir oğlunun dediyinə görə, o da öz ağsaqqallarından eşitmişdir ki, 

Gümür  tatları  –  yəni  bizimkilər  qədim  Şam  vilayətindən  olan  əcəm  nəslindəndirlər.  Bütün 

bunları əsərin girişində qeyd etməklə yanaşı, müəllif Azərbaycan ərazisində yaşayan etnik az-

lıqlardan biri olan tat dilində danışan Gümür  qrupu  – Kələ Gümür tatlarının tarixi,  məskun-

laşdığı ərazisi, məişət və mədəniyyəti, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri haqqında 

məlumat verməyi qarşısına məqsəd qoyduğunu söyləmişdir. 

Alimşah  Gümürlü  əsl  tədqiqatçı-etnoqraf  kimi  Gümür  haqqında  məlumatları  kəndin 

yaşlı  sakinlərindən  toplamış  və  ona  ətraflı  məlumatlar  verən  bu  informatorların  adı,  soyadı, 

yaşı, kəndini belə göstərməyi vacib bilmişdir. Kənd sakinləri müəllifin kəndləri haqqında yaz-

dığı  tədqiqatını  yüksək  qiymətləndirərək  azsaylı  xalqlara  məxsus  Gümür  qrupunun  öyrənil-

məsini, bu sahədəki boşluğun doldurulması kimi dəyərləndirmişlər. 

«Çeçələ barmağın işığında bir  karvanın izi ilə… Böyük  kəramət sahibləri  və şah Fər-

manı»  adlanan  I  fəsildə  araşdırıcı  böyük  Gümür  mahalının  Dəhnə  kəndində  yerləşən  Şeyx 

(Şix)  İbadəddin,  Şeyx  (Şix)  Əzizəddin  türbəsi  haqqında  yerli  əhalinin  dilindən  düşməyən 

rəvayətlərdən  söz  açaraq  bu  ziyarətgahın  piraniliyi  haqqında  məlumat  verir.  Məlum  olur  ki, 

Şah  Abbas  əyyamından  xeyli  əvvəl  bu  iki  qardaş  Şam  vilayətindən  bu  yerlərə  gəlmiş  və  bu 

məkanı həmişəlik özlərinə məskən etmişlər. Nəsildən-nəslə ötürülən rəvayətə görə Şah Abbas 

öz qoşunu ilə bu yerlərə qədər də gəlib çıxmış, özünə bir düzənlikdə düşərgə salmışdır. Gün-

düz bu düşərgənin həndəvərində heç bir ins-cinsə rast gəlmək olmurdu. Amma axşam düşəndə 

xeyli uzaqdan bu düşərgəyə bir işıq düşürdü. Şah Abbas əmr verir ki, gedin o yeri tapın, orada 

kim varsa hüzuruma gətirin. Xeyli yol qət etdikdən sonra şahın adamları gəlib görürlər ki, bir 

nurani qoca… çeçələ barmağının işığında mütaliə edir. Bu, Allah tərəfindən ona vergi verilən 

Şeyx Əzizəddin babanın bir möcüzəsi idi. Allah tərəfindən sevilən bu bəndənin digər möcü-

zələri də məlum idi.  

Şah  adamları  gördükləri  möcüzədən  çaşıb  qalmışdılar.  Nurani  qoca  qiraətini  qurtarıb 

gələn elçilərlə salamlaşdı və hansı niyyətlə gəldiklərini özü onlara söylədi və dedi ki, siz ge-

din, mənə gətirdiyiniz at lazım deyil, mən özüm piyada şahın hüzuruna gələrəm. Onlar düşər-

gəyə çatanda qocanı Şah Abbasla söhbət edən gördülər. Baş vermiş hadisədən agah olan şah 

kiminlə söhbət etdiyini anladı. Onun daha bir neçə kəramətinin şahidi olduqdan sonra Şah Ab-

bas qarşısında kamil biliyə, düşüncəyə, mərifətə, bacarığa sahib olan, cismində incə bir ruhun 

yaşadığı varlıqla söhbət etdiyini dərk etdi. Məskən saldığı torpaqları bu Allah adamına bağış-

ladı və xüsusi fərmanla bunu təsdiq etdi. Fərman iki ceyran dərisinə qızıl suyu ilə yazıldı və 

möhür vuruldu. Rəvayətə görə hər iki qardaşın qəbri tanınaraq bu torpaqda qorunurdu. 

Həmin gündən XX əsrin 20-ci illərinə qədər heç bir hökmdar bu torpaqlarda yaşayan-

lardan vergi yığmırdı. Bu fərman zaman-zaman kəndin ən etibarlı şəxsində, mükəmməl ruhani 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

332 


təhsili  almış  şəxslərdə  saxlanarmış.  Sovetlər  dövründə  ziyalı  ruhanilər  təqib  olunduğundan 

belə  əvəzsiz  bir  fərman,  bu  torpaqda  yaşayan  pirani  insanın  evi  –  abidəsinin  izi  də  itmişdir. 

Onu axtarıb tapmaq isə tədqiqatçılarımızın qarşısında bir müqəddəs borc olaraq qalırdı. Çünki 

bu fərman tarixi keçmişimizdən bizə xəbər verən ən dəyərli və nadir tapıntı idi.  

Gümür camaatı bu müqəddəs yerin kəramətini bilərək bu ocağa ziyarətə gəlirlər və de-

yirlər ki, ocağa ziyarətə gələnlərin hər biri niyyətinə çatır, bu şərtlə ki, ziyarəti təmiz niyyətli 

olsun. Yoxsa hündür dağ döşündə yerləşən ziyarətgaha əməli və qəlbi təmiz olmayan insanlar 

qalxa bilməzdilər. Bu kəramət sahibləri haqqında qocalar daha bir möcüzənin olduğunu söy-

ləyirdilər ki, böyük qardaş Şeyx İbadəddin baba və kiçik qardaş Şeyx Əzizəddin babanın qəbri 

üzərində türbə-məqbərə tikilib başa çatdıqdan sonra birinci türbə uçulub. Bir neçə dəfə türbə 

tikilmiş  və  yenə  də  uçulub  dağılmışdı.  Müdriklərin  fikrinə  görə  bu  hadisə  türbə  sahibinin 

övladsız olması ilə izah edilə bilərdi. Bu tikililər bu günə qədər ilkin formasında olduğu kimi 

qorunub saxlanılır. Müqəddəslərin uyuduğu yer qalın daşlarla hasarlanmışdır. 

Daha  sonra  qələm  sahibi  ziyarətə  gələnlər  tərəfindən  icra  olunan  qanun-qaydalar 

haqqında  ətraflı  məlumat  verir  və  qeyd  edir  ki,  bu  müqəddəs  ənənələr  indi  də  yerli  sakinlər 

tərəfindən  davam  etdirilir.  Müəllif  eləcə  də  türbənin  ətrafında  salınmış  qoruq-qəbiristanda 

olan  tənha  bir  qəbrin  başdaşında  yazı  olduğu  haqqında  məlumat  verir.  Bu  məqamda  qədim 

daşlar üzərində yazılan neçə-neçə yazıları oxuyub başa çatdıran gözəl alimimiz, Milli Elmlər 

Akademiyasının müxbir üzvü məşhur epiqrafçı Məşədixanım Nemətova gözümün qarşısında 

canlanır. Heyfsilənirəm ki, həmin qəbir bu işlərin tədqiqatçısının rastına gəlməmişdir. Müəlli-

fin  dediyi  kimi,  onu  oxumaq  lazımdır…  Bəlkə  qədim  bir  tarixi  səhifəni  açmaq  mümkün 

oldu… 


Yazıda  xoşuma  gələn  bir  də  o  oldu  ki,  müəllif  sanki  piri  ziyarət  etmək  ənənələrinin 

müqəddəsliyini qorumaq üçün nəzərdə tutulmuş vacib əməllər haqqında oxucusuna məlumat 

verir, əməlləri tam bilməyənlərə isə bu yazıdan özünə ibrət dərsi götürməyi tövsiyə edir. Bir 

də bu ocaqda müəllif nəzir kimi gətirilib paylanmayan əşyalar üçün xüsusi türbə muzeyinin, 

xüsusi qurbangahının, uzaqdan  gələn ziyarətçilər üçün rahatlanmaq üçün xüsusi qapalı yerin 

olmasının,  namaz  qılınması,  dualar,  Quranın  oxunması  üçün  məscid  tikilməsinin,  bilikli,  sa-

vadlı  mollaların  burada  zəvvarlara  yol  göstərməsinin,  nəsihət  verməsinin  vacib  olmasını 

arzulamışdır. 

* * * 

Şeyx İbadəddin və Şeyx Əzizəddin babaların ocağına ürəyindəki niyyəti tutaraq inamla 



onu ziyarətə gedənlərin heç biri ondan naümid qalmırlar. Pirin kəramətləri onları ən çətin və-

ziyyətlərdən  qurtarır,  həsrətlə  yaşayanları  muradına  qovuşdurur,  babanın  adını  deyib  ondan 

imdad istəyənlərə Allah əl uzadır, kömək olur. Bu pirin insanlarda yalnız xeyirxahlığı ilə yad-

da qalmasını qələmə alan Alimşah Gümürlünün özünün də ulu baba ocağının müqəddəsliyini 

uca tutmasının şahidi oluruq. Dərin kamal sahibi olan Şeyx İbadəddin və Şeyx Əzizəddin ba-

balarının kəramətləri xalq arasında dildən-dilə gəzirdi. Üç əsrin, XVIII-XX əsrlərin şahidi ol-

muş  ustad  aşıq,  Xaltanlı  Aşıq  Tağı  da  bu  ocağın  adını  tutub  ona  pənah  gətirənlərin,  ondan 

imdad istəyənlərin aqibətini öz gözləri ilə görmüşdü. Odur ki, el aşığı bu pir sahiblərini vəsf 

etmişdi. Aşıq Tağının vəsfini əzbər bilənlərdən biri də tədqiqatçı Alimşah Gümürlünün atası 

Dənyar Cənnətəli oğlu olmuşdur. Şeyx  İbadəddin və  Şeyx Əzizəddin babaların xeyirxahlığı, 

möcüzə yaratmaq bacarığına həsr edilmiş vəsfiyyənin 70 misrasını Alimşah atasının dilindən 

eşitmiş  və  yazıya  salmışdır.  Vəsfiyyədə  ustad  Taqı  ocağın  yerləşdiyi  ərazinin  övliya  sahib-

lərinə  bağışlanması,  ərazinin  özünün  təsviri,  təbiəti,  ocaq  sahiblərinin  qulluğunda  duranlar, 



Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə