Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

333 

ziyarətə gələnlərin icra etdikləri adət-ənənələri, türbəni tikən ustad haqqında məlumatı böyük 

sevgi ilə əks etdirmişdir. 

II fəsil «Gümür: inzibati ərazi kimi. Sərhədləri silinmiş tarixi coğrafiyası və ya ot bas-

mış yolların qəlbi göynədən baxışları» adlanır. 

Doğulub boya-başa çatdığı torpağı özünə Vətən bilən tədqiqatçı alim Alimşah Gümürlü 

uşaqlıq  və  məktəb  illərinin  şirin  xatirələrini,  kənd  həyatının  onda  oyatdığı  acılı-şirinli  gün-

lərini, bir sözlə, Kələ Gümür mahalının dağlarını, dərələrini, zirvələrini, aşırımlarını, çöllərini, 

meşələrini,  yamaclarını,  yaylaqlarını,  qışlaqlarını,  çaylarını  bir  daha  görmək  üçün  xəyalında 

onun ziyarətinə gəlir və öz oxucusunu da özü ilə gətirərək bu yerlərlə tanış edir. Tanışlıq Kələ 

Gümürə  gedən  yoldan  başlanır.  Özünün  yazdığı  kimi…  «Zağlıdan  keçib  Keş-Cuhurundan 

başlanan  Çinar  kəndindən  üzü  yuxarı  dağlara  qalxdıqca  görünən  torpaqlardan  qədim  tarixə 

malik yaşayış yerlərindən olan Kələ Gümürün ərazisi başlayır». Müəllif qeyd edir ki, Meydun-

gəhdan Kələ Gümür ərazisini bütünlüklə görmək olurdu… Meydungəh həm də Kələ Gümürün 

başqa əyalətlərinə yol açan yol ayırıcısı idi. Kələ Gümürü seyr etdikcə onun xəyalında gözlə 

görünən hər yer canlanırdı. Təbiətin göz oxşayan gözəlliyi onun ruhunu qidalandırır və o, bu 

gözələ  baxmaqdan  usanmırdı.  Təsvirəgəlməz  təbiət  gözəlliyini  vəsf  etmək  üçün  bu  qələm 

sahibinin köməyinə onun kağız  və qələmi  gəldi. Yadına bu yerlərin hay-haraylı vaxtları, hər 

yanda  həyatın  qaynadığı  günlər,  kənd  həyatı,  kənd  məişəti  düşür.  Çünki  Gümür  onun  ba-

xışlarına, nəfəsiylə digər hissiyyat üzvlərinə, qanına keçmişdi. Müəllif təəssüflə onu da qeyd 

edir  ki,  Kələ  Gümürün  toponimləri  –  yer  adları  vaxtilə  rəsmiləşdirilərkən  nədənsə  burada 

yaşayan  aborigen  əhalinin  danışıq  dili  olan  tat  dilində  işlətdiyi  sözlərlə  deyil,  tərcümə 

olunaraq  bəzən  başqa  məna  verən  sözlərlə  rəsmiləşdirilmişdir.  Məsələn:  Nohura  –  Nohurlar 

kimi rəsmiləşdirilmişdir və s. Daha sonra qeyd edir ki, Azərbaycanın talış və Şirvan zonasında 

toponimlər  orada  yaşayanların  danışıq  dilində  talış  və  tat  dillərində  verilmişdir  və  buna  dair 

xeyli nümunələr gətirir. 

Daha  sonra  müəllif  Kələ  Gümürə  aparan  və  oradan  çıxan  yollarda  yerləşən  kəndləri 

sadalayır  və  Gümürün  xəritəsini  cızaraq  onun  Kələ  Gümür  olduğu  anlayışını  təsdiqləyir,  bir 

daha əhatə dairəsini vurğulayır, burada yaşayan etnik qrupun özünün fərqli adət-ənənələri, irsi, 

folkloru olduğunu qeyd edir. Onların adətlərindən biri olan hörmət əlaməti kimi «əl öpmək» 

adətinin indi də ailələrdə qorunub saxlandığını və belə özəlliklərin kifayət qədər çox olduğunu 

yazır və alimləri Gümürü tədqiq etməyə çağırır. Müəllif Gümürlə bağlı xatirələrini oxucularla 

bölüşərək onun başına gələn fəlakəti belə izah edir: «XX əsrin 60-cı illərində sovetlərin, başda 

Nikita Xruşşov olmaqla, uzağı görə bilməyən rəhbərlərinin dağ kəndlərini perspektivsiz hesab 

etmələrinin nəticəsi olaraq bu kəndlər, o cümlədən Kələ Gümür  kəndləri boşaldıldı. İnsanlar 

oturaq doğma yaşayış yurd yerlərini, isti ocaqlarını, obalarını, ev-eşiklərini tərk etməyə məc-

bur  olub,  tanımadıqları  yad  yerlərə  üz  tutmağa,  yenidən  məskunlaşmağa  məcbur  oldular». 

Halbuki  dağ  kəndlərində  maldarlıq  təsərrüfatından  həmişə  yüksək  gəlir  əldə  edilmişdir,  bu 

gəlirlə  onlar  Azərbaycanda  maldarlıq  təsərrüfatının  inkişafına  öz  töhfəsini  vermiş  olurdular. 

Öz kəndinin cah-calallı günlərini yada salan A.Gümürlü dərindən köksünü ötürüb bu misraları 

deyir: 

 

 



 

Daha bezmişəm mən güman əlindən 

 

 

 



Gümanlar gerçəyə çevriləydi kaş, 

 

 



 

Gümürüm yenidən dirçələydi kaş!.. 

 

«Nədənsə  tərcümədə  verilmiş  Kələ  Gümür  toponimləri»  adlı  başlıqda  mən  deyərdim, 



bu adla, ərazi ilə bağlı tədqiqatçı alimlərdən də çox araşdırmalar aparan müəllif Kələ Gümü-


Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

334 


rün  yaddaşlardan  silinməyən,  vaxtilə  bu  el-obanın  danışıq  dilində  işlədilən  yer-yurd  adları 

haqqında maraqlı məlumatlar verir. Məsələn: Kələ Gümür  – azəricəyə «Böyük Gümür» kimi 

tərcümə olunur, Kiçik mahal kimi isə XVII əsrdən mövcudluğu barədə mənbələrdə məlumat-

lar vardır. On bir yaşayış  məskənindən ibarətdir. Kitabda bu məskənlərin adları sadalanır  və 

onlar haqqında «Azərbaycan toponimlərinin ensiklopedik lüğəti»nin birinci cildində «Gümür» 

toponimi ilə bağlı yazılmış məlumatlar göstərilir. Araşdırıcı bu məlumatlarda verilən fikirlərin 

heç  birinin  onun  adını  çəkdiyi  doğma  «Gümür»  kəndi  və  ərazisi  ilə  əlaqəsi  olmadığı  fikrini 

irəli sürür və fikrini isbat etmək üçün nümunələr göstərir. Onlardan bir neçəsini sizə təqdim 

edirəm. Məsələn, müəllif «Gömür» adı ilə Şahbuz rayonu ərazisində mineral bulaq, çay, eyni 

zamanda rayonun orta dağlıq hissəsində kənd olduğunu təsdiqləsə də, Quba rayonu ərazisində 

isə  belə  çay  adı  olduğu  haqqında  kitabda  verilmiş  məlumatın  öz  təsdiqini  tapmadığını  qeyd 

edir və Quba rayonu ərazisində Gömür çayı olmadığını göstərir. «Gömür» həqiqətən Şahbuz 

rayonunun eyni adlı ərazisinin orta dağlıq hissəsində yerləşən kənddir. Oykonim «dağ başın-

da,  hündürlükdə  olan  yer  mənasındadır».  Müəllif  Gömür  oykonimi  ilə  işlədilən  Abşeron 

yarımadasının şimal-qərbində şor sulu gölün «Gömür çayı tökülən göl», Kəlbəcər rayonunun 

qərb  hissəsində  dağ  adının  olduğunu,  Zəngəzurda  dağ  adının,  Naxçıvanda  Kömürdağ,  Quba 

rayonunun  Qonaqkənd  inzibati  ərazisində  Kömürçayın  sahilində  kəndin,  əvvəllər  bu  kənd 

Dəhnə  adlanırdı  və  oykonimi  Gömür  (çayın)  adı  və  Dəhnə  komponentlərindən  istifadə 

edilərək,  «Gömürçayın  dəhnəsi»  işlədilməsini  göstərərək  kitabda  verilmiş  bu  məlumatlara 

qarşı  da  öz  fikrini  bildirmişdir.  Araşdırıcı  yazır  ki,  eyni  çayın  adı  həm  Kömürçay,  həm  də 

Gömürçay ola bilməz, söhbət gedən çayın adı bunlardan heç biri deyildir. Gülgilçayın qolla-

rından biri olan bu çay bu ərazidə yaşayan əhali tərəfindən «Arkare Dəhnə», yəni «Dəhnə ça-

yı» adlanır. Kəndin adının «Dəhnə»nin sonradan «Gömür Dəhnə» adlandırılması onunla izah 

edilir ki, Quba rayonunda Dəhnə adı ilə bir neçə kənd vardır və qarışıq salınmasın deyə belə 

adlandırılmışdır. Müəllif «Dəhnə» adı ilə Şəki rayonunda da bir neçə kəndin olduğu  haqqında 

məlumat verir, adlarını çəkir və vurğulayır ki, kitabda «dəhnə»  komponentinin izahı da düz-

gün verilməmişdir. Çünki «Dəhnə» termini baş arx və ya baş arxa suyu yönəltmək üçün çayın 

qarşısına çəkilən bənd mənalarında işlədilir. 

«Gömür»  toponimi  haqqında  yekdil  fikir  mövcud  deyildir.  Müxtəlif  versiyalar  vardır 

ki,  bu  versiyalarla  müəllif  oxucuları  tanış  edir.  Eyni  zamanda,  kitabda  «Azərbaycanın  bəzi 

toponimlərinin  etimologiyası  barədə»  də  versiyalar  verilmişdir.  Bu  versiyalarda  tədqiqatçı 

Azərbaycanın müxtəlif ərazilərində etimologiyası tat dilində izah olunan bir çox yer adlarının, 

xüsusi adların toponimiyasından söz açır. 

Abşeron, Amburan, Azərbaycan, Badamdar, Bakı, Balaxanı, Bülbülə, Çiləgir, Dərəgən-

do,  Dərnəgül,  Gəndab,  Gömürkoy,  Gürgan,  Xaçmaz,  Xırdalan,  Xışkədar,  Kəlbəcər,  Kələki, 

Küncal, Kürdəxanı, Qələgəh, Ləngəbiz, Maştağa, Mərdəkan, Mərəzə, Nardaran, Novxanı, Ni-

gədi, Nüs-Nüs, Pirşağı, Sənqəçal, Siyəku, Siyəzən, Suraxanı, Uqah, Vəro, Zirə, ümumiyyətlə 

37 yer adının etimologiyası haqqında məlumat verir və bu məlumatlar haqqında da öz fikrini 

irəli  sürür,  hətta  yaşlı  informatorların  (83-85  yaş)  adlarını  çəkərək  onların  da  versiyalarını 

göstərir. 

«İtirilmiş tarixə qısa ekskurs və ya cavabsız qalmış suallara kim cavab axtaracaq» baş-

lıqlı yazıda müəllif Gümürdə yaşayışın nə vaxtdan mövcud olduğunu sual edərək onun araşdı-

rılmasının vacibliyini tarixçilərin, arxeoloqların, etnoqrafların, epiqrafçıların, numizmatika ilə 

məşğul  olanların,  antropoloqların,  sənətşünasların,  folklorşünasların,  dilçilərin,  coğrafiyaşü-

nasların və demoqrafiyaşünasların öhdəsinə düşdüyünü qeyd edir. O, bir daha Kələ Gümürün 

ərazisinə daxil olan 1. Gümür kəndi, 2. Nohura kəndi, 3. Dəhne Gümür kəndi, 4. Dəhne ərəb 




Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə